Bakı Olimpiya Stadionuna mənzərə, arxiv şəkli

Olimpiya stadionu istiqamətinə getməyin: BŞDYPİ-dən xəbərdarlıq

874
Vaqif Əsədov xatırladab ki, Olimpiya stadionu istiqamətində gedən bütün yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

BAKI, 20 iyun - Sputnik. AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar polis tərəfindən gücləndirilmiş tədbirlər həyata keçirilir. Bu barədə APA-ya Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Qurum rəsmisi bildirib ki, bu gün Bakı Olimpiya Stadionunda yerli vaxtla saat 20:00-da Türkiyə və İsveçrə yığma komandalarının görüşü keçiriləcək.

Bununla əlaqədar oyunların keçiriləcəyi Olimpiya stadionu və ətrafı polis tərəfindən tam nəzarətə götürülüb.

"Hazırda Olimpiya stadionu istiqamətində gedən bütün küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Azarkeşlər, iştirakçılar və təşkilatçıların hərəkəti isə xüsusi fərqlənmə nişanı ilə müəyyən olunur. Ziya Bünyadov prospektindən "Koroğlu" metrostansiyası istiqamətində hərəkət edərkən 9-cu köndələn küçəsi ilə kəsişmədən Xəlil Rza Ulutürk küçəsi istiqamətində, həmçinin Ziya Bünyadov prospekti ilə Xəlil Rza Ulutürk küçəsi ilə kəsişmədən Böyükşor bulvarı istiqamətində də hərəkət dayandırılıb.

Bu ərazidə yalnız təşkilat komitəsi tərəfindən hərəkətinə icazə verilmiş nəqliyyat vasitələri hərəkət edə bilərlər. Ərazidə qurulmuş postlarda təşkilat komitəsinin nümayəndəsi də iştirak edir."

Vaqif Əsədov vətəndaşlara müraciət edərək bildirib ki, Olimpiya Stadionu istiqamətinə azarkeşlərin, iştirakçıların, oyunçuların və qonaqların hərəkəti yalnız xüsusi ayrılan ictimai nəqliyyat və xüsusi ekspress avtobuslar ilə həyata keçiriləcək:

"Əvvəlcədən də verdiyimiz məlumat əsasında paytaxtın Səməd Vurğun parkının qarşısı və Metronun "Qara Qarayev" stansiyası ətrafından hərəkət edən xüsusi ictimai nəqliyyat vasitəsi ilə tamaşaçıların daşıması həyata keçiriləcək.

Bundan başqa, azarkeşlər və iştirakçılar "Koroğlu" metrostansiyasından piyada olaraq Olimpiya stadionu istiqamətində sərbəst hərəkət edə biləcəklər."

Dövlət Yol Polisi İdarəsi rəsmisinin açıqlamasında qeyd edilib ki, təhlükəsizlik qaydalarına riayət etmək, qapalı yerlərdə tibbi maskadan istifadə, həmçinin informasiya təhlükəsizliyi qaydalarına ciddi əməl etmək lazımdır.

Bölmə rəisi son olaraq vətəndaşları bir daha anlayışlı olmağa səsləyib: "Təhlükəsizlik məqsədilə yolların bağlanması müəyyən çətinliklər yarada bilər. Ümid edirik ki, vətəndaşlar bunu anlayışla qarşılayar və ölkəmizdə keçirilən beynəlxalq tədbirin yüksək səviyyədə başa çatması üçün səylərini əsirgəməzlər."

874
Kişi Tokio-2020 Olimpiya Oyunlarının installyasiyasının qarşısından keçir

Koreya ilə Belarus liderlərini birləşdirən dəyər ermənilərin təbiətin məhvinə sevinməsi

8
(Yenilənib 20:39 01.08.2021)
Təəəcüblü deyil, Laçını, Kəlbəcəri tərk edərkən, evlərə od vuran, meşələri qırıb-dağıdan, 30 ildə abad kəndləri, şəhərləri Xirosimaya çevirən vandal toplumdan başqa reaksiya gözləmək əbəs olardı.

Təbiətə qarşı

Türkiyədə səmaya yüksələn alovlar ürəyimizi dağladı. Düzdür, bir millət-iki dövlət olduğumuzdan belə hadisələr bizdə xüsusi emosiyalar yaradır. Ancaq bu, həm də insani hissdir. Bütün dünya bu vəziyyətlə bağlı dərin təəssüf hissini ifadə edir, kədərlənir. Yalnız ermənilər istisnadır, sosial şəbəkələrin Ermənistan seqmentində toy-bayramdır... Təəəcüblü deyil, Laçını, Kəlbəcəri tərk edərkən, evlərə od vuran, meşələri qırıb-dağıdan, 30 ildə abad kəndləri, şəhərləri Xirosimaya çevirən vandal toplumdan başqa reaksiya gözləmək əbəs olardı.

