Sankt-Peterburq şəhərinə mənzərə, arxiv şəkli

MDB ölkələrinin prokurorları Sankt-Peterburqda toplaşdı

229
(Yenilənib 19:14 08.07.2021)
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin iştirak etdiyi tədbirdə MDB məkanında cinayətkarlığa qarşı mübarizə, o cümlədən terrorçuluq, narkotik maddələrin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya, vətəndaşların hüquqlarının qorunması və sair barədə müzakirələr aparılıb.

BAKI, 8 iyul — Sputnik. Bu gün Sankt-Peterburqda keçirilən prokurorluq orqanları rəhbərlərinin konfransı çərçivəsində Müstəqil Dövlətlər Birliyi baş prokurorlarının müşavirəsi keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycanın Baş prokuroru Kamran Əliyevin iştirak etdiyi tədbirdə MDB məkanında cinayətkarlığa qarşı mübarizə, o cümlədən terrorçuluq, narkotik maddələrin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya, vətəndaşların hüquqlarının qorunması və sair məsələlər ətrafında müzakirələr aparılıb.

“Prokurorların cinayət təqibindən kənar fəaliyyətində rolu” mövzusunda keçirilən plenar sessiyada çıxış edən Baş prokuror Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasi kursuna uyğun olaraq prokurorluq orqanlarında genişmiqyaslı islahatların aparıldığını, işin çevikliyinin və səmərəliliyinin artırılması, müasir dövrün tələblərinə cavab verən peşəkarların formalaşdırılması məqsədilə Baş Prokurorluğun struktur dəyişiklikləri barədə tədbir iştirakçılarına məlumat verib.

Çıxışda ölkəmizdə prokurorluğun cinayət təqibindən kənar fəaliyyəti, o cümlədən inzibati və mülki icraatda insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Tədbir çərçivəsində Baş prokuror Kamran Əliyev həmçinin rusiyalı həmkarı İqor Krasnovla ikitərəfli görüş keçirib. Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib, gələcək əməkdaşlığın fəaliyyət istiqamətləri ətrafında, o cümlədən prokurorluqlarımız arasında imzalanmış bir sıra sənədlərin icrası mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Kamran Əliyev bir sıra ölkələrin, o cümlədən Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Xorvatiya, Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Avropa Şurası İnsan hüquqları və qanunun aliliyi Direktoratının rəhbəri və digər ölkələrdən olan həmkarları və nüfuzlu beynəlxalq təşkilatların rəhbər şəxsləri ilə görüşlər keçirdi, gələcək əməkdaşlıq perspektivləri ətrafında faydalı müzakirə edilib.

229

Londonun su batmış küçələri

5
(Yenilənib 22:21 26.07.2021)
Böyük Britaniyanın paytaxtı son onillikdə ən güclü daşqınlardan biri ilə qarşılaşıb. Sputnik Azərbaycan-ın fotolentində Londonun təbii fəlakətlə necə mübarizə apardığını görə bilərsiniz.

Londonda bazar günü günortadan sonra güclü yağış yağıb.

Su basması ilə əlaqədar yol-nəqliyyat polisi tunellərin və yol qovşaqlarının bağlanması barədə məlumat yayıb.

Şəhər yanğın xidməti bazar günü daşqınla əlaqədar insidentlərlə bağlı 600-dən artıq zəng qəbul edib.

Londonda bir neçə saat ərzində aylıq yağıntı miqdarı düşüb, sel metro stansiyalarına doğru axaraq turniketlərin yanında burulğanlar yaradıb. Daşqın nəticəsində bazar ertəsi nəqliyyatın hərəkətində ciddi ləngimələr olub. 

Britaniyalılara uzunboğaz çəkmələrini şkaflardan çıxarmağı məsləhət görüblər. Sinoptiklərin proqnozlrına görə, yay ən azı üç həftəlik olmayacaq.

 

5
  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

İl-76 təyyarəsi, arxiv şəkli

Rusiyada nüvə müharibəsi ehtimalı üçün "Məhşər günü təyyarəsi" yaradılacaq

14
Bu təyyarələr yerüstü və peyk infrastrukturunun düşmən tərəfindən sıradan çıxarıldığı təqdirdə ölkənin ali rəhbərliyinin təxliyəsi və qoşunların havadan idarə olunması üçün lazımdır

 

BAKI, 26 iyul — Sputnik. Voronejdə geniş gövdəli İl-96-400M təyyarəsi əsasında nüvə müharibəsi olduğu təqdirdə qoşunların idarə olunması üçün yeni uçuş aparatının yaradılmasına başlanıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu cür "Məhşər günü təyyarələri" vaxtilə İl-86 sərnişin təyyarələrinin əsasında hazırlanmış və hazırda istifadədə olan İl-80 təyyarələrini əvəz edəcək.

İl-96-400M laynerlərinin uçuş məsafəsi əvvəlki versiya ilə müqayisədə iki dəfə artırılacaq. Ümumilikdə Rusiya ordusunun sərəncamına "Zveno-3S" layihəsi çərçivəsində iki ədəd bu cür hava komanda məntəqəsi təhvil veriləcək.

Təyyarədə istifadə olunacaq radiorabitə kompleksi altı min kilometr radiusda əmrləri yerüstü və sualtı raket atəşi qurğularına ötürməyə imkan verəcək.

Bu təyyarələr yerüstü və peyk infrastrukturunun düşmən tərəfindən sıradan çıxarıldığı təqdirdə ölkənin ali rəhbərliyinin təxliyəsi və qoşunların havadan idarə olunması üçün lazımdır.

14