Auditoriyada tələbələr, arxiv şəkli

Ali məktəblərə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayıb

33
(Yenilənib 11:02 08.07.2021)
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 2021-ci il iyulun 8-dən avqustun 10-dək internet vasitəsilə aparılacaq.

BAKI, 8 iyul — Sputnik. Ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayır.

Dövlət İmtahan Mərkəzindən Sputnik Azərbaycan-a verilən məlumata görə, elektron ərizələrin qəbulu 2021-ci il 8 iyul-10 avqust tarixlərində internet vasitəsilə aparılır.

Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı subbakalavrların ərizələrinin qəbulu 2021-ci il iyulun 8-dən avqustun 10-dək internet vasitəsilə aparılır. Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ali təhsil almaq istəyən subbakalavrlar isə 8-23 iyul tarixlərində ərizələrini təsdiq etməlidirlər.

Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, "Subbakalavrın elektron ərizəsi" formasını təsdiq edirlər.

Subbakalavra aid təhsil məlumatları "Tələbə-Məzun" dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub "yadda saxla" düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavra "sms" xəbərdarlıq göndəriləcək.

Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Xatırladaq ki, subbakalavr "Şəxsi kabinet"ində qeyd olunan mobil telefon nömrəsi özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, "Şəxsi kabinet"dəki "Əlaqə məlumatları" bölməsində mobil telefon nömrəsində düzəliş etməlidir.

"SMS" xəbərdarlıq aldıqdan sonra subbaklavr elektron ərizəsinə daxil olub onu təsdiq etməlidir.

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər. Subbakalvrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları (ixtisaslar) üzrə müəyyən etdiyi minimal müsabiqə şərti balı ilə iştirak edəcəklər.

Bitirdikləri ixtisasa müvafiq xüsusi qabiliyyət tələb edən ixtisaslar (XQTİ-lər) üzrə ali təhsil almaq istəyən subbakalavrlar 8-23 iyul tarixlərində ərizələrini təsdiq etməlidirlər. Onlar daha sonra təhsil almaq istədikləri ixtisasın aid olduğu komissiya üzrə də qeydiyyatdan keçəcəklər. Qabiliyyət imtahanlarına qeydiyyat tarixləri DİM tərəfindən elan olunacaq.

Qeydiyyatdan keçmiş subbakalavrlar müəyyən olunacaq cədvəl üzrə DİM tərəfindən elan olunacaq tarixlərdə qabiliyyət imtahanında iştirak edəcəklər. Qabiliyyət imtahanlarında iştirak ödənişlidir. Qabiliyyət imtahanları haqqında "Xüsusi qabiliyyət imtahanları" jurnalının 1-ci sayında məlumat verilib.

XQTİ-ləri yalnız bu ixtisaslar üzrə qabiliyyət imtahanlarında iştirak edən və müsabiqə şərtlərini ödəyən subbakalavrlar seçə bilərlər.

Hərbi çağırışçıların müsabiqədə iştirak etmək üçün möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Möhlət hüququnu və ya çağırışdan azad edilməsini təsdiq edən məlumatlar Xidmətin müvafiq idarəsi tərəfindən elektron məlumat bazasına daxil edilməlidir. Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Müsabiqənin keçirilməsi

1. İxtisas seçimi başa çatdıqdan sonra ali təhsil müəssisələrinin ixtisaslarının qəbul planı və dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu çərçivəsində əvvəlcə abituriyentlərin, bundan sonra isə subbakalavrların müsabiqə əsasında yerləşdirilməsi aparılır. Yerləşdirilmə elektron ixtisas seçimi ərizəsində qeyd olunan ixtisasların ardıcıllığı nəzərə alınmaqla həyata keçirilir.

Eyni bir yerə iddia edən iki və daha artıq subbakalavrı fərqləndirmək məqsədilə aşağıda qeyd edilən ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir:

Orta ixtisas təhsili pilləsi üzrə ümumi orta müvəffəqiyyət göstəricisi;

Təhsil haqqında sənədə (attestata) tədris dili, ədəbiyyat, xarici dil, riyaziyyat, Azərbaycan tarixi, ümumi tarix, fizika, kimya, biologiya, coğrafiya fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası.

2. Cari ildə qəbul imtahanında iştirak edən subbakalavr öz istəyindən asılı olaraq, həm imtahanda topladığı bal ilə abituriyent kimi ümumi qaydada, həm də subbakalavr kimi qəbul imtahanında iştirak etmədən orta ixtisas təhsili səviyyəsində bitirdiyi ixtisasa uyğun ali təhsil pilləsinin ixtisasları üzrə müsabiqədə iştirak edə bilər.

