Ölkənin bütün avtovağzalları gücləndirilmiş rejimə keçir

© Sputnik / Ilham MustafayevАвтовокзал в Газахе, фото из архива
Автовокзал в Газахе, фото из архива - Sputnik Azərbaycan, 1920, 15.07.2021
Abunə olmaq
Dövlət Avtomobil Nəqliyyatı Xidməti bildirib ki, avtobusların sayı regionlara səfər edən sərnişinlərin sayına uyğun olaraq artırılacaq.

BAKI, 15 iyul — Sputnik. Sabahdan etibarən Qurban Bayramı ilə əlaqədar olaraq bütün avtovağzallar gücləndirilmiş rejimə keçilir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Turanə Əkbərova Sputnik Azərbaycan-a bildirib ki, həmin günlərdə avtobusların sayı regionlara səfər edən sərnişinlərin sayına uyğun olaraq artırılacaq.

"Düşünürük ki, Qurban Bayramı ilə əlaqədar sərnişin sıxlığı olacaq. Bu səbəbdən də Bakı Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla respublikanın digər 56 avtovağzal və avtostansiyaları da gücləndirilmiş rejimlə işləyəcək. Gücləndirilmiş iş rejimi ilə əlaqədar olaraq istər həftə sonları, istərsə də bayram günlərində avtobusların sayı regionlara səfər edən sərnişinlərin sayına uyğun artırılacaq" – T.Əkbərova qeyd edib.

Turanə Əkbərovanın sözlərinə görə, hazırda gün ərzində respublika üzrə 490 000 sərnişin daşınır.

"Bu, regionlardan Bakıya, Bakıdan regionlara və regionların öz arasında daşınan sərnişin sayıdır. Ay ərzində bu say 14 850 000 edir. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən isə regionlara ay ərzində 115 000 sərnişin səfər edir. Ən çox səfər edilən bölgələrimiz də Gəncə, Mingəçevir, Şəki, Oğuz, Quba və Qusardır".

Xəbər lenti
0