Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi

Naxçıvanı Azərbaycanla birləşdirəcək yol tikilir

68
Bu yol Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

BAKI, 8 iyul — Sputnik. Aprelin 26-da Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olarkən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlqoyma mərasimindən dərhal sonra layihənin icrasına başlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının tapşırığı ilə artıq bir neçə yol layihəsinin icrasına başlanılıb və uğurla davam etdirilir. Bu layihələr işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaq. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu həm də strateji əhəmiyyəti ilə seçilir. Çünki sözügedən yol Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Strateji əhəmiyyətə malik avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Avtomobil yolunun uzunluğu 124 kilometrdir. Dövlətimizin başçısının tapşırığına əsasən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 76 kilometrlik hissəsi 3 gediş – 3 gəliş olmaqla 6, qalan 48 kilometrlik hissəsi isə 2 gediş – 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.

© Azerbaijan Highway State Agency
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi

Yolboyu genişmiqyaslı tikinti işləri davam etdirilir. İş həcmi və layihənin qısa müddət ərzində yekunlaşdırılması tapşırığı nəzərə alınaraq tikintini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin "16 N-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC ilə subpodratçı olaraq yol Türkiyənin tikintisi sahəsində ixtisaslaşmış şirkəti olan "Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi" şirkətinin ölkəmizdəki filialı birgə icra edir.

Hazırda sözügedən avtomobil yolunun ilk 76 kilometrlik hissəsində torpaq işlərinin icrası davam edir. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yolun genişləndirilərək profilə salınması və I texniki dərəcəyə uyğun 29,5 metr enində yeni torpaq yatağının inşası işləri həyata keçirilir. Eyni zamanda topoqrafiya-geodeziya işləri, həmçinin layihəyə uyğun olaraq ərazinin təmizlənməsi icra olunur. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Qeyd edək ki, yolun 20-37-ci kilometrləri arasında əraziyə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi işləri də paralel şəkildə icra olunur.

Yeni inşa edilən yol boyunca layihəyə uyğun olaraq zəruri yerlərdə ümumi uzunluğu 3400 metr təşkil edən 3 avtomobil tuneli, 2 viaduk və 23 avtomobil körpüsü, 8 yol ötürücüsü, 50 yeraltı keçid, 5 yerüstü keçid, suların ötürülməsini təmin etmək məqsədilə 400 dairəvi boru və düzbucaqlı su keçidi, həmçinin kommunikasiya xətləri üçün 60 ehtiyat keçidinin inşası nəzərdə tutulub ki, bu işlərin müəyyən hissəsi artıq icra olunur. Belə ki, hazırda iki körpünün svay işləri görülür.

© Azerbaijan Highway State Agency
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi

Yolun tikintisinin qısa müddət ərzində icra edilməsini təmin etmək məqsədilə ərazidə tikiləcək düşərgənin inşası artıq bitmək üzrədir. Düşərgədə asfalt-beton zavodu, maşın-mexanizmlərin saxlanılması və xidməti üçün xüsusi ərazi, həmçinin işçilər üçün hər bir şəraiti olan ofis, yeməkxana və dincəlmək üçün yerlər qurulur.

Yeni Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir və hazırda inşası aparılan Əhmədbəyli-Füzuli-Şuşa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Xudafərin-Qubadlı-Laçın avtomobil yolları başlanğıcını məhz bu yoldan götürür.

Tikinti işləri "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilir.

Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nəqliyyat, rabitə və yüksək texnologiyalar İşçi Qrupu çərçivəsində digər aidiyyəti dövlət qurumları ilə koordinasiyada həyata keçirilən bu yol layihəsi Qarabağın vahid nəqliyyat konsepsiyasının ayrılmaz tərkib hissəsini təşkil edir.

© Azerbaijan Highway State Agency
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.

Vətən müharibəsi

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində törətdikləri genişmiqyaslı təxribata cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçdi.

44 gün davam edən müharibə müddətində - oktyabrın 9-da Cəbrayıl, oktyabrın 17-də Füzuli, oktyabrın 20-də Zəngilan, oktyabrın 25-də Qubadlı, noyabrın 8-də isə Şuşa şəhəri erməni işğalçılarından təmizləndi.

Noyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya lideri Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə əsasən, noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan işğaldan azad edilib.

68
Kişi Tokio-2020 Olimpiya Oyunlarının installyasiyasının qarşısından keçir

Koreya ilə Belarus liderlərini birləşdirən dəyər ermənilərin təbiətin məhvinə sevinməsi

8
(Yenilənib 20:39 01.08.2021)
Təəəcüblü deyil, Laçını, Kəlbəcəri tərk edərkən, evlərə od vuran, meşələri qırıb-dağıdan, 30 ildə abad kəndləri, şəhərləri Xirosimaya çevirən vandal toplumdan başqa reaksiya gözləmək əbəs olardı.