Subbakalavrlar ali təhsil müəssisəsilərinin ixtisaslarını seçərkən tədris dili orta ixtisas təhsili pilləsində təhsil aldıqları dilə uyğun ixtisasları seçə bilərlər.

Subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər. Çünki bu ixtisaslar üzrə xarici dil fənninə bal məhdudiyyəti tətbiq olunur və subbakalavrlar imtahanda iştirak etmədikləri üçün bu ixtisasları seçə bilmirlər.

Subbakalavrların qəbul imtahanlarında iştirak etmədən "ADA" Universitetinin ixtisaslarına müsabiqə yolu ilə qəbulu aparılmır.

Cari ildə qəbul imtahanında iştirak etmiş subbakalavrlar öz seçimindən asılı olaraq, imtahanda topladığı bal ilə və ya DİM-in müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə müsabiqədə iştirak edə bilərlər.

İxtisasların uyğunluğu, yəni subbakalavrın bitirdiyi ixtisasdan asılı olaraq seçə biləcəyi ali təhsil müəssisələrinin ixtisaslarının siyahısı, müsabiqə şərtləri və digər zəruri məlumatlar ixtisas seçiminə qədər "Abituriyent" jurnalının xüsusi buraxılışında təqdim olunacaq.

33
Футбольный мяч. Архивное фото

Konfrans Liqası: Azərbaycanın iki klubu mübarizəni dayandırdı, biri isə mərhələni keçdi

14
(Yenilənib 23:03 29.07.2021)
Azərbaycanın "Sumqayıt" və "Keşlə" futbol klubları UEFA Konfrans Liqası ilə vidalaşmalı olublar.

BAKI, 29 iyul - Sputnik. “Qarabağ” (Ağdam) klubu avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ağdam klubu Konfrans Liqasında mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşüb.

II təsnifat mərhələsindən mübarizəyə başlayan Qurban Qurbanovun yetirmələri “Aşdod” səddini adlayıb. Evdə qolsuz heç-heçə edən Premyer Liqanın vitse-çempionu İsraildəki qələbə ilə tur adlayıb.

“Qarabağ” bu qələbəni erkən qol sayəsində qazanıb. Filip Ozobiçin 6-cı dəqiqədəki qolu komandaya mərhələ adlamaq imkanı verib.

"Sumqayıt" və "Keşlə" də UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

"Report"un məlumatına görə, Sənan Qurbanovun baş məşqçi olduğu paxtaxt təmsilçisi Rusiyanın "Soçi" klubunu qəbul edib.

"ASK Arena"da keçirilmiş qarşılaşmada qonaqlar 4:2 hesabı ilə qələbə qazanıb. 21-ci dəqiqədə rəqibin heyətində Marko Duqandziç hesabı açıb. 35-ci dəqiqədə "Keşlə"nin braziliyalı legioneri Felipe Santos bərabərlik qolunu vurub. Bundan 3 dəqiqə sonra Nikita Burmistrov "Soçi"ni yenidən önə keçirib.

İlk hissə bu hesabla yekunlaşıb. İkinci yarının əvvəlində paytaxt təmsilçisi hesabı bərabərləşdirməyə müvəffəq olub. 52-ci dəqiqədə Rəhman Hacıyev topu rəqib qapısından keçirib. Danila Proxin 70-ci dəqiqədə meydan sahiblərini növbəti dəfə mərkəzə dəvət edib. Duqandziç 82-ci dəqiqədə özünün ikinci, komandasının isə 4-cü qoluna imza atıb. Rusiyadakı matçda rəqibinə 0:3 hesabı ilə uduzan "Keşlə" Konfrans Liqası ilə vidalaşıb.

"Sumqayıt" "Kapital Bank Arena"da Serbiyanın "Çukariçki" komandası ilə üz-üzə gəlib. Görüş "gənclik şəhəri" təmsilçisi üçün yaxşı başlamayıb. 10-cu dəqiqədə Belqrad klubunun heyətində İbrahima Ndiaye hesabı açıb. 6 dəqiqə sonra isə Marko Dotsiç penaltidən fərqlənməklə meydan sahibini növbəti dəfə məyus edib. Oyunda başqa qol vurulmayıb. Serbiyada rəqibi ilə qolsuz heç-heçə edən "Sumqayıt" da Konfrans Liqası ilə vidalaşmalı olub.

