AZAL təyyarəsi, arxiv şəkli

AZAL sərnişindaşıma ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib

19
(Yenilənib 17:23 11.06.2021)
Aviaşirkətin tələblərinə əsasən, 1 yaşdan 18 yaşadək şəxslərin COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən arayışı təqdim etməsi kifayətdir. 1 yaşdan aşağı olan uşaqlar üçün isə belə sənədlər tələb olunmur.

BAKI, 11 iyun — Sputnik. Epidemioloji vəziyyətin yaxşılaşması və koronavirusa qarşı fəal peyvəndləmə tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, Azərbaycan, karantindən azad sərhədlərin açılması, maksimal səviyyədə təhlükəsiz səyahətin təmin olunması, turizm sənayesinin və beynəlxalq aviadaşımaların bərpasına yönəldilmiş qlobal təşəbbüsə mərhələli şəkildə qoşulur.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin açıqlamasında bildirilir.

Aviaşirkət bu baxımdan, sərnişinlərə ümumi məlumatı və tez-tez verilən sualların cavablarını təqdim edib.

1. Azərbaycan ərazisinə hava nəqliyyatı ilə hansı şəxslər və hansı şərtlərlə daxil ola bilər?

- Epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edildiyini nəzərə alaraq Azərbaycan 2020-ci ilin mart ayından Rusiya və Türkiyə vətəndaşlarının hava yolu ilə girişinə tətbiq edilən məhdudiyyətləri 10 iyun 2021-ci il tarixdən ləğv edib. Əvvəllər ölkə ərazisinə giriş yalnız Azərbaycan vətəndaşları, onların birbaşa qohumları Azərbaycanda işləmək və yaşamaq hüququ olan şəxslər üçün mümkün idi. Yeni qaydalara əsasən, yuxarıda qeyd olunan ölkələrin vətəndaşları hava yolu ilə Azərbaycana daxil ola bilərlər, bu zaman yaşı 18-dən yuxarı olan şəxslər uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19-a dair PCR testin mənfi nəticəsini təsdiq edən arayışı, həmçinin tam peyvəndləmə və ya COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənədi (sertifikat) təqdim etməlidirlər. Sertifikatda onun həqiqiliyini təsdiq edən elektron təsdiqləmə atributları (məsələn, QR-kod) olmalıdır. Testin nəticəsində belə atributların olması məcburi deyil, lakin rəsmi prosedurlardan keçidin sürətləndirilməsi üçün arzuediləndir.

Sənədlər yola düşmə hava limanında qeydiyyat zamanı yoxlanılacaq. 1 yaşdan 18 yaşadək şəxslərin COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən arayışı təqdim etməsi kifayətdir. 1 yaşdan aşağı olan uşaqlar üçün isə belə sənədlər tələb olunmur.

2. Azərbaycan vətəndaşları ölkə ərazisinə hansı şərtlərlə daxil ola bilərlər?

- Azərbaycan vətəndaşları, onların birbaşa qohumları (valideynlər, qardaş, bacı və ya övladlar), habelə Azərbaycanda işləmək və yaşamaq hüququ olan şəxslər uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etməklə hava nəqliyyatı ilə ölkəyə daxil ola bilərlər.

3. Azərbaycandan yola düşən vətəndaşlar arayış və ya COVID-19 pasportu təqdim etməlidirlərmi?

- Azərbaycandan yola düşən sərnişinlər yalnız təyinat ölkəsinə daxil olmaq üçün tələb olunan sənəd və arayışları təqdim etməlidirlər. Azərbaycan tərəfi yola düşən sərnişinlərdən arayış və ya COVID-19 pasportu tələb etmir, lakin təyinat ölkəsində bu sənədlər tələb olunduğu halda uçuşdan əvvəl qeydiyyat zamanı həmin sənədlər yoxlanacaq. Müxtəlif ölkələrin tələblərinə dair aktual məlumatla müvafiq diplomatik qurumların rəsmi saytlarında tanış olmaq tövsiyə olunur.

4. Daxili reyslərin sərnişinlərindən COVID-19-a dair PCR testindən keçmək tələb olunurmu?

- Xeyr, daxili reyslərin sərnişinlərindən COVID-19-a dair PCR testindən keçmək tələbi ləğv edilib. Eyni zamanda, daxili reyslərdən istifadə edən və Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn bütün sərnişinlərdən PCR testi götürüləcək.

5. Azərbaycana hava nəqliyyatı ilə gələn sərnişinlərə hansı özünütəcrid tədbirləri şamil olunur?

- Ölkəyə gəldikdən sonra iki həftəlik məcburi özünütəcrid tələbinə riayət olunması ləğv edilir. Lakin ölkəyə gələn insanlar, bununla belə, ictimai və izdihamlı yerlərdə sosial məsafənin qorunmasını və bütün sanitar-epidemioloji qaydalara riayət etməli olduqlarını unutmamalıdırlar.