Qardaş ölkə nə sınaqlar gördü, bunu da geridə qoyacaq. “Ağacsız torpaq vətən deyildir” – deyirdi böyük Atatürk.  Bu cür düşünən xalq nə baş versə də, cənnəti bərpa edəcək.

Təbii fəlakətlərə sevinən toplum isə görünür, anlamır ki, dünyanın bir küncündə məhv olan bir ağac digər küncündə də oksigeni azaldır.

Hadisənin təbii fəlakət olması ehtimalları isə getdikcə öləziyir.

Ermənilər və koreyalılar

Revaş ümidləri öləzimiş Paşinyan isə müttəfiqləri arasında tərəddüdlərini davam etdirir. Bəlkə də manipulyasiyalarını.

Gah Qərbə, gah da Moskvaya yönələn Paşiki daxildə daha çox Qərbin adamı kimi xarakterizə edir, yerli media onun rus kadrlarını təmizlədiyini vurğulayır. Paşikin ritorikası da Rusiyanın tezisi ilə ziddiyyət təşkil edir: şimal nəhəngi bölgədə kommunikasiyaların açılmasının vacibliyini, bunun 10 noyabr bəyanatının tələbi olduğunu deyir, Nikol isə hökumətin son iclasında bu məsələnin müzakirə edilmədiyini söyləyir.

Şimali Koreya kimi arxaik ruhlu dövlət Cənubi Koreya ilə sərhədini açdı, bizim qonşumuz isə...

Şimali Koreyanı xatırlamışkən, Kim Çen İn ordusuna döyüş hazırlığını artırmağı tapşırıb. Kim Cənubi Koreya və ABŞ-ın avqustun ortalarında keçirilməsi palanlaşdırılan illik hərbi təlimləri şimaldakı koreyalılar üçün təhdid kimi qiymətləndirib.

Ümumiyyətlə, Koreya dünyanın ən unikal ölkəsi olaraq qalır (Ermənistan da faşizm ənənələrini yaşadan ölkə kimi bu unikallığa aiddir). Şimali Koreya ilə Ermənistanın fərqi ondadır ki, birincilər bədbəxtliklərindən xəbərdar deyil, ermənilər isə artıq bunu anlayırlar. Təsadüfi deyil ki, hələ rəsmi statistikaya görə, bu ilin əvvəlindən Ermənistanı tərk edənlərlə ölkəyə qayıdanlar arasında nə az, nə çox, 30 min nəfər fərq var. 

Müqayisə üçün deyək ki, son 60 ildə Şimali Koreyadan Cənubi Koreyaya 23000 insan mühacirətə gedib, Cənubi Koreyadan Şimali Koreyaya isə 2 nəfər. Bu yazını Şimali Koreyalılar heç google translate-lə də oxuya bilməyəcəklər, çünki orda internet açıq deyil, ölkədə internet istifadəçilərinin sayı 605 nəfərdir.

Bu arada BMT dünyanın 23 ölkəsində, xüsusən də Afrika qitəsində aclıq fəlakəti gözlənildiyi barədə xəbərdarlıq edib. Məsələn, Əfqanıstanda ilin sonunadək 3,5 milyon insanın aclıq və yoluxucu xəstəliklərdən həyatını itirəcəyi proqnozlaşdırılır.

Bugünkü avantura erməniləri də aclıq çəkən ölkələrin siyahısına doğru aparır.

Belarus idmançılar hara getsin?

Həftənin ən maraqlı açıqlamalarından biri Belarus prezidenti Lukaşenkoya aiddir. Belarus prezident Tokio-2020-yə gedən idmançılara Şimali Koreya liderinin ritorikasında müraciət edib: “Əgər oraya turist kimi gedirsinizsə və əliboş qayıdacaqsınızsa, yaxşı olar ki, qayıtmayasınız. Bunu sizə hansısa ictimai təşkilat rəhbəri kimi yox, ölkə prezidenti kimi deyirəm. Məni necə istəyirsiniz, elə də başa düşün”.

Hələlik, Belarusun 1 qızılı var.

Bu arada Belarus dövlət başçısının nəvəsinin toyu olub. Məclis karantin qaydalarına uyğun olaraq, 70 nəfərlə keçib.

Prezident mandatı olan adamdır, istəsə 7000 adamla da keçirə bilərdi, etməyib.

Deputat adamdır...

Mandat demişkən, bu həftənin ən yaddaqalan hadisələrindən biri deputat mandatlı Elbrus Səlimovun polisi döyməsi idi. Belə ki, Xaçmazda restoranda yeyib-içmək məclisində olan E.Səlimov polisin gecə saat 12 olduğundan restoranın qapadılmalı olduğu tələbinə şillə-təpiklə cavab verib. İndi parlament onun mandatına baxacaq.

