Rusiya istehsalçıları Azərbaycana nə gətiriblər – ilk offlayn sərgidən reportaj

© Sputnik / Murad Orujov14-я Азербайджанская международная сельскохозяйственная выставка Caspian Agro-2021 и 26-я Азербайджанская международная выставка пищевой промышленности InterFood Azerbaijan-2021
14-я Азербайджанская международная сельскохозяйственная выставка Caspian Agro-2021 и 26-я Азербайджанская международная выставка пищевой промышленности InterFood Azerbaijan-2021 - Sputnik Azərbaycan, 1920, 11.06.2021
Abunə olmaq
Rusiya şirkətləri Bakıda keçirilən kənd təsərrüfatı və qida sənayesi sərgilərində geniş təmsil olunur. Sputnik Azərbaycan sərgidəki Rusiya və Belarus stendlərində hansı məhsulların nümayiş etdirildiyindən söhbət açır.

BAKI, 11 iyun — Sputnik. Koronavirus pandemiyası başlayandan bəri Bakıda ilk dəfə beynəlxalq tədbir – 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgiləri baş tutub. Sərgilərdə Azərbaycan, Türkiyə, Rusiya, Əfqanıstan, Belarus, Belçika və başqa ölkələr də daxil olmaqla, 28 dövlətdən 200-dən çox şirkət iştirak edir.

Hər zaman olduğu kimi bu dəfə də Rusiya şirkətlərinin stendləri sərgi iştirakçılarının diqqətini cəlb edib. Azərbaycanlıların Rusiya məhsullarına marağını nəzərə alsaq, bu, heç də təəccüblü deyil.

Rusiya şirkətləri Azərbaycan bazarına hansı məhsullarla gəliblər və əməkdaşlığın genişləndirilməsi ilə bağlı nə planları var? Sputnik Azərbaycan-ın müxbiri stendləri gəzərək bu suallara cavab axtarıb.

Pandemiya biznesi pozmayıb, təkan verib

Koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan karantin rejimi Moskva şirkətlərinin Azərbaycana məhsul ixrac etməsinə mənfi təsir göstərməyib, əksinə ixracın genişlənməsinə səbəb olub – bunu Moskva Şəhər İnvestisiya və Sənaye Siyasəti Departamentinin Müştəri əlaqələri şöbəsinin müdir müavini Alekandr Protapçuk bildirib.

"Pandemiya ilə əlaqədar məhdudiyyətlər və çətinliklər olmadı, şirkətlər əvvəlki kimi öz məhsullarını satırlar. Yalnız Rusiya daxilində istehsal prosesi ilə əlaqədar müəyyən çətinliklərdən söhbət gedə bilər. Təcrübə və bazar göstərir ki, şirkətlər hətta ixracat prosesini genişləndirməyə də nail olublar. Məsələn, yeyinti sənayesi və sağlam qidalanma üzrə məhsulların ixracında artım olub", – deyə Protapçuk vurğulayıb.

© Sputnik / Murad Orujov"Bakı Ekspo Mərkəzi"ndə ziyarətçi Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgisində Moskva hökumətinin stendinin qarşısında
Rusiya istehsalçıları Azərbaycana nə gətiriblər – ilk offlayn sərgidən reportaj - Sputnik Azərbaycan, 1920, 11.06.2021
"Bakı Ekspo Mərkəzi"ndə ziyarətçi Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgisində Moskva hökumətinin stendinin qarşısında

Onun sözlərinə görə, Azərbaycanda alıcılıq qabiliyyəti yüksək olduğundan, Moskva şirkətləri bu bazara maraq göstərirlər.

"Biz bu sərgiyə hələ keçən ildən hazırlaşırdıq, ancaq pandemiyaya görə təxirə salındı. Keçən il tədbiri onlayn formatda keçirmək məcbiriyyətində qaldıq. İlk belə tədbirlərdən biri Azərbaycanda baş tutdu. Tədbirdən sonra başa düşdük ki, Azərbaycana gəlib bu ölkə bazarında Moskva şirkətlərinin iştirakını artırmalıyıq", – deyə həmsöhbətimiz Sputnik Azərbaycan-a bildirib.

