Abituriyentlərin nəzərinə: Növbəti qəbul imtahanlarının vaxtı açıqlandı

42
(Yenilənib 12:07 29.06.2021)
İyulun 1-də keçiriləcək imtahanlarda 17012, iyulun 2-də keçiriləcək imtahanlarda isə 9083 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.

BAKI, 29 iyun - Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən 1-2 iyul tarixlərində növbəti imtahanlar keçiriləcək.

DİM-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, iyulun 1-2-də əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı; müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı; qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan keçiriləcək.

Yuxarıdakı 3 kateqoriyaya aid olan abituriyentlər buraxılış vərəqəsini verilən linkdən (https://eservices.dim.gov.az/brxv) çap edirlər.

Aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün və eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanlarında iştirak edənlər isə imtahana buraxılış vərəqəsini bu linkdən (https://eservices.dim.gov.az/sagirdbv/?frm=egov) çap edirlər.

İyulun 1-də keçiriləcək imtahanlar Bakı (bir hissə), Naxçıvan, Gəncə, Şəki, Bərdə, Sabirabad və Lənkəran, iyulun 2-də keçiriləcək imtahanlar isə Bakı (digər hissə), Şəmkir, Qazax, Sumqayıt, Abşeron, Mingəçevir, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunacaq.

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi tarix, şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin (şagirdin) imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

İmtahanlar saat 11:00-da başlanır.

İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 120 imtahan binası, 2022 imtahan zalı ayrılıb. İmtahanların idarəolunmasına 120 ümumi imtahan rəhbəri, 342 imtahan rəhbəri, 2504 nəzarətçi-müəllim, 240 buraxılış rejimi əməkdaşı (mühafizə), 120 bina nümayəndəsi ayrılıb.

İyulun 1-də keçiriləcək imtahanlarda 17012, iyulun 2-də keçiriləcək imtahanlarda isə 9083 abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.

İmtahanlarda 44 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, gözdən əlillər üçün fərdi nəzarətçilər təyin edilib. Həmçinin eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb.

42
Qazaxda mətkəbin həyəti

Qəbul imtahanlarında maksimum nəticə göstərmiş paytaxt məktəbliləri

3
(Yenilənib 18:14 29.07.2021)
II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında Mirsaleh Məmmədov 671, Aygün Mahmudlu 657 bal toplayıb

BAKI, 29 iyul — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunları II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər. İdarədən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, 14-15 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 192 nömrəli tam orta məktəbin şagirdi Mirsaleh Məmmədov II mərhələdə bütün suallara düzgün cavab verərək 400 bal toplayıb. İmtahanın I mərhələsində 271 bal yığan istedadlı məzun hər iki mərhələnin cəminə görə 671 bal toplayıb.

Qeyd edək ki, M.Məmmədov 2019-cu ildə keçirilən Respublika fənn olimpiadalarında coğrafiya fənni üzrə III yeri tutub. 2021-ci ildə isə II yerə layiq görülərək Avropa Coğrafiya Olimpiadasına vəsiqə qazanıb. III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə Bakı şəhəri 323 nömrəli tam orta məktəbin şagirdi Aygün Mahmudlu göstərib. Belə ki, II mərhələdə 396,2 bal toplayan məktəbli hər iki mərhələnin cəminə görə 657 bal toplayıb. Uğur qazanmış bütün abituriyentləri, onların müəllimlərini və valideynlərini ürəkdən təbrik edir, müvəffəqiyyətlər arzulayırıq!

Həmçinin oxuyun:

Magistraturaya kimlərin qəbul olunduğu bilindi

İlahiyyat İnstitutuna qəbul olunmuş abituriyentlərin nəzərinə

3
CoronaVac

TƏBİB-dən vaksinlə bağlı daha bir məlumat

5
(Yenilənib 17:50 29.07.2021)
TƏBİB bildirir ki, bu tibb müəssisəsində peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərir.

BAKI, 29 iyul — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 əleyhinə canlı növbə əsasında vaksinasiyanın davam etdiyini bildirib. TƏBİB-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, COVID-19 əleyhinə vaksinlərə əlçatanlığı təmin etmək məqsədilə "Yeni Klinika" Tibb müəssisəsində peyvəndləmə prosesi davam edir.  Tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndləri vurulur. Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçirilir. Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.

Həmçinin oxuyun:

Ailə qurmazdan öncə vaksin olunun! - TƏBİB

Nazirlər Kabinetindən sərt qərar - Vaksin olunmayanlar bu yerlərə buraxılmayacaqlar!

QMİ dindarları vaksin olunmağa çağırıb

5