E.Səlimov Dağıstan Dövlət Universitetində təhsil alıb. Necə?! Yox, ağlınıza başqa şey gəlməsin, sadəcə, xatırlatdım.

…və təsadüfi deyil ki, bu günlərdə parlamentin payızda buraxılacağı, yeni tərkibin formalaşdırılacağı barədə söz-söhbətlər dolaşır.

Şəhid puluna göz dikənlər

Bu yaxınlarda şəhid ailəsinin evindən oğurluq edən dələduzları polis saxlamışdı. Canını vətən üçün qurban verənlərin malına göz dikməyə dələduzluq demək, yəqin, çox yumşaq səslənir… Ötən həftə isə Göyçay rayon sakini Ş.Qafarova oğlu, şəhid Kənan Qafarovun bank kartından 3960 manat pulun oğurlandığını bildirib. Polis bu şərəfsiz əməlin sahibini də saxlayıb. Göyçay rayon sakini M.Qafarov müəyyən edilərək saxlanılıb.

Bu hərəkətə də, bu cür addımı atanlara da içəridə nəsə ad tapıb qoyacaqlar, biz başımızı çox yormayaq.

 “Delta” və “Patı”

Koronavirusun “Delta” ştammı sürətlə yayılmağa davam edir. Payızda onun 4-cü dalğa şəklində ciddi qapanmalara səbəb olacağı da istisna deyil.

Yaponiya kimi intizamlı insanların yaşadığı ölkədə ştamm tüğyan edir: Yay Olimpiya Oyunlarının keçirildiyi gündoğar ölkədə bazar günü 12 342 yoluxma hadisəsi təsdiqlənib.

Ştammın görmə, eşitmə zəifliyinə səbəb olduğu deyilir.

Ən azı “Delta” qədər bizim üçün təhlükəyə çevrilmiş daha bir bəla var: Patı. Hər gün onun dəstə-dəstə istifadəçi və satıcıları polis bölmələrinə gətirilir.

Ötən həftə bu bəlanın yayılması ilə bağlı tükürpədici məlumat yayıldı. Belə ki, onun Xankəndidə istehsal olunduğu, məqsədli şəkildə İran vasitəsilə Azərbaycana ötürüldüyü bildirildi. Həm də Almaniya kəşfiyyatına istinadən. Mediada yayılan məlumatlarda qeyd edilir ki, Dünya Azərbaycanlıları Assambleyasının rəhbəri Rəşad Quliyevin Almaniya hökumətindəki mənbələrdən əldə etdiyi məlumata görə, ermənilər əvvəllər “patı” istehsalını Zəngilanda həyata keçirirmişlər. Zəngilan işğaldan azad edildikdən sonra isə, bu işi Xankəndidə davam etdirirlər.

İslahatlara qarşı

Narkotikin bu qədər tüğyan etməsinə görə təhsil ocaqları da məsuliyyət daşıyır. Amma görünür, əvvəlcə bu ocaqların özünü təmizləmək lazımdır.

Ötən həftə Bakı Dövlət Universitetində universitet rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirildi. Hadisəni universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyevin törətdiyi bildirilir. Ki, onun müqaviləsini uzatmayıblar və İsmixan müəllim də bu cür haqq-hesab çürütməyə qərar verib.

İslahatlara qarşı gedənlər, hətta əli bıçaqlı gedənlər həmişə olur.

İslahalar demişkən, biz BDU-da oxuyanda  (2003-2007) həm də bizim ixtisas - Nəşriyyat işi və redaktəetmə ixtisasının tələbələri üçün nəzərdə tutulmuş komputer otağından istifadəyə icazə verilmirdi, 4 ildə o otağı 2-3 dəfə gördük. Görəsən, islahatlar o otağın qapısındakı qıfılı da qıra bilibmi?!

8
Qaz anbarı, arxiv şəkli

Bizi xilas edəcək sərvət: Dünya bazarlarında təbii qaz niyə bahalaşır?

8
(Yenilənib 00:45 02.08.2021)
Son aylarda Avropada qaz ehtiyatlarında davamlı azalma müşahidə olunur və bu da qiymətlərin bahalaşmasını şərtləndirir.

BAKI, 2 avqust - Sputnik. Son dövrlərdə dünyada təbii qazın qiymətində ciddi bahalaşma müşahidə olunur və bu bazarda volatillik var. Xüsusilə də Avropa bazarlarında bu trend daha ciddi şəkildə özünü göstərir.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a dünyada təbii qazın qiymətinin artmasının səbəblərindən danışıb, növbəti aylarda qiymətlərin necə ola biləcəyindən bəhs edib.

