PPX avtomobili, arxiv şəkli

Polis İsmayıllıda əməliyyat keçirib, saxlanılanlar var

55
(Yenilənib 11:53 10.07.2021)
Ünvana baxış keçirilən zaman tərəvəz məhsullarının yetişdirildiyi istixanadan aqrotexniki qulluq göstərilmiş 11 ədəd çətənə kolu, eləcə də sellofan torbada qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

BAKI, 10 iyul — Sputnik. İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı bir sıra əməliyyat tədbirləri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini Elman Dadaşov saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman tərəvəz məhsullarının yetişdirildiyi istixanadan aqrotexniki qulluq göstərilmiş 11 ədəd çətənə kolu, eləcə də sellofan torbada qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Keçirilən digər əməliyyat tədbirləri nəticəsində isə rayon sakinləri Cavanşir Süleymanov və Vüsal Heydərov saxlanılıb. V.Heydərovun yaşadığı ünvana baxış keçirilən zaman həyətyanı sahədən narkotik tərkibli çətənə bitkisi və 283 qram qurudulmuş marixuana, C.Süleymanovun həyətyanı sahəsindən 3 ədəd əkilib-becərilməsi qadağan edilmiş çətənə kolu qablaşdırılaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Tərəvəzdən pul çıxara bilməyənlər istixanada narkotik becərməyə keçiblər

İstixana sahibləri iki ildir becərdikləri tərəvəzləri istədikləri qiymətə satmamaqdan, külli miqdarda ziyana düşməkdən gileylənirlər. Hətta xeyli fermer əlavə ziyana düşməmək üçün istixanaların ağzına qıfıl vurub. Lakin onların arasında bir qədər "praqmatik" olanlar da tapılıb - tərəvəz becərərkən itirdiklərini narkotik becərərək çıxarmaq eşqinə düşüblər. 

Belə ki, Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.

İyulun 5-nə olan məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən istixanalarda külli miqdarda narkotik tərkibli bitkilərin kultivasiya edilməsi barədə əməliyyat məlumatları daxil olub. Dərhal qeyd edilən ərazi nəzarətə götürülüb.

Baş İdarənin əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində həmin bağ sahəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Zülfüqar Heybətov, Əlihüseyn Mahmudov və Nofəl Abdıyev saxlanılıblar. Zülfüqar Heybətova məxsus bağ sahəsinin həyətindəki istixanalara baxış zamanı onun adları çəkilən digər şəxslərlə birlikdə əkdiyi ümumi çəkisi 11 ton 127 kiloqram olan 7380 ədəd çətənə kolu aşkar edilib. Həmçinin əməliyyat tədbirlərinin davamı olaraq həmin bağ sahəsinin yardımçı otaqlarından əlavə 38 kiloqram marixuana, 2 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi və 17 ədəd patron aşkar olunub. Bu şəxslər ifadələrində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiklərini və inkişafı üçün xüsusi qulluq etdiklərini bildiriblər.

Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən Sabunçu rayonu Maştağa qəsəbəsində vətəndaş Hafiz Daşdəmirovun da həyətində istixanalarda çətənə kollarını kultivasiya etdiyi barədə əməliyyat məlumatı daxil olub. Onun yaşadığı ünvanda keçirilən əməliyyat nəticəsində həmin şəxs saxlanılıb. Hafiz Daşdəmirovun həyətindəki istixanalara baxış zamanı xüsusi qulluq edərək yetişdirdiyi 4 ton 573 kiloqram çəkidə 4676 ədəd çətənə kolu, 93 kiloqram çətənə bitkilərinin hissələri və 33 kiloqram marixuana aşkar edilib. Bu şəxs də ifadəsində narkotik tərkibli bitkiləri bu ilin aprel ayında əkdiyini və xüsusi qulluq etdiyini bildirib.

Qeyd edək ki, keçirilmiş sonuncu əməliyyatlar zamanı Baş İdarə tərəfindən ümumilikdə 15 ton 700 kiloqram çəkidə 12 min 56 ədəd çətənə kolu, eləcə də, 164 kiloqram marixuana və çətənə bitkisinin hissələri qanunsuz dövriyyədən çıxarılıb.

Aşkar olunan faktlarla bağlı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanılıb və saxlanılan şəxslərin hər biri tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Həmçinin oxuyun: 

* DİN-dən "patı" açıqlaması

* Baş Narkotiklərlə Mübarizə İdarəsi sosial şəbəkələrdə hesab yaradıb

* Azərbaycan - İran sərhədində atışma, ölən var

* Tərəvəzdən pul çıxara bilməyən maştağalı fermerlər istixanada narkotik becəriblər

* "Patı" dəhşəti: Azərbaycanda qadınlar arıqlamaq üçün "ağ ölüm"ün girbadına düşür

55
Qaz anbarı, arxiv şəkli

Bizi xilas edəcək sərvət: Dünya bazarlarında təbii qaz niyə bahalaşır?

0
(Yenilənib 00:45 02.08.2021)
Son aylarda Avropada qaz ehtiyatlarında davamlı azalma müşahidə olunur və bu da qiymətlərin bahalaşmasını şərtləndirir.

