“Kənddən Şəhərə” yarmarkası

Bu həftəsonu “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək - ünvanlar

25
(Yenilənib 19:56 08.07.2021)
Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkalarda Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.

BAKI, 8 iyul — Sputnik. Kənd Təsərrüfatı Nazirliyi iyulun 10-11-də ənənəvi "Kənddən Şəhərə" həftəsonu yarmarkaları keçirəcək. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, Bakı və Abşeron ərazisində üç fərqli ünvanda baş tutacaq yarmarkaların təşkilində əsas məqsəd yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir.

Budəfəki yarmarkalarda ümumilikdə 40-a yaxın regiondan 100-ə kimi fermer 50-yə qədər çeşiddə təbii kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcək.

Satışa çıxarılan məhsulların kеyfiyyətinə nəzarət etmək məqsədilə yarmarkalarda Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar yarmarkada satışa çıxarılan hər hansı bir məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün laboratoriyanın xidmətlərindən ödənişsiz şəkildə faydalana bilərlər.

Yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla baş tutacaq. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar.

Yarmarkaya alış-verişə gələcək vətəndaşların temperaturları ölçüləcək, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək. Eyni zamanda, yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq. "Kənddən şəhərə" yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərəcək:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ("Gənclik" metro stansiyasının çıxışı);

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B ("İnqilab" kinoteatrının yanı);

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.

Qeyd edək ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla keçiriləcək, eyni zamanda yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılacaq. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, soyuducu, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunacaqlar. Yarmarkaya alış-verişə gələcək vətəndaşların temperaturları ölçüləcək, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetiriləcək.

Xatırladaq ki, "Kənddən Şəhərə" həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd Bakı və Abşeron sakinlərini təbii və sağlam kənd məhsulları ilə təmin etmək, eləcə də yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

25

Azərbaycanın dünya şöhrətli kinematoqrafının qızıl kolleksiyası

3
(Yenilənib 00:41 02.08.2021)
  • Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” musiqili filmi Gülnaz rolunu canlandıran Tamara Gözəlovaya xalq sevgisini qazandırdı. Premyera 1958-ci ildə böyük uğur qazanaraq Moskvada baş tutub.
  • Ceyhun Mirzəyev Fəryad filmində
  • “Qaynana” filmindəki Cənnət xala obrazı isə Xalq artisti Nəsibə Zeynalovun vizit kartıdır.
Milli Kino Günündə Sputnik Azərbaycan oxuculara fərqli zamanlarda çəkilmiş ən məhşur Azərbaycan filmlərinin foto kolleksiyasını təqdim edir. Onların əksəriyyəti Azərbaycanın dünya şöhrətli kinematoqrafının qızıl kolleksiyasına daxil edilib. 

Hər il avqustun 2-si Milli Kino Günündə Azərbaycanda bütün kinematoqrafiya işçilərinin peşə bayramı qeyd olunur. Bu bayram Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamına əsasən təsis edilib.

Bu tarix təsadüfi deyil. 2 avqustda baş tutan ilk yerli filmin nümayişi fotoqraf Aleksandr Mişon tərəfindən təşkil edilib. O, doğma Bakının həyatından “Bibi-Heybətdə yanğın”, “Balaxanı-Sabunçu yatağındakı neft fontanı”, “Qafqaz rəqsi” və s. kimi filmlər çəkib.

1922-ci ildə Azərbaycan SSR rəhbərliyi tərəfindən respublikada bugünkü "Azərbaycanfilm" kinostudiyasının sələfi olan ilk kino fabrikinin yaradılması haqqında qərar qəbul edilib.

Həm bədii, həm də sənədli filmlərin çəkildiyi bu günlərdə Azərbaycanda milli kino sənəti fəal inkişaf edir.

“Arşın mal alan” filmi müsəlman şərqində ilk operetta və ilk Azərbaycan kinokomediyasıdır. O, bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında çəkilib və xaricdə məşhurlaşıb. Bu il operettanın 102-ci ildönümü qeyd olunub.

Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” musiqili filmi Gülnaz rolunu canlandıran Tamara Gözəlovaya xalq sevgisini qazandırdı. Premyera 1958-ci ildə böyük uğur qazanaraq Moskvada baş tutub.

Həsən Seyidbəylinin yaratdığı “Bizim Cəbiş müəllim” filmi Maqsud İbrahimovun Vətən müharibəsi barəsində olan “1001-ci müharibə gecəsi” hekayəsinin motivlərı əsasında çəkilib. Pedaqoq obrazını yaradan aktyor Süleyman Ələsgərov hələ də ən sevimli tamaşaçı personajıdır.

Türkiyəli aktrisa Meral Konrat və azərbaycanlıların sevimlisi Fəxrəddin Manafov rejissor Rasim Ocaqovun yaratdığı “Təhminə” filmində baş rollarda oynayıblar. Ürəkparçalayan sevgi hekayəsi bir çox insanın həqiqi həyatını əks etdirib.

“Fərhad” filmi rejissor və aktyor Ceyhun Mirzəyevin son əsəridir. Aktyor çəkiliş başa çatdıqdan dərhal sonra, filmini ekranda görmədən vəfat edib. Bu film Qarabağ mövzusunda ən yaxşı film hesab olunur.

“Qaynana” filmindəki Cənnət xala obrazı isə Xalq artisti Nəsibə Zeynalovun vizit kartıdır. Bu aktrisa bəlkə də Azərbaycanda hamı tərəfindən sevilən qaynanadır.

