On bir il sonra vətənə qayıdan bloger bu fürsətə görə İlham Əliyevə təşəkkür etdi

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев, фото из архива
Президент Ильхам Алиев, фото из архива - Sputnik Azərbaycan, 1920, 11.07.2021
Abunə olmaq
Əslən Cəbrayıl rayonundan olan E.Məcidli bildirib ki, Vətəndə olmaq, bu müqəddəs torpaqlarda gəzmək, buranın suyunu içmək, havasını udmaq olduqca gözəl hisslərdi.

BAKI, 11 iyul — Sputnik. Uzun illərdir Fransada mühacir həyatı yaşayan azərbaycanlı fəal, jurnalist-bloger Elnur Məcidli özünün Facebook səhifəsində 11 ildən sonra doğma vətəndə olduğunu yazıb. 

"Etdiyim müraciəti qarşılıqsız qoymayan və müsbət rəy bildirən ölkə prezidenti cənab İlham Əliyev başda olmaqla, mənim Azərbaycana gəlmə prosesində vasitəçilik və kömək edən hər bir dosta, bu işlə məşğul olan, vəzifəsindən asılı olmayaraq hər bir dövlət məmuruna və bu işdə rol alan kəsə təşəkkür edir, öz minnətdarlığımı bildirirəm!", - Məcidli yazıb. 

Əslən Cəbrayıl rayonundan olan E.Məcidli bildirib ki, Vətəndə olmaq, bu müqəddəs torpaqlarda gəzmək, buranın suyunu içmək, havasını udmaq olduqca gözəl hisslərdi.

"Xaricdə yaşayan hər bir azərbaycanlı öz içində bir Azərbaycan daşıyır. Bu gün içimizdə daşıdığımız Azərbaycan sevgisinin səmaya yüksəldiyi, həsrətin bitdiyi gündür. Parçası olduğumuz torpağın üstündə gəzmək, torpaqlarını işğaldan azad etmiş müzəffər bir vətənə qayıtmaq ayrı bir xoşbəxtlikdir.

Qısamüddətli gəldiyim üçün hər kəslə görüşmək çətin olacaq, görüşə bilmədiklərim və bilməyəcəklərim indidən üzrlü hesab etsinlər. Allah öz vətəninin həsrətində olan hər bir insana yol açsın", - bloger yazıb. 

Qeyd edək ki, E. Məcidli 2011-ci ildə sosial şəbəkələrdə "11 mart - Böyük Xalq Günü" və "2 Aprel-Böyük Qəzəb Günü" aksiyalarının təşkilatçısı qismində tanınaraq, barəsində cinayət işi başlanmış və beynəlxalq axtarışa verilmişdi.

Sonradan Baş Prokurorluq məlumat yayaraq, təqsirləndirilən Elnur Məcidli barəsində cinayət işinin icraatının dayandırıldığını bəyan edib.

Xəbər lenti
0