Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən görütürlən narkotiklər, arxiv şəkli

DİN-dən "patı" açıqlaması

37
(Yenilənib 19:24 29.06.2021)
Polis kapitanı Anar Qafarov psixotrop maddə olan metamfetaminin kütləvi satışının həyata keçirildiyi və narkotik vasitələrin satışının qarşısının polis əməkdaşları tərəfindən alınmadığı barədə iddialara münasibət bildirib.

BAKI, 29 iyun — Sputnik. Son günlər bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən guya ölkə ərazisində narkotik vasitələrin, xüsusən, "patı" adlanan, psixotrop maddə olan metamfetaminin kütləvi satışının həyata keçirildiyi və narkotik vasitələrin satışının qarşısının polis əməkdaşları tərəfindən alınmadığı, narkotik vasitə və psixotrop maddələrin satışını həyata keçirən şəxslərə qarşı mübarizə aparılmadığı, bu hüquqazidd əməllərlə məşğul olan şəxslərin fəaliyyətinə polis əməkdaşlarının göz yumduğu barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin inspektoru, polis kapitanı Anar Qafarov Sputnik Azərbaycan-a bildirib ki, polisin ünvanına səslənən bu ittihamlar qəti şəkildə rədd edilir:

"Qeyd edirik ki, polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələr, psixotrop maddələr və ya onların prekursorlarının hazırlanması, istehsal edilməsi, əldə olunması, saxlanılması, daşınması, göndərilməsi və ya satılmasına qarşı qətiyyətli mübarizə tədbirləri fasiləsiz olaraq həyata keçirilir. Bu əməliyyatların nəticələri barədə daim ictimaiyyətə ətraflı məlumatlar təqdim edilir. Narkotik vasitə və psixotrop maddələrin satışına qarşı keçirilən əməliyyatlardan hazırlanan videomateriallar Nazirliyin sosial şəbəkələrdəki hesablarında, internet resurslarında və kütləvi informasiya vasitələrində yayımlanır".

Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən 2021-ci ilin əvvəlindən bu günə kimi 1 ton 842 kiloqram yüksək təsiredici xassəyə malik müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılaraq satışının qarşısı alınıb: "Həmçinin qeyd edilən dövr ərzində əlavə olaraq 178 kiloqram "patı" adlanan psixotrop maddə metamfetaminin ölkə ərazisində qanunsuz dövriyyəsinin, yəni satışının qarşısı alınıb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin çəkisi ötən ilin müvafiq dövrü ilə müqayisədə 953 kiloqram çoxdur. Bu rəqəmlərin fonunda polis əməkdaşlarının narkotik vasitələrlə və onların satışı ilə məşğul olan şəxslərlə mübarizə aparmadığını söyləmək həqiqətin təhrif olunmasıdır.

Araşdırmalar göstərir ki, milli genefondun pisləşməsinə gətirib çıxaran narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunusuz dövriyyəsinə qarşı mübarizə antinarkotik təbliğatın və ictimai maarifləndirmə işinin gücləndirilməsini tələb edir.

Xüsusən son dövrlər narkotik vasitə və psixotrop maddələrin sosial şəbəkələr vasitəsilə onlayn yolla satılması hallarına tez-tez rast gəlindiyindən bu bəla ilə mübarizədə, həmin şəxslərin ifşa edilməsində vətəndaşların, ümumən sosial şəbəkə istifadəçilərinin, blogerlərin, youtuberlərin, kütləvi informasiya vasitələri nümayəndələrinin ortaya vətəndaş mövqeyi qoymasına ciddi ehtiyac duyulur.

Onları antinarkotik təbliğat işində fəal olmağa, şəxsi profillərində mütəmadi olaraq antinarkotik təbliğat postları paylaşmağa, üzləşdikləri, həmçinin aşkar etdikləri faktlar barədə dərhal "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verməyə çağırırıq. Unutmayaq ki, bu gün antinarkotik təbliğat işində yaxasını kənara çəkmək, narkomaniyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının ünvanına yalan və böhtan xarakterli şərhlər yazmaq ancaq narkotik vasitələrin satışını həyata keçirən şəxslərin maraqlarına xidmət edə bilər. Gəlin polis əməkdaşlarına dəstək olmaqla "ağ ölüm"ün ölkə daxilində vətəndaşların qapısını döyməsinin qarşısını birlikdə alaq".