Təbiətə qarşı

Türkiyədə səmaya yüksələn alovlar ürəyimizi dağladı. Düzdür, bir millət-iki dövlət olduğumuzdan belə hadisələr bizdə xüsusi emosiyalar yaradır. Ancaq bu, həm də insani hissdir. Bütün dünya bu vəziyyətlə bağlı dərin təəssüf hissini ifadə edir, kədərlənir. Yalnız ermənilər istisnadır, sosial şəbəkələrin Ermənistan seqmentində toy-bayramdır... Təəəcüblü deyil, Laçını, Kəlbəcəri tərk edərkən, evlərə od vuran, meşələri qırıb-dağıdan, 30 ildə abad kəndləri, şəhərləri Xirosimaya çevirən vandal toplumdan başqa reaksiya gözləmək əbəs olardı.

Qardaş ölkə nə sınaqlar gördü, bunu da geridə qoyacaq. “Ağacsız torpaq vətən deyildir” – deyirdi böyük Atatürk.  Bu cür düşünən xalq nə baş versə də, cənnəti bərpa edəcək.

Təbii fəlakətlərə sevinən toplum isə görünür, anlamır ki, dünyanın bir küncündə məhv olan bir ağac digər küncündə də oksigeni azaldır.

Hadisənin təbii fəlakət olması ehtimalları isə getdikcə öləziyir.

Ermənilər və koreyalılar

Revaş ümidləri öləzimiş Paşinyan isə müttəfiqləri arasında tərəddüdlərini davam etdirir. Bəlkə də manipulyasiyalarını.

Gah Qərbə, gah da Moskvaya yönələn Paşiki daxildə daha çox Qərbin adamı kimi xarakterizə edir, yerli media onun rus kadrlarını təmizlədiyini vurğulayır. Paşikin ritorikası da Rusiyanın tezisi ilə ziddiyyət təşkil edir: şimal nəhəngi bölgədə kommunikasiyaların açılmasının vacibliyini, bunun 10 noyabr bəyanatının tələbi olduğunu deyir, Nikol isə hökumətin son iclasında bu məsələnin müzakirə edilmədiyini söyləyir.

Şimali Koreya kimi arxaik ruhlu dövlət Cənubi Koreya ilə sərhədini açdı, bizim qonşumuz isə...

Şimali Koreyanı xatırlamışkən, Kim Çen İn ordusuna döyüş hazırlığını artırmağı tapşırıb. Kim Cənubi Koreya və ABŞ-ın avqustun ortalarında keçirilməsi palanlaşdırılan illik hərbi təlimləri şimaldakı koreyalılar üçün təhdid kimi qiymətləndirib.

Ümumiyyətlə, Koreya dünyanın ən unikal ölkəsi olaraq qalır (Ermənistan da faşizm ənənələrini yaşadan ölkə kimi bu unikallığa aiddir). Şimali Koreya ilə Ermənistanın fərqi ondadır ki, birincilər bədbəxtliklərindən xəbərdar deyil, ermənilər isə artıq bunu anlayırlar. Təsadüfi deyil ki, hələ rəsmi statistikaya görə, bu ilin əvvəlindən Ermənistanı tərk edənlərlə ölkəyə qayıdanlar arasında nə az, nə çox, 30 min nəfər fərq var. 

Müqayisə üçün deyək ki, son 60 ildə Şimali Koreyadan Cənubi Koreyaya 23000 insan mühacirətə gedib, Cənubi Koreyadan Şimali Koreyaya isə 2 nəfər. Bu yazını Şimali Koreyalılar heç google translate-lə də oxuya bilməyəcəklər, çünki orda internet açıq deyil, ölkədə internet istifadəçilərinin sayı 605 nəfərdir.

Bu arada BMT dünyanın 23 ölkəsində, xüsusən də Afrika qitəsində aclıq fəlakəti gözlənildiyi barədə xəbərdarlıq edib. Məsələn, Əfqanıstanda ilin sonunadək 3,5 milyon insanın aclıq və yoluxucu xəstəliklərdən həyatını itirəcəyi proqnozlaşdırılır.

Bugünkü avantura erməniləri də aclıq çəkən ölkələrin siyahısına doğru aparır.

Belarus idmançılar hara getsin?

Həftənin ən maraqlı açıqlamalarından biri Belarus prezidenti Lukaşenkoya aiddir. Belarus prezident Tokio-2020-yə gedən idmançılara Şimali Koreya liderinin ritorikasında müraciət edib: “Əgər oraya turist kimi gedirsinizsə və əliboş qayıdacaqsınızsa, yaxşı olar ki, qayıtmayasınız. Bunu sizə hansısa ictimai təşkilat rəhbəri kimi yox, ölkə prezidenti kimi deyirəm. Məni necə istəyirsiniz, elə də başa düşün”.

