Sabah avtobuslar və qatarlar işləyəcək? - Rəsmi açıqlama

© TRENDBakıya gətirilən yeni avtobus
Bakıya gətirilən yeni avtobus - Sputnik Azərbaycan, 1920, 14.06.2021
Abunə olmaq
Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar olaraq ictimai nəqliyyat planı hazırlanıb.

BAKI, 14 iyun — Sputnik. "15 İyun - Milli Qurtuluş Günü qeyri-iş günü və 20 iyun bazar günü olmasına baxmayaraq, Bakı şəhəri üzrə müntəzəm marşrut xətləri üzrə sərnişindaşımaları adi rejimdə yerinə yetiriləcək".

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.

O bildirib ki, xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

12, 15, 20 və 28 iyun tarixlərində Abşeron dairəvi dəmir yolu xəttində qatarlar isə qeyri-iş günlərində olduğu qrafikə uyğun hərəkət edəcək. Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) açıqlamasında deyilir.

Qeyd edək ki, ötən həftənin şənbə günü ictimai nəqliyyat işləyib. Bu barədə Nazirlər Kabinetinin qərarında qeyd olunub. Qərara əsasən, ötən həftəsonu ictimai nəqliyyata qadağa 13 iyun 00:00-dan 14 iyun 06:00-dək qüvvədə olub. Bundan başqa, futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar olaraq ictimai nəqliyyat planı hazırlanıb.

Müvafiq dövlət qurumları ilə koordinasiyalı hazırlanan plana uyğun olaraq bilet alan azarkeşlərin Bakı Olimpiya Stadionuna və geriyə daşınması üçün ekspres marşrut xətləri təşkil ediləcək.

Xəbər lenti
0