Müharibəyə rəğmən Azərbaycan əhalisi artıb, qonşularda isə vəziyyət qəlizdir

© Sputnik / Murad OrujovГорожане на одной из центральных улиц Баку
Горожане на одной из центральных улиц Баку - Sputnik Azərbaycan, 1920, 14.06.2021
Abunə olmaq
Əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

BAKI, 14 iyun — Sputnik. Azərbaycanda əhalinin sayı açıqlanıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Belə ki, İlin əvvəlindən ölkə əhalisinin sayı 13945 nəfər və ya 0,14 faiz artaraq 2021-ci il may ayının 1-i vəziyyətinə 10133078 nəfərə çatıb.

Komitədən Sputnik Azərbaycan-a verilən məlumata görə, əhalinin ümumi sayının 53,0 faizini şəhər, 47,0 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Qeyd edək ki, əhalinin siyahıya alınması 2019-cu ildə keçirilmişdi.

Ermənistanda isə əhali azalıb

Əhalisi cəmi 2,9 milyon nəfər, əhali artımı əmsalı 1,7-ə bərabər ölkə – yox olmaq üzrə olan ölkə deməkdir. Bu rəqəmlər Ermənistana aiddir. Özü də müharibənin və pandemiyanın bu məsələdə rolu bir o qədər də çox deyil. Sputnik Armeniya-nın yaydığı xəbərə görə, son illər bu ölkədə demoqrafik göstəricilər xeyli aşağı düşüb. Əhalinin artım əmsalı 1,7-ə qədər azalıb ki, bu da ailələrdə ikinci uşağın belə doğulmadığını göstərir.

Xəbərdə bildirilir ki, hazırda əsasən 1990-cı illərdə anadan olmuş gənclər ailə qurmalıdırlar, ancaq Ermənistanda yaşanan iqtisadi böhran səbəbindən həmin yaşda olan insanlar kütləvi şəkildə ölkəni tərk ediblər. Odur ki, 2020-ci ildə dünyaya gələn uşaqların sayı kəskin şəkildə aşağı düşüb.

Bununla belə, ermənilərin sayının azalmasına daha çox ölkədə doğum səviyyəsinin aşağı düşməsi səbəb olub. Əgər 1991-ci ildə Ermənistanda 77 min uşaq dünyaya gəlmişdisə, 2020-ci ildə bu rəqəm 36 448-ə qədər azalıb.

Demoqrafik vəziyyətə ermənilərin kütləvi şəkildə xaricə miqrasiya etməsi də öz təsirini göstərir. Ermənistan müstəqillik qazanandan bu günə kimi bu ölkəyə gələnlərlə xaricə üz tutanların sayı arasındakı fərq 1 milyon 120 min nəfər təşkil edib. 2020-ci ildə Ermənistandan miqrasiya edənlərin 90%-i Rusiyaya üz tutub.

Beləliklə, əgər 1992-ci ildə Ermənistanın əhalisi 3 milyon 633,3 min nəfər idisə, 2020-ci ilin son rübündə bu rəqəm 2 milyon 967,9 min nəfər təşkil edib.

Rusiyada əhalinin azalması hökumətin həyəcan təbili çalmasına səbəb olub

Rusiya baş nazirirnin müavini Tatyana Qolikova bildirib ki, yaxın vaxtlarda Rusiyada əhalinin sayının azalması tendensiyası müşahidə olunacaq. Dövlət rəsmisinin sözlərinə görə, hökumətin qarşısında bu tendensiyanı dəyişmək və 2030-cu ilə qədər əhalinin dayanıqlı artımını təmin etmək vəzifəsi durur.

Qolikova bildirib ki, yaranmış vəziyyət obyektiv demoqrafik trendlərlə əlaqədardır.

"Tendensiyanın doğum səviyyəsinin sabitləşdirilməsi və ölüm səviyyəsinin aşağı salınması hesabına dəyişdirilməsi planlaşdırılır", - deyə baş nazirin müavini vurğulayıb.
Bir müddət əvvəl isə Qolikova bildirib ki, Rusiya əhalisinin artımı potensialı hələ tükənməyib.

"Pandemiyanın müəyyən təsirləri var, lakin bütün demoqrafik tədbirlər kimi, 2020-ci ildə görülmüş tədbirlərin də səmərəsi bir müddət sonra görünəcək", - deyə dövlət rəsmisi qeyd edib.

Xəbər lenti
0