Fiziki məhdudiyyətli insanlar, arxiv şəkli

Əlilliyin hansı hallarda ömürlük müəyyən olunacağı açıqlanıb

22
(Yenilənib 20:33 18.06.2021)
Yeni meyarların tətbiqi ilə əlaqədar 11 Məcəllə, 50 qanun daxil olmaqla ümumilikdə 100-ə yaxın normativ hüquqi akta dəyişiklik paketi hazırlanaraq təqdim edilib.

BAKI, 18 iyun — Sputnik. Bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında 11 məsələyə baxılıb. Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, əsasən əlilliyin təyinatında yeni meyarlara keçid və əmək pensiyaları ilə əlaqədar olan qanun layihələrinin müzakirəsində Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclis sədrinin müavini Adil Əliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin 8 komitəsinin sədrləri və müavinləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təmsilçiləri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev təmsil etdiyi nazirliyin tibbi-sosial ekspertiza və reabilitasiya sahəsində həyata keçirdiyi islahatlardan danışıb. Bildirib ki, əlillik təyinatlarında sosial ədalət, ünvanlılıq və şəffaflığın təmin olunması, haqqı çatan şəxslərin əlillik statusunun düzgün təmin edilməsi, saxta əlillik təyinatının qarşısının alınması vacib sayılır.

Deputatların nəzərinə çatdırılıb ki, son 3 ildə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun qəbul edilib və onun tətbiqi ilə bağlı 18 normativ hüquqi akt hazırlanaraq təsdiqlənib. Beynəlxalq təşkilatlar və ekspertlərlə birlikdə "Əlilliyin müəyyən olunması meyarları" işlənib hazırlanıb. Yeni meyarların tətbiqi ilə əlaqədar 11 Məcəllə, 50 qanun daxil olmaqla ümumilikdə 100-ə yaxın normativ hüquqi akta dəyişiklik paketi hazırlanaraq təqdim edilib.

Qeyd olunub ki, hazırda əlillik şəxsin kimliyi və səhiyyə müəssisəsi barədə məlumatların kodlaşdırıldığı 88 saylı forma üzrə göndərişlər əsasında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bölmələri tərəfindən qiymətləndirilir. Əzaların amputasiyası, sağalması mümkün olmayan ağır xəstəliklər kimi geridönməz hallarda şəxsin əlilliyi ömürlük müəyyən olunur və onun təkrar müayinəsinə ehtiyac qalmır. Göndərişlər natamam tərtib olunduğu, həmçinin əlillik təyinatına əsas vermədiyi hallarda isə təyinatdan imtina edilir.

Nazir müavini bildirib ki, əlilliyin qiymətləndirilməsi prosesinin təkmilləşdirilməsi məqsədilə struktur dəyişiklikləri aparılıb və müxtəlif xəstəliklər üzrə yeni 5 ixtisaslaşdırılmış TSEK, 20 regional TSEK yaradılıb. Əmək funksiyalarının icrasında nöqsanlara yol vermiş əməkdaşlar barəsində intizam tənbeh tədbirləri görülüb. 88 saylı forma üzrə göndərişlərdə saxtalaşdırma faktları aşkarlandığına görə 266 nəfərə dair məlumatlar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilib.

Vətən müharibəsi ilə bağlı görülmüş işlər barədə də deputatlara geniş məlumat verən Anar Əliyev bildirib ki, müzakirəyə təqdim olunan qanun layihələri qəbul edildikdən sonra Nazirlər Kabineti tərəfindən yeni "Əlilliyin müəyyən olunması meyarları" təsdiq ediləcək. Əlillik orqanizmin funksiyalarının pozulması faizinə əsasən müəyyənləşdiriləcək. Bu isə nəticə etibarilə əlillik təyinatlarında beynəlxalq təcrübənin və standartların tətbiqinə, xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəldilməsinə səbəb olacaq.

Qanun layihəsi ətrafında müzakirələrdə çıxış edənlər bir sıra mühüm məqamlara diqqət yönəldiblər. Nazir müavini deputatların suallarını cavablandırıb.

Sonra komitə sədri Musa Quliyev bildirib ki, gündəlikdəki növbəti 6 qanun layihəsindəki (üçüncü oxunuş) dəyişikliklər də "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunda edilən dəyişikliklərlə əlaqədar olub uyğunlaşdırma xarakteri daşıyır.

