İşıq sayğacları, arxiv şəkli

Tarif Şurası: Əhali üçün işığın tariflərinə dəyişiklik edilməyib

49
(Yenilənib 19:01 30.06.2021)
Tarif (qiymət) Şurası 2021-ci il 30 iyun tarixli 9 nömrəli qərarı ilə elektrik enerjisi üçün müəyyənləşdirilən topdansatış tarifinə aydınlıq gətirib.

BAKI, 30 iyun — Sputnik. Əhali kateqoriyası üzrə elektrik enerjisinin mövcud tariflərinə hər hansı dəyişiklik edilməyib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının elektrik enerjisi üzrə qərarına dair izahedici şərhində deyilir.

Tarif (qiymət) Şurası 2021-ci il 30 iyun tarixli 9 nömrəli qərarı ilə elektrik enerjisi üçün müəyyənləşdirilən topdansatış tarifinə aydınlıq gətirərək bildirir ki, bu tariflər enerji təchizatı birbaşa 35 və 110 kilovoltluq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kilovat/saatdan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzlərinə şamil olunur.

Bu tarifin əhaliyə və qərarda qeyd edilən fəaliyyətdən fərqli fəaliyyətlə məşğul olan qeyri-əhali abonentlərinə aidiyyəti yoxdur. Əhali kateqoriyası üzrə mövcud tariflərə hər hansı dəyişiklik edilməyib.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə"yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları"na uyğun olaraq Tarif Şurası qərar verib.

"Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarının 1-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 2.1-ci sətrində "və məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri" sözləri çıxarılıb və cədvəl bölməsinə aşağıdakı məzmunda 2.2-ci sətir əlavə edilib:

Enerji təchizatı birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVt-saatdan az olmayan məlumatların emalı, qeydə alınması və ötürülməsi üzrə fəaliyyət göstərən məlumat mərkəzləri üçün gündüz vaxtı (saat 08:00-dan 22:00-dək) 7,3 qəpik (əvvəlki qiymət 5,8 qəpik), gecə vaxtı (saat 22:00-dan 08:00-dək) 3,5 qəpik (əvvəlki qiymət 2,8 qəpik).

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının "Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə" Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixli 17 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında" 2017-ci il 19 dekabr tarixli 10 nömrəli Qərarı ləğv edilib.

Bu qərar 2021-ci il 1 iyul tarixindən qüvvəyə minir.

Həmçinin oxuyun: 

* Sabahdan təbii qazın qiymətləri qalxır - SOCAR-ın Tarif Şurasına müraciəti əsasında

* Azərbaycanda işığın qiymətləri dəyişdi - gecə-gündüz tarifləri müəyyənləşdirildi

49

Azərbaycanın dünya şöhrətli kinematoqrafının qızıl kolleksiyası

2
(Yenilənib 00:41 02.08.2021)
  • Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” musiqili filmi Gülnaz rolunu canlandıran Tamara Gözəlovaya xalq sevgisini qazandırdı. Premyera 1958-ci ildə böyük uğur qazanaraq Moskvada baş tutub.
  • Ceyhun Mirzəyev Fəryad filmində
  • “Qaynana” filmindəki Cənnət xala obrazı isə Xalq artisti Nəsibə Zeynalovun vizit kartıdır.
Milli Kino Günündə Sputnik Azərbaycan oxuculara fərqli zamanlarda çəkilmiş ən məhşur Azərbaycan filmlərinin foto kolleksiyasını təqdim edir. Onların əksəriyyəti Azərbaycanın dünya şöhrətli kinematoqrafının qızıl kolleksiyasına daxil edilib. 

Hər il avqustun 2-si Milli Kino Günündə Azərbaycanda bütün kinematoqrafiya işçilərinin peşə bayramı qeyd olunur. Bu bayram Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamına əsasən təsis edilib.