Onun sözlərinə görə, sərgidə iştirak edən Moskva şirkətləri artıq Azərbaycan bazarında təmsil olunur. Eləcə də, sərgi çərçivəsində bir neçə ixrac müqaviləsinin imzalanması nəzərdə tutulur.

Əsas problem – logistikadır

Daha bir stend Rusiyanın Kirov vilayətində istehsal olunmuş məhsullara həsr olunmuşdu. Orada souslar, mayonezlər və müxtəlif konservləşdirilmiş məhsullar nümayiş etdirilirdi. Bu stenddə iştirak edən şirkətlər əvvəllər Azərbaycan bazarında təmsil olunmayıblar və ümid etdiklərini bildirirlər ki, öz məhsullarını azərbaycanlı istehlakçılara təqdim edə biləcəklər.

© Sputnik / Murad Orujov"Bakı Ekspo Mərkəzi"ndə Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgisində Rusiyanın Kirov vilayətinin stendi
Rusiya istehsalçıları Azərbaycana nə gətiriblər – ilk offlayn sərgidən reportaj - Sputnik Azərbaycan, 1920, 11.06.2021
"Bakı Ekspo Mərkəzi"ndə Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgisində Rusiyanın Kirov vilayətinin stendi

"Azərbaycanın istehlak mədəniyyəti Rusiya mədəniyyətinə yaxındır, çünki bu ölkə də vaxtilə SSRİ-nin tərkibində olub. Odur ki Rusiya şirkətlərinin ərzaq məhsulları hər zaman MDB ölkələrinin istehlakçılarının ağız dadına uyğun olur", – Kirov vilayətinin şirkətlərindən birinin nümayəndəsi vurğulayır.

Sputnik Azərbaycan-ın həmsöhbətinin fikrincə, bölgələrdən məhsul tədarükündə ən böyük problem logistika ilə bağlıdır. Çünki şəhər Moskvadan minlərlə kilometr uzaqda yerləşir.

"Malı birbaşa daşımaq mümkün deyil, belə logistika xidməti yoxdur. Ən optimal variant – məhsulları Moskvaya gətirib oradan tədarükçü şirkətlərin köməyi ilə konteyner və ya TIR-larla Azərbaycana çatdırmaqdır", – deyə sərgi iştirakçısı vurğulayır.

Rusiya şirkətlərinin Azərbaycan sərgilərində iştirakı çox vacibdir – səfir

Sərgini ziyarət edən Rusiya Federasiyasının Azərbaycandakı səfiri Mixail Boçarnikov qeyd edib ki, Rusiya şirkətlərinin Azərbaycanda keçirilən kənd təsərrüfatı və qida sənayesi sərgilərində müntəzəm iştirakı çox vacibdir.

"Koronavirusla əlaqədar müəyyən fasilə odu. Biz indi böyük məmnuniyyətlə bura üz tutmuşuq. Sərgidə məhsullarını təqdim edən nümayəndələrimiz azərbaycanlı tərəfdaşlarının bu məhsullara böyük maraq göstərdiklərini bildirirlər. Burada onların fermer fəaliyyəti, kənd təsərrüfatı ilə məşğul olan müxtəlif müəssisələri təmsil olunur. Bundan başqa, kənd təsərrüfatı üçün gübrə və müxtəlif kimyəvi məhsullar satan şirkətlər, eləcə də, kənd təsərrüfatı texnikası istehsalçısıları da var", – deyə səfir Sputnik Azərbaycan-a bildirib.

Boçarnikov onu da qeyd edib ki, "Rostelmaş" şirkəti Hacıqabul Sənaye Məhəlləsinin bazasında Azərbaycanda taxılbiçən kombaynların istehsalı üzrə böyük bir layihə həyata keçirir.

