"Mercedes" markalı yük avtomobili bir bölgənin qaz xəttini sıradan çıxardı

© Sputnik / Elvin AhmadГазовая плита
Газовая плита - Sputnik Azərbaycan, 1920, 18.06.2021
Abunə olmaq
Əraziyə "Azəriqaz" İstehsalat Birliyinin Oğuz Qaz İstismarı İdarəsinin əməkdaşları cəlb olunub. Qaz xəttinin qırılması nəticəsində yaxınlıqdakı bir neçə sayğac da yararsız vəziyyətə düşüb.

BAKI, 18 iyun — Sputnik. Bu gün axşam saatlarında Oğuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, Balakən istiqamətində hərəkətdə olan "Mercedes" markalı yük avtomobili idarəetmədən çıxaraq qaz xəttini qırıb. Nəticədə həmin ərazidə yaşayan abonentlərə "mavi yanacağ"ın verilməsi dayandırılıb.

Əraziyə "Azəriqaz" İstehsalat Birliyinin Oğuz Qaz İstismarı İdarəsinin əməkdaşları cəlb olunub. Məsələ ilə bağlı Sputnik Azərbaycan-a açıqlama verən "Azəriqaz" İB-nin mətbuat katibi Ceyhun  Səfərov bildirib ki, Zaqatala regional qaz istismar idarəsinin xidmət sahəsində - Oğuz şəhərinin Səməd Vurğun küçəsində yük maşını qəza törədərək birliyin balansında olan 76 milli metr diamteində yerüstü qaz xəttini qırıb, nəticədə 11 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Hazırda müvafiq prosedurlar icra olunur. Çatdıra bilsələr, bu gün qazın verilişi bərpa olunacaq".

"Avtomobil tərəfindən qaz xətti qırılırsa, dəymiş ziyanın sığortalanması üçün avtomobilin sığorta olunduğu şirkət əraziyə dəvət olunmalıdır. Bu olmadığı halda fakt aktlaşdırlır ki, qarşı tərəf dəyən ziyanı ödəsin. Ola bilər ki, həmin yük avtomobili hansısa təşkilatın nəzdindədir. Belə olanhalda həmin təşkilat da dəyşim ziyanın ödənilməsi üçün prosedura cəlb oluna bilər. Əməkdaşlarımız çalışır ki, problemi bu günə həll etsinlər", - deyə C.Səfərov əlavə edib.

Qeyd edək ki, bənzər hadisə ötən ay Binəqədidə də baş vermişdi. "Azəriqaz"ın 104 Operativ Xidmətinə Binəqədi rayonu Binəqədi qəsəbəsi, 3-cü mədən "korpus 124" ünvanında avtomobillə qaz xəttinin zədələnməsi barədə məlumat daxil olduqdan sonra hadisə yerinə baxış keçirən Birliyin əməkdaşları qəza nəticəsində qaz xəttinin qırıldığı və 2 qaz sayğacının yararsız hala düşdüyünü aşkarlayıblar.

Xəttin qırılması nəticəsində həmin ünvanda 40 abonentin qaz təchizatı dayandırılıb. Artıq səhər saatlarından kəmərin bərpası istiqamətində işlər aparılır.

Xəbər lenti
0