Toyuqların vaksinasiyası, arxiv şəkli

AQTA qırx dörd ölkəyə məhdudiyyət tətbiq edib - SİYAHI

866
(Yenilənib 21:20 14.06.2021)
Heyvan xəstəliklərindən qorunmaq məqsədilə diri quş və quşçuluq məhsullarının idxalına OİE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

BAKI, 14 iyun — Sputnik. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) "Ümumdünya Heyvan Sağlamlığı İnformasiya Sistemi (WAHIS)" vasitəsi ilə verilmiş məlumatlara əsasən, ötən ilin yanvar ayından başlayaraq vəhşi təbiətdə və təsərrüfat quşları arasında yüksək patogenli quş qripi xəstəliyi artmaqda davam edib, 2020-ci ilin oktyabr ayının ortalarından etibarən yayılma arealı sürətlə genişlənərək daha böyük coğrafi əraziləri əhatə edib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, hazırda dünyanın 54 ölkəsində xəstəlik davam edir.

Ev quşları arasında xəstəlik alovlanmalarının qeydə alındığı, respublikamızla idxal əlaqəsi olan 44 ölkədən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Agentlik tərəfindən diri quş və quşçuluq məhsullarının idxalına OİE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla müvəqqəti məhdudiyyətlər tətbiq olunub.

Qalan digər 10 ölkədə xəstəlik vəhşi və ya təsərrüfat əhəmiyyəti olmayan quşlar arasında baş verdiyi üçün OİE-nin "Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi"nin 10.4.1-ci maddəsinin 8-ci bəndinə uyğun olaraq, məhdudiyyət tədbirləri tətbiq edilməyib.

Dünya ölkələri üzrə məlumat aşağıdakı cədvəldə təqdim olunur:

© The Food Safety Agency of the Republic of Azerbaijan
Dünya ölkələri üzrə məlumat cədvəli

2020-ci və 2021-ci illərin ötən dövrü ərzində quş qripi xəstəliyi qeydə alınmasıyla bağlı bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiqi həyata keçirilmiş ölkələrin siyahısı: 

© The Food Safety Agency of the Republic of Azerbaijan
2020-ci və 2021-ci illərin ötən dövrü ərzində quş qripi xəstəliyi qeydə alınmasıyla bağlı bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiqi həyata keçirilmiş ölkələrin siyahısı
866
CoronaVac

TƏBİB-dən vaksinlə bağlı daha bir məlumat

4
(Yenilənib 17:50 29.07.2021)
TƏBİB bildirir ki, bu tibb müəssisəsində peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərir.

BAKI, 29 iyul — Sputnik. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) COVID-19 əleyhinə canlı növbə əsasında vaksinasiyanın davam etdiyini bildirib. TƏBİB-dən Sputnik Azərbaycan-a daxil olan məlumatda bildirilir ki, COVID-19 əleyhinə vaksinlərə əlçatanlığı təmin etmək məqsədilə "Yeni Klinika" Tibb müəssisəsində peyvəndləmə prosesi davam edir.  Tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndləri vurulur. Vaksinlərin tətbiqi canlı növbə əsasında həyata keçirilir. Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-a kimi fəaliyyət göstərir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.

Həmçinin oxuyun:

Ailə qurmazdan öncə vaksin olunun! - TƏBİB

Nazirlər Kabinetindən sərt qərar - Vaksin olunmayanlar bu yerlərə buraxılmayacaqlar!

QMİ dindarları vaksin olunmağa çağırıb

4
Pandemiya zamanı imtahan

MİQ imtahanları ilə bağlı narazılıqlara aydınlıq gətirildi

3
(Yenilənib 17:40 29.07.2021)
Məktəblərdə həddindən artıq müəllim olduğundan müəllimlərin optimallaşdırılması, onların normal əməkhaqqı alması üçün onların minimum həftə ərzində 18 iş saatı olmalıdır

BAKI, 29 iyul — Sputnik. Bəzən sosial şəbəkələrdə suallar səsləndirilir ki, niyə bu qədər ali təhsilli müəllim təkcə diplomla işə götürülmür və əlavə imtahan olur. Dünyanın bir çox sistemlərində pedaqoji ali təhsil haqqında diplom aldıqdan sonra başqa bir seçim də edilir. Bu məsələ tələb və təklifdən asılıdır.

Sputnik Azərbaycan-ın xəbərinə görə,  bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O qeyd edib ki, bu il üçün 8000-ə yaxın vakansiya var. Nazirlik rəsmisi sovet dövrü təcrübəsindən danışaraq bildirib ki, o dövrdə müəllim olmaq istəyənlər maarif şöbəsində siyahıya yazılırdılar və vakant yer olduqca sıraya uyğun həmin müəllimlər işə götürülürdü: "Artıq bu proses təkmilləşdirilib və MİQ imtahanları keçirilir. İnsanları qıcıqlandıran daha çox iş yerinin olması tələbidir, amma bu, mümkünsüzdür. Biz vakant yerlər üzrə işləyirik".

V.Yaqublu deyir ki, bu günə qədər məktəblərdə həddindən artıq müəllim olduğundan müəllimlərin optimallaşdırılması, onların normal əməkhaqqı alması üçün onların minimum həftə ərzində 18 iş saatını olmalıdır: "Hansısa müəllim təqaüdə çıxır və ya hər hansı səbəbdən işdən çıxırsa bu, başqaları üçün vakant görünə bilər. Amma əslində o müəllimin iş saatları digər müəllimlər arasında bölünür ki, normal əməkhaqqı alsınlar. Bunlar da nəzərə alınmalıdır”.

Qeyd edək ki, müəllimlərin işə qəbul imtahanında istifadə olunan təxminən 5000-ə qədər testin elmi-statistik təhlili aparılıb. Müəyyən olunub ki, 12 iyulda ibtidai sinif müəllimliyi, 23 və 26 iyulda Azərbaycan dili və ədəbiyyat müəllimliyi ilə bağlı keçirilən imtahanlarda istifadə olunan testlər digər tarixlərdəki imtahanlardan çətinliyinə görə fərqlənib. Bu səbəbdən həmin günlərdə iştirak edən namizədlər üçün təkrar imtahan müəyyən olunub.

Qeyd edək ki, təkrar imtahanda iştirak etmək üçün namizədlər 30 iyul 23:59-a qədər müraciət edə bilərlər. İndiyə qədər 3000-ə qədər müraciət olub. Ümumilikdə MİQ-də iştirak etmək üçün təxminən 60 minə yaxın şəxs müraciət edib. İndiyə qədər 35 minə qədər namizəd imtahanlarda iştirak edib”.

Həmçinin oxuyun:

Nazir müəllimlərin sertifikasiyası haqda: Proses humanist əsaslarla hazırlanıb

Təhsil naziri müəllimlərin imtahanı ilə bağlı söz verdi

Nazirlik müəllimlərin narazılığına cavab verdi

3