37
Ənvər Əliyev -- AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri

Quraqlığın qarşısını almaq üçün hansı işlər görülməlidir - Ənvər Əliyev açıqlayır

3
(Yenilənib 19:04 26.07.2021)
AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib ki, Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir
Ənvər Əliyev: “Yeraltı sulardan qənaətlə istifadə edilməlidir”

“Quraqlığın əsas mənbəyi planetdə əhalinin sayının artmasıdır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Trend-ə açıqlamasında AMEA-nın Coğrafiya instutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev deyib.

Onun sözlərinə görə, planetə il ərzində düşən yağıntının miqdarı ortalama 1020 mm, cəmi buxarlanma isə 1000 mm-dir. Nəzərə almalıyıq ki, insan sayı artırsa, enerjiyə, suya olan tələbat da artır.

"O ki qaldı Azərbaycana, ilk növbədə onu deyim ki, suvarma suyunda itkinin qarşısını almaq üçün kanallar mütləq beton olmalıdır. Çünki torpaq kanallar suyu yarıdan çox itkiyə verir. Eyni zamanda çoxillik bitkilər damcı, birillik bitkiləri isə yağış yağdırma üsulu ilə suvarılmalıdırr. Damcı üsulunda hər ağacın dibinə indiqatorlar yerləşdirilməlidir ki, lazımi nəmişlik yaranandan sonra su avtomatik olaraq dayansın. Digər bitkilərin suvarılması da mütləq nəzarət çərçivəsində həyata keçirilməlidir. Azərbaycanda bu istiqamətdə müəyyən problemlər var, lakin bu sahənin inkişafına xüsusi diqqət yetirilməlidir. Digər tərəfdən Böyük Qafqazın cənub yamacı tamamilə çay yataqlarıdır. Bu sulardan səmərəli istifadə üçün müvafiq yerlərdə bəndlər, kiçik anbarlar tikməklə, həmin ərazidəki rayonların su ehtiyacını təmin etmək olar. Bu işlərə təcili başlamaq lazımdır. 15-20 il bundan əvvəl 34 belə su hövzəsinin tikintisi planlaşdırılmışdı, lakin proses çox zəif gedir, hətta demək olar ki, getmir. Eyni zamanda yeraltı sulardan da qənaətlə istifadə edilməlidir”.

Ənvər Əliyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz

3

Gün başlanğıcında polisdən xəbərdarlıq

5
(Yenilənib 09:37 27.07.2021)
BDYPİ bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün son dərəcə ehtiyatlı və diqqətli olmağı tövsiyə edib.

BAKI, 27 iyul — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hava şəraitinin küləkli olması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Sputnik Azərbaycan bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən güclü küləyin əsəcəyi barədə verilən proqnozla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarına həyat və sağlamlıqlarının qorunması, yollarda meydana gələ biləcək müxtəlif xoşagəlməz halların qarşısının alınması, eləcə də nəqliyyat vasitələrinə ziyan dəyməməsi üçün son dərəcə ehtiyatlı və diqqətli olmağı tövsiyə edib.

"Sürücülər küləkli havada yolun kənarları qapalı olan hissəsindən və tunellərdən açıq əraziyə çıxarkən avtomobilin hərəkət istiqamətinin qəflətən dəyişmə ehtimalının yüksək olmasını nəzərə alaraq, meteoroloji şəraitə uyğun sürət həddi seçməli, eləcə də nəqliyyat vasitələrini parklayarkən tikinti işləri aparılan yerlərin, ağacların, iri həcmli reklam lövhələrinin, o cümlədən küləyin təsiri nəticəsində aşma yaxud qopma ehtimalı olan digər əşyaların yaxınlığında və ya atında saxlamamalıdırlar.

Həmçinin, piyadalar da yolun hərəkət hissəsinə çıxmamaqla yolları və küçələri yalnız müəyyən olunmuş yerlərdən keçsinlər, xüsusilə yeni tikililərin, hündürmərtəbəli binaların yaxınlığında hərəkət edərkən mümkün qədər təhlükəsiz yerləri seçsinlər", - BDYPİ-nin məlumatında deyilir.

Eləcə də oxuyun:

  • FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

  • Xəzər dənizində hava şəraiti ilə bağlı xəbərdarlıq edildi: Dalğalar 7 metrə çatacaq

5
Teqlər:
piyada, avtomobil, külək, hava, müraciət, BDYPİ