Hələlik, Belarusun 1 qızılı var.

Bu arada Belarus dövlət başçısının nəvəsinin toyu olub. Məclis karantin qaydalarına uyğun olaraq, 70 nəfərlə keçib.

Prezident mandatı olan adamdır, istəsə 7000 adamla da keçirə bilərdi, etməyib.

Deputat adamdır...

Mandat demişkən, bu həftənin ən yaddaqalan hadisələrindən biri deputat mandatlı Elbrus Səlimovun polisi döyməsi idi. Belə ki, Xaçmazda restoranda yeyib-içmək məclisində olan E.Səlimov polisin gecə saat 12 olduğundan restoranın qapadılmalı olduğu tələbinə şillə-təpiklə cavab verib. İndi parlament onun mandatına baxacaq.

E.Səlimov Dağıstan Dövlət Universitetində təhsil alıb. Necə?! Yox, ağlınıza başqa şey gəlməsin, sadəcə, xatırlatdım.

…və təsadüfi deyil ki, bu günlərdə parlamentin payızda buraxılacağı, yeni tərkibin formalaşdırılacağı barədə söz-söhbətlər dolaşır.

Şəhid puluna göz dikənlər

Bu yaxınlarda şəhid ailəsinin evindən oğurluq edən dələduzları polis saxlamışdı. Canını vətən üçün qurban verənlərin malına göz dikməyə dələduzluq demək, yəqin, çox yumşaq səslənir… Ötən həftə isə Göyçay rayon sakini Ş.Qafarova oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun oğurlandığını bildirib. Polis bu şərəfsiz əməlin sahibini də saxlayıb. Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb.

Bu hərəkətə də, bu cür addımı atanlara da içəridə nəsə ad tapıb qoyacaqlar, biz başımızı çox yormayaq.

 “Delta” və “Patı”

Koronavirusun “Delta” ştammı sürətlə yayılmağa davam edir. Payızda onun 4-cü dalğa şəklində ciddi qapanmalara səbəb olacağı da istisna deyil.

Yaponiya kimi intizamlı insanların yaşadığı ölkədə ştamm tüğyan edir: Yay Olimpiya Oyunlarının keçirildiyi gündoğar ölkədə bazar günü 12 342 yoluxma hadisəsi təsdiqlənib.

Ştammın görmə, eşitmə zəifliyinə səbəb olduğu deyilir.

Ən azı “Delta” qədər bizim üçün təhlükəyə çevrilmiş daha bir bəla var: Patı. Hər gün onun dəstə-dəstə istifadəçi və satıcıları polis bölmələrinə gətirilir.

Ötən həftə bu bəlanın yayılması ilə bağlı tükürpədici məlumat yayıldı. Belə ki, onun Xankəndidə istehsal olunduğu, məqsədli şəkildə İran vasitəsilə Azərbaycana ötürüldüyü bildirildi. Həm də Almaniya kəşfiyyatına istinadən. Mediada yayılan məlumatlarda qeyd edilir ki, Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin Almaniya hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, ermənilər əvvəllər “patı” istehsalını Zəngilanda həyata keçirirmişlər. Zəngilan işğaldan azad edildikdən sonra isə, bu işi Xankəndidə davam etdirirlər.

İslahatlara qarşı

Narkotikin bu qədər tüğyan etməsinə görə təhsil ocaqları da məsuliyyət daşıyır. Amma görünür, əvvəlcə bu ocaqların özünü təmizləmək lazımdır.

Ötən həftə Bakı Dövlət Universitetində universitet rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirildi. Hadisəni universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyevin törətdiyi bildirilir. Ki, onun müqaviləsini uzatmayıblar və İsmixan müəllim də bu cür haqq-hesab çürütməyə qərar verib.

İslahatlara qarşı gedənlər, hətta əli bıçaqlı gedənlər həmişə olur.

İslahalar demişkən, biz BDU-da oxuyanda  (2003-2007) həm də bizim ixtisas - Nəşriyyat işi və redaktəetmə ixtisasının tələbələri üçün nəzərdə tutulmuş komputer otağından istifadəyə icazə verilmirdi, 4 ildə o otağı 2-3 dəfə gördük. Görəsən, islahatlar o otağın qapısındakı qıfılı da qıra bilibmi?!

8
Qaz anbarı, arxiv şəkli

Bizi xilas edəcək sərvət: Dünya bazarlarında təbii qaz niyə bahalaşır?