İtaliyalı rejissor Bernardo Bertoluççi Vaqif Mustafayevin “Yaramaz” filmini dünyanın 35 ən yaxşı filminə aid etmişdir. Bu film hətta Neapolda “Vittorio de Sika adına Qızıl medal” Qran-Pri mükafatına layiq görülüb.

Tofiq Tağızadənin yaratdığı “Uzaq sahillərdə” filmində çəkilən Nodar Şaşıqoğlu  “Mixaylo şəhərdədir ” ifadəsi ilə məşhurlaşıb. Bu filmdə aktyor Mixaylo ləqəbli qorxusuz partizanı yaradıb.

Əfsanəvi Rəşid Behbudov bir neçə Azərbaycan filmində rol alıb. Onların arasında ən yaddaqalan film “Bəxtiyar” idi. 93 yaşı tamam olan bu filmdə Behbudov rusiyalı həmkarı Tamara Çernova ilə birlikdə oynayıb.

Bakıda və Moskvada çəkilən “Məhəllə” filmi ölkə kinosunun ən yaxşı müasir film komediyalarından biridir. Filmdə əsas rolları “Bakılı oğlanlar” komandasının sabiq KVN-çilərı oynayıblar. 

3
  • © Photo : Azerbaydzhanfilm / Arshin Mal Alan / 1945

    “Arşın mal alan” filmi müsəlman şərqində ilk operetta və ilk Azərbaycan kinokomediyasıdır. O, bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında çəkilib və xaricdə məşhurlaşıb.

  • © Azerbaydzhanfilm / Arshin Mal Alan / 1945

    Bu il operettanın 102-ci ildönümü qeyd olunub.

  • Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” musiqili filmi Gülnaz rolunu canlandıran Tamara Gözəlovaya xalq sevgisini qazandırdı. Premyera 1958-ci ildə böyük uğur qazanaraq Moskvada baş tutub.
    © Photo : PUBLIC DOMAIN

    Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” musiqili filmi Gülnaz rolunu canlandıran Tamara Gözəlovaya xalq sevgisini qazandırdı. Premyera 1958-ci ildə böyük uğur qazanaraq Moskvada baş tutub.

  • © Photo : Azerbaijanfilm / 1969

    Həsən Seyidbəylinin yaratdığı “Bizim Cəbiş müəllim” filmi Maqsud İbrahimovun Vətən müharibəsi barəsində olan “1001-ci müharibə gecəsi” hekayəsinin motivlərı əsasında çəkilib. Pedaqoq obrazını yaradan aktyor Süleyman Ələsgərov hələ də ən sevimli tamaşaçı personajıdır.

  • © Photo : Azerbaijanfilm / 1993

    Türkiyəli aktrisa Meral Konrat və azərbaycanlıların sevimlisi Fəxrəddin Manafov rejissor Rasim Ocaqovun yaratdığı “Təhminə” filmində baş rollarda oynayıblar.

  • © Photo : Azerbaijanfilm / 1993

    Ürəkparçalayan sevgi hekayəsi bir çox insanın həqiqi həyatını əks etdirib.

  • Ceyhun Mirzəyev Fəryad filmində
    © "Aşkarfilm" Şirkəti / "Fəryad" filmindən kadr

    “Fərhad” filmi rejissor və aktyor Ceyhun Mirzəyevin son əsəridir. Aktyor çəkiliş başa çatdıqdan dərhal sonra, filmini ekranda görmədən vəfat edib. Bu film Qarabağ mövzusunda ən yaxşı film hesab olunur.

  • “Qaynana” filmindəki Cənnət xala obrazı isə Xalq artisti Nəsibə Zeynalovun vizit kartıdır.
    © Photo : Azerbaijanfilm / 1978

    “Qaynana” filmindəki Cənnət xala obrazı isə Xalq artisti Nəsibə Zeynalovun vizit kartıdır.

  • © Photo : Azerbaijanfilm / 1978

    Bu aktrisa bəlkə də Azərbaycanda hamı tərəfindən sevilən qaynanadır.

  • © Photo : Azerbaijanfilm / 1988

    İtaliyalı rejissor Bernardo Bertoluççi Vaqif Mustafayevin “Yaramaz” filmini dünyanın 35 ən yaxşı filminə aid etmişdir. Bu film hətta Neapolda “Vittorio de Sika adına Qızıl medal” Qran-Pri mükafatına layiq görülüb.

  • © Photo : Azerbaijanfilm / 1958

    Tofiq Tağızadənin yaratdığı “Uzaq sahillərdə” filmində çəkilən Nodar Şaşıqoğlu  “Mixaylo şəhərdədir ” ifadəsi ilə məşhurlaşıb. Bu filmdə aktyor Mixaylo ləqəbli qorxusuz partizanı yaradıb.

  • © Photo : Baku Film Studio / 1955

    Əfsanəvi Rəşid Behbudov bir neçə Azərbaycan filmində rol alıb. Onların arasında ən yaddaqalan film “Bəxtiyar” idi. 93 yaşı tamam olan bu filmdə Behbudov rusiyalı həmkarı Tamara Çernova ilə birlikdə oynayıb.

  • © Photo : "Planet Parni iz Baku" Studiya / 2003

    Bakıda və Moskvada çəkilən “Məhəllə” filmi ölkə kinosunun ən yaxşı müasir film komediyalarından biridir. Filmdə əsas rolları “Bakılı oğlanlar” komandasının sabiq KVN-çilərı oynayıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Qaribaşviliyə: Üçtərəfli mexanizm liderlər səviyyəsində canlandırılmalıdır