XİN başçısı: "Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması vacibdir"

© Sputnik / Murad OrujovМинистр иностранных дел Азербайджана Джейхун Байрамов
Министр иностранных дел Азербайджана Джейхун Байрамов - Sputnik Azərbaycan, 1920, 18.06.2021
Abunə olmaq
Görüşdə, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

BAKI, 18 iyun — Sputnik. Bu gün Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasının xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman ilə görüşüb.

XİN-dən Sputnik Azərbaycan-a bildirilib ki, nazir Ceyhun Bayramov qarşı tərəfə post münaqişə mərhələsi və azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, bu ərazilərdəki onilliklər ərzində törədilən dağıntıların miqyası, mina təhlükəsi, minaların təmizlənməsi, bərpa və quruculuq işlər barədə ətraflı məlumat verib. Həmçinin nazir Azərbaycan və Ermənistan arasında ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında sülh sazişinin imzalanmasının vacib olduğunu vurğulayıb.

Nazir Qordan Grliç Radman Xorvatiyanın hər zaman Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını dəstəklədiyini qeyd edib. O, Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədi ilə Birgə Komissiyanın fəaliyyətinə istinad edərək iqtisadi, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlıq imkanlarını qeyd edib. Azərbaycanın Xorvatiyada baş vermiş zəlzələ zamanı göstərdiyi dəstəyə görə təşəkkür ifadə edilib.

Görüşdə, həmçinin iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0