Fikir mübadiləsindən sonra komitə "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş); "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi (üçüncü oxunuş); Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Mülki Məcəlləsində, Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Mənzil Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və Torpaq Məcəlləsində dəyişiklik edilməsi (üçüncü oxunuş); "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında", "Narkoloji xidmət və nəzarət haqqında", "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında", "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında", "Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında", "Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında", "Ünvanlı dövlət sosial yardımı haqqında", "Sosial müavinətlər haqqında", "Onkoloji yardım haqqında", "Sosial xidmət haqqında", "Mədəniyyət haqqında", "Uşaqların icbari dispanserizasiyası haqqında", "Məktəbəqədər təhsil haqqında", "Məşğulluq haqqında" və "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi (üçüncü oxunuş); "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Sosial sığorta haqqında", "Polis haqqında", "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı haqqında", "Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında", "Sığorta fəaliyyəti haqqında", "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında", "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" və "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanunlarda dəyişiklik edilməsi (üçüncü oxunuş); "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Əhalinin sağlamlığının qorunması haqqında", "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə", "Uşaq hüquqları haqqında", "Yol hərəkəti haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "Avtomobil yolları haqqında", "Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında", "Psixiatriya yardımı haqqında", "İcbari sığortalar haqqında" və "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanunlarda dəyişiklik edilməsi (üçüncü oxunuş) və "Dövlət qulluğu haqqında", "Dövlət rüsumu haqqında", "İcra haqqında", "Gənclər siyasəti haqqında", "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" qanunlarda dəyişiklik edilməsi (üçüncü oxunuş) barədə qanun layihələrini Milli Məclisin plenar iclasına tövsiyə edib.

Komitə iclasında gündəlikdəki növbəti 4 məsələ barədə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev ətraflı məlumat verib. "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş), "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş), "Məşğulluq haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini və "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) şərh edib.

Müzakirələrdə deputatlar rəy və təkliflərini bildiriblər.

Əmək və sosial siyasət komitəsində baxılan bütün qanun layihələri Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.

22
Пульт дистанционного управления телевизором

CBC teleradio şirkətində kadr dəyişiklikləri baş verib

31
(Yenilənib 00:09 31.07.2021)
Qarabağ regionunda yayımlanan CBC FM radiosunun baş redaktoru və bir sıra bölmələrə baş redaktorlar təyin edilib.

BAKI, 30 iyun - Sputnik. Dünyanın rus dilli informasiya məkanında teleradio yayımının inkişafı və son bir neçə ildə əldə olunmuş uğurların nəticəsi kimi CBC teleradio şirkətində bir sıra kadr dəyişiklikləri aparılıb.

Teleradio şirkətindən AZƏRTAC-a bildiriblər ki, Məmmədov Orxan Elşən oğlu Qarabağ regionunda yayımlanan CBC FM radiosunun baş redaktoru vəzifəsinə təyin olunub.

Bundan əlavə, Əliyeva Nigar Əli qızı telekanalın “İctimai siyasi verilişlər” bölməsinin baş redaktoru, Musazadə Elmira İlqar qızı “Müəllif verilişləri” bölməsinin baş redaktoru, Rzayev Sənan Məhəmməd oğlu redaktor-baş siyasi icmalçı, Lavrina Anastasiya Vitalyevna beynəlxalq münasibətlər üzrə ekspert – aparıcı, Cəbrayılov Həbib Mikayıl oğlu isə “Xarici dilli yayım” departamentinin baş rejissoru vəzifələrinə təyin ediliblər.

Telekanal barədə

CBC (Caspian Broadcasting Company) - 10 aprel 2013-cü il tarixində ATV International telekanalı əsasında yaradılaraq yayıma başlayan beynəlxalq televiziya kanalıdır.

Yarandığı bir neçə ay ərzində loqosu hər 7 saniyədən sonra "ATV Int." loqosuna çevrilirdi. 9 may 2014-cü il tarixindən etibarən ATV Plus kabel televiziyasında yayımlanır. 2015-ci ildə Futbol üzrə Azərbaycan çempionatı 2015/2016 mövsümünün yayım hüququnu əldə edib.

9 avqust 2015-ci il tarixində "Neftçi - Kəpəz" oyunu ilə yayıma start verib. Yayım Azərbaycan dilində həyata keçirilib. Həmçinin həmin gün "CBC Sport" adlı qardaş kanalı da yayıma başlayıb.

2020-ci ilin dekabrında Milli Televiziya və Radio Şurasının (MTRŞ) video formatda keçirilən iclasında “Caspian İnternational Broadcasting Company” MMC-nin regional televiziya yayımı lisenziyasının alınması üçün Milli Televiziya və Radio Şurasına müraciətinə baxılıb.

Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran bir kanalın işğaldan azad olunmuş ərazilərdə yayımının təşkilinin xüsusi əhəmiyyətini və təxirəsalınmazlığını nəzərə alaraq Şura “Caspian İnternational Broadcasting Company” MMC-yə (CBC televiziya kanalı) Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımın həyata keçirilməsi məqsədilə müddətsiz regional televiziya yayımı lisenziyasının verilməsi barədə qərar qəbul edib.

CBC özü haqqında

CBC telekanalı öz tamaşaçılarına hadisələrin obyektiv qiymətləndirməsini, əhatəli proqramlarını təqdim edir. Ən əsası isə, CBC bunu üç dildə - Azərbaycan, rus, və erməni dillərində edir.

