Hindistan peyvəndlərinin keyfiyyət göstəricisi açıqlanıb

© AFP 2023 / Michael CiagloВакцина "Johnson&Johnson", фото из архива
Вакцина Johnson&Johnson, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.07.2021
Abunə olmaq
Səhiyyə Nazirliyinin yeni baş pediatrı Erkin Rəhimov bəzən Hindistan istehsalı olan vaksinlərin keyfiyyətinə şübhə ilə yanaşılsa da, bu ölkənin peyvəndlərinin təhlükəsiz olduğunu söyləyib.

BAKI, 9 iyul — Sputnik. Azərbaycanda uşaqların peyvəndlə əhatə olunma faizi açıqlanıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, Səhiyyə Nazirliyinin “Instagram” səhifəsində keçirilən canlı yayımda Səhiyyə Nazirliyinin yeni baş pediatrı Erkin Rəhimov bununla bağlı açıqlama verərək son illər bu rəqəmin 90 faizi ötdüyünü bildirib.

E.Rəhimov bildirib ki, bəzən valideynlər uşağa milli peyvənd təqviminə uyğun olaraq peyvənd etdirməkdən ehtiyat edirlər. Baş pediatr bunun düzgün yanaşma olmadığını söyləyib. O bildirib ki, ağır allergiyanın aktiv mərhələsində uşaqlar peyvənd olunmaya bilərlər. Amma digər hallarda uşaqlara peyvənd təqvimində nəzərdə tutulan peyvəndlər vurulmalıdır. Hətta ürək xəstəliyi olan uşaqlarda peyvənd vaxtında vurulmalıdır".

E.Rəhimov uşaqlara vaksin vurulmasının mövsümlə bağlılığı olmadığını, yay aylarında uşaqlara vaksin vurulmasının təhlükəsiz olduğunu deyib.

Baş pediatr, həmçinin peyvəndlərin keyfiyyətinə də toxunub. O bildirib ki, bəzən Hindistan istehsalı olan vaksinlərin keyfiyyətinə şübhə ilə yanaşılsa da, bu ölkənin peyvəndləri təhlükəsizdir: "Hindistan pandemiyaya qədər peyvənd bazarının 50-60 faizini tuturdu. Keyfiyyət baxımından da pis deyil. Peyvəndlər çox yoxlamalardan keçir. Bundan əlavə peyvəndin daşınma qaydasına əməl edilməlidir", - deyə E.Rəhimov bildirib.

Qeyd edək ki, bu linkə daxil olmaqla Milli Peyvənd Təqviminə daxil edilən vaksinlər barədə məlumat almaq olar.

Xəbər lenti
0