Böyük Britaniya kraliçası “Xarı-Bülbül” kompozisiyasını izlədi

Kraliçanın olduğu tədbirdə "Xudayar təsnifi" səsləndi britaniyalılar heyran qaldılar

4876
(Yenilənib 17:41 05.07.2021)
Heydər Əliyev Fondunun dəstəyi və AAF-in təşkilatçılığı ilə hazırlanmış bu proqramda xalqımızın zəngin mədəniyyəti, qəhrəmanlığı, cəsarəti və qorxmazlığı Qarabağ atlarının bənzərsiz gözəlliyi, milli musiqimizin və rəqslərimizin dili ilə ifadə olunub.

BAKI, 5 iyul — Sputnik. Böyük Britaniyanın paytaxtı London şəhərində 1-4 iyul tarixlərində keçirilən ənənəvi "Vindzor Kral Atçılıq Şousu" (Royal Windsor Horse Show - başa çatıb. II Elizabetin və kral ailəsinin digər üzvlərinin canlı baxdıqları şouda təqdim olunan Qarabağ atları və "Xarı-Bülbül" adlı xüsusi şou-kompozisiya britaniyalıları valeh edib. 

Sputnik Azərbaycan xəbər verir ki, Böyük Britaniya Kraliçası II Elizabetin şərəfinə hər il təşkil olunan bu tədbirdə Azərbaycan təmsilçilərinin iştirakı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali diqqəti sayəsində mümkün olub.

II Elizabetin və kral ailəsinin digər üzvlərinin canlı tamaşa etdikləri tədbirlərdə "Xarı-Bülbül" adlı xüsusi şou-kompozisiya hər gün təqdim olunub.

Vətən Müharibəsində əldə olunmuş möhtəşəm Zəfərə və şəhidlərimizin müqəddəs xatirəsinə həsr olunmuş bu kompozisiyada Dövlət Sərhəd Xidmətinin süvarilər qrupunun Qarabağ atları üzərində nümayiş etdirdikləri igidlik və cəsurluq hərəkətləri, Azərbaycan milli geyimində arenaya çıxan "Sərhədçi" rəqs ansamblının möhtəşəm çıxışları, süvarilərimizin başları üzərində Azərbaycan və Böyük Britaniyanın dövlət bayraqlarını dalğalandırması, Azərbaycan milli rəqsi ilə at sürmə elementlərinin sintezi böyük rəğbətlə qarşılanıb, izləyicilərin qəlbində Qarabağ atlarının coşqusunu alovlandırıb.

© State Border Service of Azerbaijan Republic
Böyük Britaniya kraliçası “Xarı-Bülbül” kompozisiyasını izlədi

Məşhur "Xudayar təsnifi"nin, Tofiq Quliyevin "Qaytağı"sının, Polad Bülbüloğlunun "Eşq və ölüm" baletinin musiqisinin sədaları altında təmsilçilərimizin bənzərsiz çıxışları Azərbaycanın, o cümlədən də işğaldan azad olunmuş Qarabağın və ətraf rayonların böyük ekranlarda nümayiş etdirilən füsunkar görüntüləri ilə müşayiət olunub.

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə hazırlanmış bu proqramda xalqımızın zəngin mədəniyyəti, qəhrəmanlığı, cəsarəti və qorxmazlığı Qarabağ atlarının bənzərsiz gözəlliyi, milli musiqimizin və rəqslərimizin dili ilə ifadə olunub.

"Xarı-Bülbül" şou kompozisiyasını xüsusi maraqla izləmiş Birləşmiş Krallığın Kraliçası Ülyahəzrət II Elizabet nümayəndə heyətimizlə görüşüb, xatirə fotoşəkili çəkdirib, Azərbaycan təmsilçilərinin çıxışını möhtəşəm adlandırıb, bu çıxışlardan hər zaman məmnun qalmasını bildirərək Azərbaycan nümayəndələrinin gələcək atçılıq tədbirlərinə də qatılacaqlarına ümidvar olduğunu vurğulayıb.

  • Böyük Britaniya kraliçası “Xarı-Bülbül” kompozisiyasını izlədi
    © State Border Service of Azerbaijan Republic
  • Böyük Britaniya kraliçası “Xarı-Bülbül” kompozisiyasını izlədi
    © State Border Service of Azerbaijan Republic
  • Böyük Britaniya kraliçası “Xarı-Bülbül” kompozisiyasını izlədi
    © State Border Service of Azerbaijan Republic
  • Böyük Britaniya kraliçası “Xarı-Bülbül” kompozisiyasını izlədi
    © State Border Service of Azerbaijan Republic
1 / 4
© State Border Service of Azerbaijan Republic
Böyük Britaniya kraliçası “Xarı-Bülbül” kompozisiyasını izlədi

Bu beynəlxalq atçılıq tədbirinin artıq ayrılmaz hissəsi sayılan Azərbaycan musiqisi, milli rəqslərimiz və xüsusilə də milli at cinsimiz olan Qarabağ atlarının valehedici performansı hər zaman olduğu kimi Böyük Britaniya aristokratiyasının və məşhurlarının da böyük marağına səbəb olub, keçirdikləri pozitiv həyəcan hisslərinə görə Azərbaycan nümayəndə heyətinə minnətdarlıqlarını bildiriblər.