Azərbaycanın ilk beynəlxalq televiziyası olan CBC yüksək enerji ilə start götürərək ölkəmizin uğurları, problem və nailiyyətləri haqqında bütün dünyaya məlumat çatdırmaqdadır. Telekanal fasiləsiz olaraq yayımlanır və yayım sahəsi Rusiyanın Avropa hissəsindən tutmuş Hindustan yarımadasına kimi, Balkan yarımadasından Çinin şərq sahillərinədək geniş ərazini əhatə edir.

CBC-nin üç redaksiyasının hər birində yayım dilinin xüsusiyyətlərinə uyğun olaraq xəbərlərin seçimində vahid sistem tətbiq olunur. Redaksiya siyasətimiz - hadisələrə qiymət vermədən, olay tərəflərinin hər birinin fikrini təqdim etməkdən ibarətdir. CBC-nin yaradıcı və texniki potensialı ən müxtəlif janrlarda keyfiyyətli və reytinqli proqramlar hazırlamağa imkan verir. Məqsədimiz – hər bir tamaşaçıya özünün şəxsi fikrini formalaşdıra bilmək üçün materialı cəld və keyfiyyətli surətdə təqdim etməkdir.

31
Türkiyənin Antalya əyalətində meşə yanğınları

Türkiyə alovlar içində: Yanğınlar lokallaşdırılsa da, mübarizə davam edir

1087
(Yenilənib 00:29 31.07.2021)
Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli bildirib ki, hazırda 81 yanğın ocağından 70-i lokallaşdırılıb, Adana, Osmaniyə, Antalya, İzmir, Mersin, Muğlada yanğınlarla mübarizə davam edir.

BAKI, 30 iyul - Sputnik. Türkiyənin yanğınsöndürənləri 85 yanğın ocağından 74-nü lokallaşdıra biliblər. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli özünün "Twitter" səhifəsində yazıb.

O qeyd edib ki, hazırda 85 yanğın ocağından 74-ü lokallaşdırılıb, Adana, Osmaniyə, Antalya, İzmir, Mersin, Muğlada yanğınlarla mübarizə davam edir.

Nazirin sözlərinə görə, 11 yerdə yanğın davam edir. Yanğınla mübarizəyə 6 təyyarə, 9 pilotsuz uçuş aparatı (PUA), bir pilotsuz helikopter, 45 yanğınsöndürmə helikopteri, bir yanğınsöndürmə tankeri, 1 080 suçiləyici və 55 inşaat maşını, 4 mindən çox heyət cəlb edilib.

Meşələrin qəhrəmanlarının havadan və yerdən böyük sədaqətlə yanğınlarla mübarizə apardığını ifadə edən nazir dəstək göstərən hər kəsə minnətdarlığını bildirib.

Azərbaycanın yanğınsöndürənləri də Türkiyəyə köməyə gediblər

Azərbaycan Prezidentinin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin əməkdaşları Türkiyəyə yola düşüb. Heyət AZAL-ın təyyarələri ilə Türkiyə Respublikasına yola salınıb.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən, nazirliyin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər və digər lazımi avadanlıq və ləvazimatlar qısa zamanda qardaş Türkiyəyə çatdırılacaq.

E.Mirzəyevin sözlərinə görə, hazırda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin 100 nəfər əməkdaşı Türkiyəyə yola düşür:

"Bildiyimiz kimi, bu gün Türkiyədə güclü yanğınlar müşahidə olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Türkiyədə baş verən yanğınlarda həlak olan şəxslərin yaxınlarına başsağlığı verib".

"Türkiyənin kədəri Azərbaycanın kədəridir", - deyən nazir müavini əlavə edib ki, Azərbaycandan iki helikopter və 500 nəfərdən artıq canlı qüvvə və 50-dən artıq texnika hazır vəziyyətdədir.

Türkiyədə yanğınlar 

Türkiyədə, Antalyanın Manavgat rayonunda Yeniköy məhəlləsinin yaxınlığındakı meşədə yanğın olub. İyulun 28-dən başlayan yanğın nəticəsində Manavqat rayonun mərkəzinə qədər yayılıb, bəzi yaşayış məntəqələri və iş yerləri yanaraq yararsız hala düşüb.

Ümumilikdə Türkiyənin Antalya əyalətində başlayan meşə yanğınları nəticəsində 3 nəfər həlak olub, 62 nəfər isə xəsarət alıb.

Yanğının söndürülməsinə 100-dən çox texnika, o cümlədən 2 təyyarə və 15 helikopter cəlb edilib.

Antalyadan başqa Türkiyənin Kayseri, Bodrum, Osmaniyə, Milas, Adana, Kütahya, Mersin, Dıdım, Kuşadası, Kocaeli bölgələrində də kütləvi surətdə meşa yanğınları baş verməkdədir. Türkiyə rəsmiləri hadisənini terror aktı olduğunu istisna etmirlər. 

Həmçinin oxuyun:

Azərbaycan yanğınsöndürənləri qardaş ölkənin harayına getdilər

* İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib

* Mehriban Əliyevadan Türkiyəyə dəstək

* Çavuşoğlu Türkiyədəki yanğınlar barədə: "Saxlanılan şübhəlilər var"

1087