Bu tarix təsadüfi deyil. 2 avqustda baş tutan ilk yerli filmin nümayişi fotoqraf Aleksandr Mişon tərəfindən təşkil edilib. O, doğma Bakının həyatından “Bibi-Heybətdə yanğın”, “Balaxanı-Sabunçu yatağındakı neft fontanı”, “Qafqaz rəqsi” və s. kimi filmlər çəkib.

1922-ci ildə Azərbaycan SSR rəhbərliyi tərəfindən respublikada bugünkü "Azərbaycanfilm" kinostudiyasının sələfi olan ilk kino fabrikinin yaradılması haqqında qərar qəbul edilib.

Həm bədii, həm də sənədli filmlərin çəkildiyi bu günlərdə Azərbaycanda milli kino sənəti fəal inkişaf edir.

“Arşın mal alan” filmi müsəlman şərqində ilk operetta və ilk Azərbaycan kinokomediyasıdır. O, bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında çəkilib və xaricdə məşhurlaşıb. Bu il operettanın 102-ci ildönümü qeyd olunub.

Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” musiqili filmi Gülnaz rolunu canlandıran Tamara Gözəlovaya xalq sevgisini qazandırdı. Premyera 1958-ci ildə böyük uğur qazanaraq Moskvada baş tutub.

Həsən Seyidbəylinin yaratdığı “Bizim Cəbiş müəllim” filmi Maqsud İbrahimovun Vətən müharibəsi barəsində olan “1001-ci müharibə gecəsi” hekayəsinin motivlərı əsasında çəkilib. Pedaqoq obrazını yaradan aktyor Süleyman Ələsgərov hələ də ən sevimli tamaşaçı personajıdır.

Türkiyəli aktrisa Meral Konrat və azərbaycanlıların sevimlisi Fəxrəddin Manafov rejissor Rasim Ocaqovun yaratdığı “Təhminə” filmində baş rollarda oynayıblar. Ürəkparçalayan sevgi hekayəsi bir çox insanın həqiqi həyatını əks etdirib.

“Fərhad” filmi rejissor və aktyor Ceyhun Mirzəyevin son əsəridir. Aktyor çəkiliş başa çatdıqdan dərhal sonra, filmini ekranda görmədən vəfat edib. Bu film Qarabağ mövzusunda ən yaxşı film hesab olunur.

“Qaynana” filmindəki Cənnət xala obrazı isə Xalq artisti Nəsibə Zeynalovun vizit kartıdır. Bu aktrisa bəlkə də Azərbaycanda hamı tərəfindən sevilən qaynanadır.

İtaliyalı rejissor Bernardo Bertoluççi Vaqif Mustafayevin “Yaramaz” filmini dünyanın 35 ən yaxşı filminə aid etmişdir. Bu film hətta Neapolda “Vittorio de Sika adına Qızıl medal” Qran-Pri mükafatına layiq görülüb.

Tofiq Tağızadənin yaratdığı “Uzaq sahillərdə” filmində çəkilən Nodar Şaşıqoğlu  “Mixaylo şəhərdədir ” ifadəsi ilə məşhurlaşıb. Bu filmdə aktyor Mixaylo ləqəbli qorxusuz partizanı yaradıb.

Əfsanəvi Rəşid Behbudov bir neçə Azərbaycan filmində rol alıb. Onların arasında ən yaddaqalan film “Bəxtiyar” idi. 93 yaşı tamam olan bu filmdə Behbudov rusiyalı həmkarı Tamara Çernova ilə birlikdə oynayıb.

Bakıda və Moskvada çəkilən “Məhəllə” filmi ölkə kinosunun ən yaxşı müasir film komediyalarından biridir. Filmdə əsas rolları “Bakılı oğlanlar” komandasının sabiq KVN-çilərı oynayıblar. 

2
  • © Photo : Azerbaydzhanfilm / Arshin Mal Alan / 1945

    “Arşın mal alan” filmi müsəlman şərqində ilk operetta və ilk Azərbaycan kinokomediyasıdır. O, bəstəkar Üzeyir Hacıbəylinin eyni adlı operettası əsasında çəkilib və xaricdə məşhurlaşıb.