Azərbaycan nümayəndələrinin çıxışları canlı yayımda nümayiş etdirilib, atçılıq həvəskarı olan sosial şəbəkə istifadəçilərinin və ixtisaslaşmış informasiya resurslarının mövzusuna çevrilib. Süvarilərimizin müxtəlif ekstremal hərəkətləri, xüsusilə tədbirin baş qəhrəmanları olan Qarabağ atlarının məharətli çıxışları Böyük Britaniyanın nüfuzlu saytları tərəfindən geniş işıqlandırılıb, heyətimizin təqdim etdiyi proqram möhtəşəm və heyranedici adlandırılıb.

© State Border Service of Azerbaijan Republic
Böyük Britaniya kraliçası “Xarı-Bülbül” kompozisiyasını izlədi

Vətən Müharibəsində qazanılmış möhtəşəm Zəfərin carçısı kimi mədəniyyət paytaxtımız Şuşadan birbaşa Londona gələrək Azərbaycanın qədimliyini, özünəməxsus gözəlliyini və Qarabağın əsarətdən azad olmasını tərənnüm edən Qarabağ atlarının Böyük Britaniya atçılığının ən mötəbər tədbirinin əsas hissəsi kimi təqdim edilməsi izləyicilər tərəfindən böyük heyranlıqla qarşılanıb.

Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrası üzrə milli at cinslərimizin dünyada daha da məşhurlaşdırılması istiqamətində həyata keçirilən böyük miqyaslı, ardıcıl və məqsədyönlü tədbirlərin davamı olub, Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında mədəni əlaqələrin inkişafına öz töhfəsini verib.

4876
Manat, arxiv şəkli

Prezident İlham Əliyev Səhiyyə Nazirliyinə 600 min manat ayırıb

3
(Yenilənib 18:46 29.07.2021)
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

BAKI, 29 iyul — Sputnik. Prezident İlham Əliyev Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, Sərəncama əsasən talassemiyalı və hemofiliyalı xəstələri günün tələbləri səviyyəsində tibbi xidmətlə təmin etmək məqsədilə Milli Hematologiya və Transfuziologiya Mərkəzində əsaslı təmir və yenidənqurma işlərinin aparılması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə 600 000 (altı yüz min) manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Həmçinin oxuyun:

Prezident Gəncəyə pul ayırdı: Məktəb, teatr binası, “Asan xidmət”, idman sarayı tikiləcək

Qəzet və xəbər saytlarına pul vəsaiti ayrıldı - Siyahı

3
Qazaxda mətkəbin həyəti

Qəbul imtahanlarında maksimum nəticə göstərmiş paytaxt məktəbliləri

6
(Yenilənib 18:14 29.07.2021)
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında Mirsaleh Məmmədov 671, Aygün Mahmudlu 657 bal toplayıb

BAKI, 29 iyul — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunları II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər. İdarədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, 14-15 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 192 nömrəli tam orta məktəbin şagirdi Mirsaleh Məmmədov II mərhələdə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb. İmtahanın I mərhələsində 271 bal yığan istedadlı məzun hər iki mərhələnin cəminə görə 671 bal toplayıb.

Qeyd edək ki, M.Məmmədov 2019-cu ildə keçirilən Respublika fənn olimpiadalarında coğrafiya fənni üzrə III yeri tutub. 2021-ci ildə isə II yerə layiq görülərək Avropa Coğrafiya Olimpiadasına vəsiqə qazanıb. III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə Bakı şəhəri 323 nömrəli tam orta məktəbin şagirdi Aygün Mahmudlu göstərib. Belə ki, II mərhələdə 396,2 bal toplayan məktəbli hər iki mərhələnin cəminə görə 657 bal toplayıb. Uğur qazanmış bütün abituriyentləri, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edir, müvəffəqiyyətlər arzulayırıq!

Həmçinin oxuyun:

Magistraturaya kimlərin qəbul olunduğu bilindi

İlahiyyat İnstitutuna qəbul olunmuş abituriyentlərin nəzərinə

6