Qurbanlıq bazarı

Qurbanlıq heyvanların satışı kəsimi yerləri açıqlandı - Onlayn satış da var

42
(Yenilənib 11:58 14.07.2021)
Heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətlərinin vətəndaşlara təklif olunacağı bildirilib.

BAKI, 14 iyul — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri barədə məlumat yayıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, 2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Kənddən şəhərə" layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər. Qurbanlıq heyvanların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə veriləcək.

Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcək. Bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.afsa.gov.az/uploads/satish.pdf linkə daxil olmaqla əldə edə bilərsiniz.

Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvanları onlayn şəkildə sifariş etməyi, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə etməyi tövsiyə edir. Qurban bayramının bu qaydalarla həyata keçirilməsi insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələrinə, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etməyə, yarana biləcək pərakəndəliyin aradan qaldırılmasına imkan verəcək.

Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları www.afsa.gov.az/uploads/menteqe.pdf linkinə daxil olmaqla əldə edə bilərsiniz.

42

Bir il gecikən açılış, prezidentin qətli, milyarderin göyə uçusu

5
(Yenilənib 15:24 25.07.2021)
Ötən həftənin ən əhəmiyyətli hadisələri dünya agentliklərinin fotomüxbirləri tərəfindən kentə köçürülüb. Ən parlaq kadrlara Sputnik Azərbaycan-ın fotolentində baxın.

Təbii fəlakətlər, pandemiya əleyhinə tədirlərə qarşı etirazlar, Kann kinofestivalı, Qurban bayramı, MAKS-2021 beynəlxalq aviasalonu, dünyada ilk pilotsuz suborbital uçuş zamanı New Shepard Blue Origin raketinin buraxılışı və əlbəttə ki, Tokio Olimpiadasının açılışı - son günlər hadisə və olaylarla zəngindir.

Tokio Olimpiadasının açılışını düz bir il gözləmək laızm gəldi.

Həftənin ən şokedici hadaislərindən isə Haiti prezidentinin qətlə yetirilməsini göstərmək olar.

Ötən həftə dünyada nə baş verdiyini görmək üçün sizə dünyanın müxtəlif yerlərindən toplanmış şəkillərə baxmağı sizə təklif edirik.

5
  • © AFP 2021 / Gent Shkullaku

    Albaniya müsəlmanları Tiranadakı İskəndər bəy meydanında Qurban bayramı namazı zamanı.

  • © AP Photo / Bryan Daniels / Bootleg Fire Incident Command

    Ayı balası ABŞ-ın Oreqon ştatında Butleq yanğınında təhlükəsizlik zabiti onu gördükdən sonea ağacdan tutur.

  • © AFP 2021 / Armend Nimani

    Kosovonun Priştina şəhərinin su basmış meydanında qarmaq atan kişi.

  • © REUTERS / Blue Origin

    Biznesmen Ceff Bezos və pilot Uolli Fank New Shepard Blue Origin raketində uçuşdan sonra kapsuldan çıxırlar.

  • © AP Photo / Michael Probst

    Solda Almaniyanın Erfştadt-Blessem ərazisində zərər dəymiş qəsr.

  • © AFP 2021 / Valerie Baeriswyl

    Haitili rəqqaslar ölkənin keçmiş prezidenti Jovanel Moizin dəfn mərasimində çıxış edirlər.

  • © AFP 2021 / Joaquin Sarmiento

    Kolumbiyanın Medelyin əyalətində nümayişçilərin polislə toqquşması.

  • © AFP 2021 / Arif Ali

    Pakistanın Lahor şəhərində Badşahi məscidində Qurban bayramı namazından sonra selfi çəkdirənlər.

  • © AFP 2021 / Str / JIJI Press

    Yaponiyanın "mé" art-qrupu tərəfindən yaradılmış hava şarı Tokionun Yoyogi parkı üzərində.

  • © AP Photo / Matias Delacroix

    Haitinin Port-o-Prens şəhərində xoruz döyüşləri.

  • © REUTERS / Ricardo Arduengo

    Haitinin Kap-Aityen şəhərində ərzaq satıcıları.

  • © AP Photo / Damian Dovarganes

    Los-Ancelesin Echo-Park rayonunda Sanset bulvarında lourayder üçtəkərli avtomobil sürür.

  • © REUTERS / Antara Foto / Raisan Al Farisi

    İndoneziyanın Qərbi Yava əyalətindəki Bandunq şəhərində Qurban bayramı namazı.

  • © REUTERS / Pascal Rossignol

    Azadlıq heykəli kostyumunda olan nümayişçi Parisdə prezident Emmanuel Makron tərəfindən elan olunmuş koronavirusla yeni mübarizə metodlarına qarşı aksiyada.

  • © AP Photo / Yorgos Karahalis

    Yunan polisi Afinanın mərkəzində vaksinasiya əleyhinə etiraz edənləri qözyaşardıcı qazla qovur.

  • © REUTERS / Johanna Geron

    Amanda Ford və Barbara Vittorelli 74-cü Kann kinofestivalında.

  • © Sputnik / Alexey Maishev

    MAKS-2021 aviasalonunda pilotaj qrupu MiQ-29 təyyarələrində yay proqramını yerinə yetirirlər.

  • © Sputnik / Evgeny Biyatov

    Rusiyada Dövlət Kreml sarayında peşəkarlar arasında Latın Amerikası rəqsləri üzrə Dünya kubokunun iştirakçıları.

  • © Sputnik / Alexey Maishev

    MAKS-2021 avisalonunda Checkmate yeni hərbi təyyarəsinin təqdimatı.

  • © AP Photo / Oded Balilty

    İsrailli ərəblər Qurban bayramı zamanı Qan-Ha-Şloşa milli parkında.

  • © REUTERS / Amir Cohen

    Qüdsdə milli matəm günündə yəhudilər Ağlama Divarı önündə.

  • © AP Photo / Michael Probst

    İki qız Almaniyanın Travemyund şəhərində Baltik dənizin çimərliyində xüsusi hazırlanmış şezlonqda.

  • © AFP 2021 / Prakash Singh

    Hindistan Konqres partiyasının üzvləri Dehlidə təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıblar.

  • © Sputnik / Alexey Filippov

    Tokioda XXXII Yay Olimpiya oyunlarının açılışı zamanı atletlərin paradı.

  • © Sputnik / Grigory Sysoev

    Yapon Mahina Mazda Tokio Yay Olimpiya oyunları ərəfəsində məşq edir.

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid

Rəşad Məcid: “İndi çox xaotik bir vəziyyət yaranıb”