6. Aviaşirkətiniz tərəfindən yerinə yetirilən reyslərdə əl yükünün daşınması ilə bağlı hansı qaydalar tətbiq edilir?

- Azərbaycanın milli aviadaşıyıcısı AZAL və "Buta Airways" aşağıbüdcəli aviaşirkəti pandemiyadan əvvəl qüvvədə olan əl yükünün daşınması qaydalarını bərpa edir. "Azərbaycan Hava Yolları"nın reyslərində 10 kq-a qədər çəkidə əl yükünün daşınmasına yenidən icazə verilir. "Buta Airways" reyslərində sərnişin, daşınmasına icazə verilən əl yükü əşyalarına əlavə olaraq, ödənişsiz əl yükü qismində istənilən əşya (bel çantası, idman çantası və s.) götürə bilər (ölçülər üç ölçünün cəmi üzrə 75 sm-dən çox olmamalıdır - 30x35x10 sm).

Qaydalarda dəyişiklik

Qeyd edək ki, Nazirlər Kabineti iyunun 11-də "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar"da dəyişiklik edib. Həmin dəyişikliklərdən birində qeyd olunub ki, Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənir.

İyunun 10-dan etibarən isə hava nəqliyyatı vasitəsilə Rusiya Federasiyasının və Türkiyə Respublikasının vətəndaşlarının Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir. "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar"ın təsdiq edilməsi barədə" 2020-ci il 11 iyun tarixli 199 nömrəli və "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli 336 nömrəli qərarlarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd olmayan hissədə öz qüvvəsini saxlayır.

19
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il

Azərbaycan Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalanıb

2183
(Yenilənib 17:20 15.06.2021)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri iki gün çəkəcək. Səfər çərçivəsində iki ölkə arasında mühüm müqavilənin imzalanması gözlənilir.

BAKI, 15 iyun - Sputnik. İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşündən sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” imzalanıb.

Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsini prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan imzalayıblar.

***

15:34

Ali qonağın Şuşada rəsmi qarşılanma mərasimi olub

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Şuşada rəsmi qarşılanma mərasimi olub.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

  • Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il
    © Official website of President of Azerbaijan Republic
  • Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il
    © Official website of President of Azerbaijan Republic
1 / 3
© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada görüşü, 15 iyun 2021-ci il

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və birinci xanım Əminə Ərdoğanı qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.

Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

--------

13:24

İyunun 15-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa şəhərinə yola düşüb.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşılayıb.

© Official website of President of Azerbaijan Republic
Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Füzulidə görüş

--------

13:09

Azərbaycana rəsmi səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya gedir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Twitter hesabından məlumat verib.

"NATO sammitinin ardından Azərbaycanın tarix və mədəniyyət paytaxtı Şuşaya gedirik. Qarabağ zəfərini taclandıran bu ziyarət Türkiyə-Azərbaycan bağlarını daha da gücləndirəcək və dərinləşdirəcək. Qafqazın tarixi inanc, əzm və cəsarətlə yenidən yazılır", - İ.Kalın qeyd edib.

Şuşada Azərbaycan və Türkiyə dövlət başçılarının təkbətək görüşü, sonra isə Ərdoğanın sözlərinə görə, iki ölkə arasında ən böyük razılaşmanın imzalanması nəzərdə tutulur. Sonra isə KİV-in məlumatına görə, prezidentlər birgə mətbuat konfransı keçirəcəklər. 

Bundan sonra Ərdoğan Şuşada gəzintiyə çıxacaq. 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində Milli Məclisdə çıxış edəcəyi də gözlənilir. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında millət vəkili Fazil Mustafa bildirib.

--------

08:02

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

© Photo : AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri zamanı

Sputnik Azərbaycan xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

© Photo : AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri zamanı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

2183

Lənkərana böyük futbolun qayıtması

3
(Yenilənib 16:11 14.06.2021)
Lənkəranlı azarkeşlər Sputnik Azərbaycan-ın “Lənkərana böyük futbolun qayıdışı və ya "Xəzər Lənkəran"ın bərpası” ilə bağlı sualını cavablandırıblar. Ətraflı videomuzda

 

Lənkəran hər zaman futbolu ilə tanınan şəhərlərdən olub. Lakin artıq 5 ildir ki, Lənkəranda böyük futbol dayanıb. Öz çılğın azarkeşləri ilə məşhur olan "Xəzər Lənkəran" Mərkəzi Stadionu isə böyük oyunların qayıdışını gözləyir.

Azarkeşlər müsahibələrində bildiriblər ki, əsas məsələ bu gün lənkəranlı gənclərin asudə vaxtının səmərəli təşkili üçün Lənkərana böyük futbolun qayıtmasıdır.

"Xəzər Lənkəran" Futbol Klubunun əsas komandası fəaliyyətini dayandırdıqdan sonra “Fırtınalar Meydanı” və ya “Xəzər Lənkəran" Mərkəzi Stadionu tam 5 ildir ki, azarkeşsiz və böyük oyunlarsız qalıb. Onlar futbolun dirçəlməsini istəyirlər və buna ümid edirlər.

 

3