BAKI, 2 avqust - Sputnik. Son dövrlərdə dünyada təbii qazın qiymətində ciddi bahalaşma müşahidə olunur və bu bazarda volatillik var. Xüsusilə də Avropa bazarlarında bu trend daha ciddi şəkildə özünü göstərir.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a dünyada təbii qazın qiymətinin artmasının səbəblərindən danışıb, növbəti aylarda qiymətlərin necə ola biləcəyindən bəhs edib.

Qazın bahalaşmasının əsas səbəbi havaların isti keçməsidir

Ekspert diqqətə çatdırıb ki, qazın bahalaşmasının əsas səbəbi havaların isti keçməsi ilə bağlıdır. Havalar istiləşdikcə elektrik enerjisinə tələbat kəskin şəkildə artır. Avropada elektrik enerjisi istehsalının 60-70 faizi məhz qaz istehlakı yolu ilə həyata keçirilir. Havalandırma sistemlərinin, kondisionerlərin daha çox istifadəsi son nəticədə bazarda qaza tələbi dəstəkləyir. Eyni zamanda son aylarda Avropada qaz ehtiyatlarında davamlı azalma müşahidə olunur və bu da qiymətlərin bahalaşmasını şərtləndirir.

Qış aylarında yenidən qazın qiymətində əhəmiyyətli artımlar ola bilər

Onun sözlərinə görə, avqust ayında da qiymət artımı riski var. Sentyabr-oktyabr aylarında bazarda vəziyyət sabitləşəcək. Lakin Avropa qaz ehtiyatlarını məqbul səviyyəyə çatdıra bilməsə, qış aylarında yenidən qazın qiymətində əhəmiyyətli artımlar ola bilər.

Müxtəlif amillər prosesə təsir göstərəcək

İqtisadçının fikrincə, ümumiyyətlə, müxtəlif amillər prosesə təsir göstərəcək. Bu gün pandemiyanın 4-cü dalğası müzakirə edilir. Artıq Avropanın bəzi ölkələrində xəstəlik daha da genişlənib və bu, yeni qapanmalar riski yaradır. Əgər yenidən məhdudiyyət tədbirləri tətbiq edilərsə, bunun prosesə mənfi təsirləri olacaq. Bundan başqa, qazın qiyməti neftin qiymətinin hansı istiqamətdə cərəyan edəcəyindən asılı olacaq. İndiki şərtlər daxilində noyabr ayından etibarən dünyada təbii qazın qiymətlərində növbəti bahalaşma dalğası gözlənilir.

"Azərbaycan dünya bazarında qaz tədarükçüsü kimi yeni-yeni iştirak edir. Ölkənin ixrac infrastrukturu var, amma hələlik əsas qaz yataqlarımızın tam işlənməsi başa çatmayıb. Lakin 2030-cu ilədək Azərbaycanda qaz istehsalında davamlı olaraq artımlar olacaq", - deyə o diqqətə çatdırıb.

Azərbaycanda qaz gəlirləri heç bir halda itirilmiş neft gəlirlərini kompensasiya edə bilməyəcək

İqtisadçı onu da əlavə edib ki, neft qazdan daha çox gəlir gətirir. Azərbaycanda qaz gəlirləri heç bir halda itirilmiş neft gəlirlərini kompensasiya edə bilməyəcək. Azərbaycan 2007-2008-ci illərdə neft ixracından təxminən 37 milyard dollar gəlir götürüb. Amma ölkəmiz bu ilin 6 ayında qaz ixracından 1,6 milyard dollar gəlir qazanıb. Biz qazı maksimum səviyyədə ixrac etsək belə, illik qaz ixracından 6-10 milyard dollar gəlir əldə edə bilərik.

Təbii qaz ixracı 2 dəfəyədək artıb

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında ölkədən 10 milyard 378,2 milyon kubmetr təbii qaz ixrac edilib. İxrac edilən təbii qazın dəyəri isə 1 milyard 585,6 milyon ABŞ dolları olub. 2020-ci ilin eyni aylarında Azərbaycandan 6 milyard 599,2 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 1 milyard 259,9 milyon dollar olmuşdu.

Yarım ildə Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi

Bu ilin yanvar-iyun aylarında ölkəmizdən İtaliyaya dəyəri 362,9 milyon ABŞ dolları olmaqla 1 milyard 626 milyon kubmetr, Yunanıstana 69,1 milyon dollarlıq 266,4 milyon kubmetr, Bolqarıstana isə 16,7 milyon dollarlıq 119,5 milyon kubmetr təbii qaz ixrac edilib.

Hesabat dövründə Türkiyəyə 880,7 milyon dollarlıq 6 milyard 292,8 milyon kubmetr, Gürcüstana 252,8 milyon dollarlıq 1 milyard 989,9 milyon kubmetr, İrana isə 3,1 milyon dollarlıq 84 milyon kubmetr qaz ixrac olunub.

Xatırladaq ki, Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.

TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.

Azərbaycan təbii qazını Yunanıstan, İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropaya ildə 10 milyard kubmetr qaz nəql olunacaq.

0

Azərbaycanın dünya şöhrətli kinematoqrafının qızıl kolleksiyası