Qazın bahalaşmasının əsas səbəbi havaların isti keçməsidir

Ekspert diqqətə çatdırıb ki, qazın bahalaşmasının əsas səbəbi havaların isti keçməsi ilə bağlıdır. Havalar istiləşdikcə elektrik enerjisinə tələbat kəskin şəkildə artır. Avropada elektrik enerjisi istehsalının 60-70 faizi məhz qaz istehlakı yolu ilə həyata keçirilir. Havalandırma sistemlərinin, kondisionerlərin daha çox istifadəsi son nəticədə bazarda qaza tələbi dəstəkləyir. Eyni zamanda son aylarda Avropada qaz ehtiyatlarında davamlı azalma müşahidə olunur və bu da qiymətlərin bahalaşmasını şərtləndirir.

Qış aylarında yenidən qazın qiymətində əhəmiyyətli artımlar ola bilər

Onun sözlərinə görə, avqust ayında da qiymət artımı riski var. Sentyabr-oktyabr aylarında bazarda vəziyyət sabitləşəcək. Lakin Avropa qaz ehtiyatlarını məqbul səviyyəyə çatdıra bilməsə, qış aylarında yenidən qazın qiymətində əhəmiyyətli artımlar ola bilər.

Müxtəlif amillər prosesə təsir göstərəcək

İqtisadçının fikrincə, ümumiyyətlə, müxtəlif amillər prosesə təsir göstərəcək. Bu gün pandemiyanın 4-cü dalğası müzakirə edilir. Artıq Avropanın bəzi ölkələrində xəstəlik daha da genişlənib və bu, yeni qapanmalar riski yaradır. Əgər yenidən məhdudiyyət tədbirləri tətbiq edilərsə, bunun prosesə mənfi təsirləri olacaq. Bundan başqa, qazın qiyməti neftin qiymətinin hansı istiqamətdə cərəyan edəcəyindən asılı olacaq. İndiki şərtlər daxilində noyabr ayından etibarən dünyada təbii qazın qiymətlərində növbəti bahalaşma dalğası gözlənilir.

"Azərbaycan dünya bazarında qaz tədarükçüsü kimi yeni-yeni iştirak edir. Ölkənin ixrac infrastrukturu var, amma hələlik əsas qaz yataqlarımızın tam işlənməsi başa çatmayıb. Lakin 2030-cu ilədək Azərbaycanda qaz istehsalında davamlı olaraq artımlar olacaq", - deyə o diqqətə çatdırıb.

Azərbaycanda qaz gəlirləri heç bir halda itirilmiş neft gəlirlərini kompensasiya edə bilməyəcək

İqtisadçı onu da əlavə edib ki, neft qazdan daha çox gəlir gətirir. Azərbaycanda qaz gəlirləri heç bir halda itirilmiş neft gəlirlərini kompensasiya edə bilməyəcək. Azərbaycan 2007-2008-ci illərdə neft ixracından təxminən 37 milyard dollar gəlir götürüb. Amma ölkəmiz bu ilin 6 ayında qaz ixracından 1,6 milyard dollar gəlir qazanıb. Biz qazı maksimum səviyyədə ixrac etsək belə, illik qaz ixracından 6-10 milyard dollar gəlir əldə edə bilərik.

Təbii qaz ixracı 2 dəfəyədək artıb

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında ölkədən 10 milyard 378,2 milyon kubmetr təbii qaz ixrac edilib. İxrac edilən təbii qazın dəyəri isə 1 milyard 585,6 milyon ABŞ dolları olub. 2020-ci ilin eyni aylarında Azərbaycandan 6 milyard 599,2 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 1 milyard 259,9 milyon dollar olmuşdu.

Yarım ildə Azərbaycanın Avropaya ixrac etdiyi təbii qazın həcmi

Bu ilin yanvar-iyun aylarında ölkəmizdən İtaliyaya dəyəri 362,9 milyon ABŞ dolları olmaqla 1 milyard 626 milyon kubmetr, Yunanıstana 69,1 milyon dollarlıq 266,4 milyon kubmetr, Bolqarıstana isə 16,7 milyon dollarlıq 119,5 milyon kubmetr təbii qaz ixrac edilib.

Hesabat dövründə Türkiyəyə 880,7 milyon dollarlıq 6 milyard 292,8 milyon kubmetr, Gürcüstana 252,8 milyon dollarlıq 1 milyard 989,9 milyon kubmetr, İrana isə 3,1 milyon dollarlıq 84 milyon kubmetr qaz ixrac olunub.

Xatırladaq ki, Türkiyə və Gürcüstan Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri və TANAP-la idxal edir. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib. 2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr təbii qaz nəql edilir.

TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP-ın ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.

Azərbaycan təbii qazını Yunanıstan, İtaliya və Bolqarıstana nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP-la Avropaya ildə 10 milyard kubmetr qaz nəql olunacaq.

8