  • © Azerbaydzhanfilm / Arshin Mal Alan / 1945

    Bu il operettanın 102-ci ildönümü qeyd olunub.

  • Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” musiqili filmi Gülnaz rolunu canlandıran Tamara Gözəlovaya xalq sevgisini qazandırdı. Premyera 1958-ci ildə böyük uğur qazanaraq Moskvada baş tutub.
    © Photo : PUBLIC DOMAIN

    Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” musiqili filmi Gülnaz rolunu canlandıran Tamara Gözəlovaya xalq sevgisini qazandırdı. Premyera 1958-ci ildə böyük uğur qazanaraq Moskvada baş tutub.

  • © Photo : Azerbaijanfilm / 1969

    Həsən Seyidbəylinin yaratdığı “Bizim Cəbiş müəllim” filmi Maqsud İbrahimovun Vətən müharibəsi barəsində olan “1001-ci müharibə gecəsi” hekayəsinin motivlərı əsasında çəkilib. Pedaqoq obrazını yaradan aktyor Süleyman Ələsgərov hələ də ən sevimli tamaşaçı personajıdır.

  • © Photo : Azerbaijanfilm / 1993

    Türkiyəli aktrisa Meral Konrat və azərbaycanlıların sevimlisi Fəxrəddin Manafov rejissor Rasim Ocaqovun yaratdığı “Təhminə” filmində baş rollarda oynayıblar.

  • © Photo : Azerbaijanfilm / 1993

    Ürəkparçalayan sevgi hekayəsi bir çox insanın həqiqi həyatını əks etdirib.

  • Ceyhun Mirzəyev Fəryad filmində
    © "Aşkarfilm" Şirkəti / "Fəryad" filmindən kadr

    “Fərhad” filmi rejissor və aktyor Ceyhun Mirzəyevin son əsəridir. Aktyor çəkiliş başa çatdıqdan dərhal sonra, filmini ekranda görmədən vəfat edib. Bu film Qarabağ mövzusunda ən yaxşı film hesab olunur.

  • “Qaynana” filmindəki Cənnət xala obrazı isə Xalq artisti Nəsibə Zeynalovun vizit kartıdır.
    © Photo : Azerbaijanfilm / 1978

    “Qaynana” filmindəki Cənnət xala obrazı isə Xalq artisti Nəsibə Zeynalovun vizit kartıdır.

  • © Photo : Azerbaijanfilm / 1978

    Bu aktrisa bəlkə də Azərbaycanda hamı tərəfindən sevilən qaynanadır.

  • © Photo : Azerbaijanfilm / 1988

    İtaliyalı rejissor Bernardo Bertoluççi Vaqif Mustafayevin “Yaramaz” filmini dünyanın 35 ən yaxşı filminə aid etmişdir. Bu film hətta Neapolda “Vittorio de Sika adına Qızıl medal” Qran-Pri mükafatına layiq görülüb.

  • © Photo : Azerbaijanfilm / 1958

    Tofiq Tağızadənin yaratdığı “Uzaq sahillərdə” filmində çəkilən Nodar Şaşıqoğlu  “Mixaylo şəhərdədir ” ifadəsi ilə məşhurlaşıb. Bu filmdə aktyor Mixaylo ləqəbli qorxusuz partizanı yaradıb.

  • © Photo : Baku Film Studio / 1955

    Əfsanəvi Rəşid Behbudov bir neçə Azərbaycan filmində rol alıb. Onların arasında ən yaddaqalan film “Bəxtiyar” idi. 93 yaşı tamam olan bu filmdə Behbudov rusiyalı həmkarı Tamara Çernova ilə birlikdə oynayıb.

  • © Photo : "Planet Parni iz Baku" Studiya / 2003

    Bakıda və Moskvada çəkilən “Məhəllə” filmi ölkə kinosunun ən yaxşı müasir film komediyalarından biridir. Filmdə əsas rolları “Bakılı oğlanlar” komandasının sabiq KVN-çilərı oynayıblar.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan Qaribaşviliyə: Üçtərəfli mexanizm liderlər səviyyəsində canlandırılmalıdır