14

Olimpiya ümidləri: azərbaycanlı idmançılardan kim Tokioda medal qazana bilər

19
  • Mariya Stadnik
  • Mariya Stadnik
  • Азербайджанский борец вольного стиля Гаджи Алиев
  • Азербайджанский борец вольного стиля Гаджи Алиев
  • Bundan əvvəlki Olimpiadada bürünc medal qazanan güləşçimiz bu dəfə daha yüksək əyarlı medal qazanmağa da qadirdir.
  • Шариф Шарифов, фото из архива
  • Karate üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü İrina Zaretska, arxiv şəkli
  • Azərbaycanın yunan-roma güləşçisi İslam Abbasov
Azərbaycanlı idman həvəskarları səbirsizliklə güləş və karate üzrə yarışları gözləyir və Olimpiya oyunlarında medal qazanmaq ümidlərini onlarla bağlayırlar

 

Azərbaycan idmançılarının Tokio Olimpiadasında uğursuz çıxışı fonunda idmançılarımızın medal qazanmasına ümidlər də əriyir. Buna baxmayaraq, Azərbaycanın Olimpiya yığmasında hələ də Tokioda mükafat qazanmağa qadir olan atletlər var.

Cüdo idman növündə Olimpiya medalını idmançımız İrina Kindzerskaya qazanmağa qadirdir (78 kq-dan yuxarı çəkidə). İdmançımız uzun müddətdir ki, dünya reytinqində aparıcı yerlərdən birini tutur və mütəmadi olaraq "Böyük dəbilqə" turnirlərində medallar qazanır.

Sözsüz ki, Olimpiya medallarına güləş yarışlarında da ümid etmək olar. Yeri gəlmişkən, müstəqil Azərbaycanın tarixində hələ elə bir Olimpiada olmayıb ki, oradan Azərbaycan güləşçiləri medalsız qayıtsınlar.

İlk növbədə ən çox titulu olan idmançımız Mariya Stadnikin mükafat qazanacağını gözləyirik (50 kq), həm də, sadəcə medal deyil, məhz qızıl medal.

Olimpiya oyunlarının üçqat mükafatçısı, ikiqat dünya çempionu və səkkiz dəfə Avropa çempionu olan Stadnik öz çəki dərəcəsində əsas favoritdir və ona yalnız son iki Olimpiadanın finalında məğlub olduğu yapon güləşçiləri mane ola bilərlər.

Kişilər arasında sərbəst güləş yarışlarında ümidlərimiz üçqat Dünya və Avropa çempionu Hacı Əliyevlə bağlıdır (65 kq). İdmançımız öz çəki dərəcəsində ənənəvi olaraq favoritdir. Bundan əvvəlki Olimpiadada bürünc medal qazanan güləşçimiz bu dəfə daha yüksək əyarlı medal qazanmağa da qadirdir.

Daha bir sərbəst güləş ustamız Şərif Şərifovun da yaxşı şansları var (97 kq). 2012-ci il London Olimpiadasında qalib olan idmançı 2016-cı il Rio Oyunlarında bürünc medallara sahib olub. Əgər ilkin mərhələdə idmançımız dördqat dünya çempionu Abdulrəşid Sadullayevlə (Rusiya) qarşılaşmazsa, o zaman şansı daha yüksək olacaq.

Tokio Olimpiadasında azərbaycanlı karate ustaları da özlərini göstərə bilərlər. Söhbət Rafael Ağayev (75 kq) və İrina Zaretskadan gedir (61 kq-dan yuxarı).

Rafael Ağayev bütün dünyada məşhur karateçidir, beş dəfə dünya birinciliyində, dəfələrlə "Premyer liqa" turnirlərində qalib olub. Ağayevin qarşısında duran əsas problem onun yaşı ola bilər – onun 36 yaşı var. Lakin buna baxmayaraq, idmançı əla formadadır.

İrina Zaretskanın hesabında dünya, Avropa çempionatlarında, habelə "Premyer liqa" turnirlərində qələbələr var və o, dünya reytinqində liderdir.

Bunlardan əlavə, digər idmançılarımızın da Tokio Olimpiadasında özlərini göstərərək medal qazanacaqlarını istisna etmək olmaz.

18 azərbaycanlı atlet evə qayıdır

Artıq 18 idmançımız Tokio Olimpiya oyunlarında heç bir mükafat əldə etmədən çıxışlarını başa vurub. Bunlar – taekvondoçular Fəridə Əzizova (67 kq) və Milad Beiqi Harçeqani (80 kq), qılıncoynadan Anna Başta, cüdoçular Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq) və Aişə Qurbanlı (48 kq), boksçular Tayfur Əliyev (57 kq) və Lorenso Sotomayor (69 kq), üzgüçülər Maksim Şemberov və Məryəm Şeyxəlizadəxangah, gimnastlar İvan Tixonov və Marina Nekrasova, velosipedçi Elçin Əsədov, atıcı Emin Cəfərov və çoxnövçü Rostislav Pevtsovdur.

Azərbaycan Tokio-2020-də

Tokioda Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-nə kimi keçirilir.

Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edir. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgüçülük və triatlonda - çıxış edirlər.

Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda Olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.

2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rio-de Janeyroda 56 lisenziya qazanıblar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.

19