Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb

Zakir Həsənov Türkiyə səfiri ilə bir araya gəldi

15
(Yenilənib 16:50 14.07.2021)
Türkiyəli səfir ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edərək ordumuza bundan sonra da hərtərəfli dəstəyin göstəriləcəyini bildirib.

BAKI, 14 iyul — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən məlumat verilib.

Səfiri ölkədə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edən nazir ona Azərbaycan ilə Türkiyə arasında müttəfiqliyin möhkəmləndirilməsi və əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlar arzulayıb.

Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatların davam etdirildiyini qeyd edən müdafiə naziri hər iki ölkənin ordularının müxtəlif qoşun növlərinin, o cümlədən xüsusi təyinatlı qüvvələrin cəlb edilməsi ilə keçiriləcək birgə hərbi təlimlərin sayının artırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirən general-polkovnik Z.Həsənov hərbi kadrların hazırlanması və azad edilmiş ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində Türkiyənin göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.

Ölkədə səfir kimi fəaliyyətə başlamasından məmnunluğunu ifadə edən C.Bağçı Azərbaycan-Türkiyə əlaqələrinin, xüsusilə hərbi sahədə əməkdaşlığın inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verən C.Bağçı Vətən müharibəsində qazanılan qələbə münasibətilə xalqımızı təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Türkiyəli səfir ölkəsinin hər zaman Azərbaycanın yanında olduğunu qeyd edərək ordumuza bundan sonra da hərtərəfli dəstəyin göstəriləcəyini bildirib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğu, bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi və ölkələrimiz üçün səmərəli olduğu vurğulanıb, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

15
Manat, arxiv şəkli

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə 600 min manat ayırıb

3
(Yenilənib 18:46 29.07.2021)
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

BAKI, 29 iyul — Sputnik. Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən talassemiyalı və hemofiliyalı xəstələri günün tələbləri səviyyəsində tibbi xidmətlə təmin etmək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 600 000 (altı yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Həmçinin oxuyun:

Prezident Gəncəyə pul ayırdı: Məktəb, teatr binası, “Asan xidmət”, idman sarayı tikiləcək

Qəzet və xəbər saytlarına pul vəsaiti ayrıldı - Siyahı

3
Qazaxda mətkəbin həyəti

Qəbul imtahanlarında maksimum nəticə göstərmiş paytaxt məktəbliləri

6
(Yenilənib 18:14 29.07.2021)
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında Mirsaleh Məmmədov 671, Aygün Mahmudlu 657 bal toplayıb

BAKI, 29 iyul — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunları II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər. İdarədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, 14-15 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 192 nömrəli tam orta məktəbin şagirdi Mirsaleh Məmmədov II mərhələdə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb. İmtahanın I mərhələsində 271 bal yığan istedadlı məzun hər iki mərhələnin cəminə görə 671 bal toplayıb.

Qeyd edək ki, M.Məmmədov 2019-cu ildə keçirilən Respublika fənn olimpiadalarında coğrafiya fənni üzrə III yeri tutub. 2021-ci ildə isə II yerə layiq görülərək Avropa Coğrafiya Olimpiadasına vəsiqə qazanıb. III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə Bakı şəhəri 323 nömrəli tam orta məktəbin şagirdi Aygün Mahmudlu göstərib. Belə ki, II mərhələdə 396,2 bal toplayan məktəbli hər iki mərhələnin cəminə görə 657 bal toplayıb. Uğur qazanmış bütün abituriyentləri, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edir, müvəffəqiyyətlər arzulayırıq!

Həmçinin oxuyun:

Magistraturaya kimlərin qəbul olunduğu bilindi

İlahiyyat İnstitutuna qəbul olunmuş abituriyentlərin nəzərinə

6