İstanbulda Süleymaniyə məscidinə mənzərə, arxiv şəkli

Azərbaycanlı ədibin əsəri İstanbulu yerindən oynatdı

133
(Yenilənib 21:22 06.07.2021)
Səhnə əsərinin rejissoru Mine Bayrakeri, quruluşçu rəssamı Tariyel Əlizadə, musiqi tərtibatçısı Arda Dobrucali, kostyum-dekoru Lətafət Rafiqqızı, baş koordinator meneceri Elşad Haqverdi,

BAKI, 6 iyul — Sputnik. İstanbulda fəaliyyət göstərən Türkiyə–Azərbaycan Vizyon Teatrı Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" tamaşasını təqdim edib.

Sputnik Azərbaycan xəbər verir ki, tamaşa görkəmli yazıçının 150 illik yubileyinə və teatrın 5 illiyinə həsr olunub. Əsərin ssenarisi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Türkiyə türkcəsinə çevrilib. Tamaşa böyük maraqla qarşılanıb.

Səhnə əsərinin rejissoru Mine Bayrakeri, quruluşçu rəssamı Tariyel Əlizadə, musiqi tərtibatçısı Arda Dobrucali, kostyum-dekoru Lətafət Rafiqqızı, baş koordinator meneceri Elşad Haqverdi, xoreoqrafı Rafiz Mehdizadə, baş rejissoru Elçin İmanov, teatrın rəhbəri isə Kəmalə Kamaldır.

Baş koordinator meneceri E.Haqverdi bildirib ki, kollektiv bu tamaşanı Azərbaycanda təqdim etməyi səbirsizliklə gözləyir: "Ən böyük arzumuz isə mədəniyyətimizin beşiyi olan Şuşada bu tamaşa ilə çıxış etməkdir".

Qeyd edək ki, hazırda teatr Avropanın müxtəlif ölkələrində bir sıra festivallara hazırlaşır.

Məlumat üçün bildirək ki, "Yeyərsən qaz ətini, görərsən ləzzətini" səhnə əsəri 1892-ci ildə Peterburqda qələmə alınıb. Pyеsin mövzusu tacir həyatından alınıb. Kоmеdiya ailədə fəlakətə səbəb оlan qadınların şərəf və hüququnu ayaqlayan çоxarvadlılıq məsələsinin tənqidinə həsr еdilib. Pyеs gənc müəllifin ilk qələm təcrübəsi kimi qiymətlidir.

133

Londonun su batmış küçələri

5
(Yenilənib 22:21 26.07.2021)
Böyük Britaniyanın paytaxtı son onillikdə ən güclü daşqınlardan biri ilə qarşılaşıb. Sputnik Azərbaycan-ın fotolentində Londonun təbii fəlakətlə necə mübarizə apardığını görə bilərsiniz.

Londonda bazar günü günortadan sonra güclü yağış yağıb.

Su basması ilə əlaqədar yol-nəqliyyat polisi tunellərin və yol qovşaqlarının bağlanması barədə məlumat yayıb.

Şəhər yanğın xidməti bazar günü daşqınla əlaqədar insidentlərlə bağlı 600-dən artıq zəng qəbul edib.

Londonda bir neçə saat ərzində aylıq yağıntı miqdarı düşüb, sel metro stansiyalarına doğru axaraq turniketlərin yanında burulğanlar yaradıb. Daşqın nəticəsində bazar ertəsi nəqliyyatın hərəkətində ciddi ləngimələr olub. 

Britaniyalılara uzunboğaz çəkmələrini şkaflardan çıxarmağı məsləhət görüblər. Sinoptiklərin proqnozlrına görə, yay ən azı üç həftəlik olmayacaq.

 

5
  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

  • © AFP 2021 / JUSTIN TALLIS

    Londonda su basmış küçə.

İl-76 təyyarəsi, arxiv şəkli

Rusiyada nüvə müharibəsi ehtimalı üçün "Məhşər günü təyyarəsi" yaradılacaq

14
Bu təyyarələr yerüstü və peyk infrastrukturunun düşmən tərəfindən sıradan çıxarıldığı təqdirdə ölkənin ali rəhbərliyinin təxliyəsi və qoşunların havadan idarə olunması üçün lazımdır

 

BAKI, 26 iyul — Sputnik. Voronejdə geniş gövdəli İl-96-400M təyyarəsi əsasında nüvə müharibəsi olduğu təqdirdə qoşunların idarə olunması üçün yeni uçuş aparatının yaradılmasına başlanıb.

Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, bu cür "Məhşər günü təyyarələri" vaxtilə İl-86 sərnişin təyyarələrinin əsasında hazırlanmış və hazırda istifadədə olan İl-80 təyyarələrini əvəz edəcək.

İl-96-400M laynerlərinin uçuş məsafəsi əvvəlki versiya ilə müqayisədə iki dəfə artırılacaq. Ümumilikdə Rusiya ordusunun sərəncamına "Zveno-3S" layihəsi çərçivəsində iki ədəd bu cür hava komanda məntəqəsi təhvil veriləcək.

Təyyarədə istifadə olunacaq radiorabitə kompleksi altı min kilometr radiusda əmrləri yerüstü və sualtı raket atəşi qurğularına ötürməyə imkan verəcək.

Bu təyyarələr yerüstü və peyk infrastrukturunun düşmən tərəfindən sıradan çıxarıldığı təqdirdə ölkənin ali rəhbərliyinin təxliyəsi və qoşunların havadan idarə olunması üçün lazımdır.

14