© Sputnik / Murad Orujov"Bakı Ekspo Mərkəzi"ndə Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgisində Rusiyanın "Rostelmaş" şirkətinin stendi
Rusiya istehsalçıları Azərbaycana nə gətiriblər – ilk offlayn sərgidən reportaj - Sputnik Azərbaycan, 1920, 11.06.2021
"Bakı Ekspo Mərkəzi"ndə Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgisində Rusiyanın "Rostelmaş" şirkətinin stendi

"Biz ümid edirik ki, bu ilin payız aylarından etibarən Azərbaycan bazarında böyük tələbat olan ilk kombaynların yığılmasına və istehsalına başlanılacaq. Bunlar operatorlar üçün tamamilə yeni, yüksək texnologiyalı və rahat maşınlardır. Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimovun bu stendə böyük diqqət ayırması bizim üçün xoş oldu", – deyə səfir vurğulayıb.

Pandemiya biznesə yarayıb – belaruslu sahibkarlar belə düşünür

Belarusun Luninetski Süd Zavodunun rəhbəri Sergey Karpetsin fikrincə, COVID-19 pandemiyası qida məhsullarının, əsasən də, süd və süd məhsullarının istehsal və ixracını artırıb. Belə ki, məhdudiyyətlər olduğundan bütün dünyada insanlar əsasən evdə yemək yeyiblər.

"Süd və süd məhsulları istehsal edən Belarus şirkətləri onların satışı ilə bağlı problemlərlə qarşılaşmırlar, çünki bu ölkənin məhsulları yüksək keyfiyyəti ilə seçilir", – deyə o vurğulayıb.

© Sputnik / Murad Orujov"Bakı Ekspo Mərkəzi"ndə Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgisində Belarus süd şirkətinin stendi
Rusiya istehsalçıları Azərbaycana nə gətiriblər – ilk offlayn sərgidən reportaj - Sputnik Azərbaycan, 1920, 11.06.2021
"Bakı Ekspo Mərkəzi"ndə Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgisində Belarus süd şirkətinin stendi

"Biz sata biləcəyimizdən daha az məhsul istehsal edirik. Belarusun süd məhsullarına tələbat böyükdür. Problem yalnız ondadır ki, ölkədə kifayət qədər süd istehsal olunmur. Bununla belə, Belarus ölkənin südə olan tələbatını tamamilə ödəyir və başqa ölkələrə də süd məhsulları ixrac edir. Ancaq ixracın həcmi daha böyük ola bilərdi", – deyə Karpets qeyd edib.

Onun sözlərinə görə, zavodun məhsulları artıq on ildən çoxdur ki, Azərbaycan bazarında satışa çıxarılır. Hər ay Azərbaycan bazarına elə təkcə 100 ton Belarus yağı göndərilir.

Belarus istehsalçılarının problemlərinə də toxunan zavod nümayəndəsi vurğulayıb ki, ən böyük çətinlik onların məhsullarının qonşular tərəfindən imitasiya olunmasıdır.

© Sputnik / Murad Orujov"Bakı Ekspo Mərkəzi"ndə Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgisində Belarusun stendi
Rusiya istehsalçıları Azərbaycana nə gətiriblər – ilk offlayn sərgidən reportaj - Sputnik Azərbaycan, 1920, 11.06.2021
"Bakı Ekspo Mərkəzi"ndə Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro 2021" və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan 2021" sərgisində Belarusun stendi

"Qonşularımız vaxtaşırı bizim məhsulları imitasiya edirlər. Məsələn, "Belaya korova" brendi ukraynalı sahibkarlar tərəfindən saxtalaşdırılır. Məhsulun adı da dəyişdirilərək "Belarusskoe maslo" adlandırılıb. Ukraynada "Belaras məhsulu" markası altında fəaliyyət göstərən sahibkarlar var. Əsas problemimiz ondan ibarətdir ki, bizi bu yolla dəyərdən salırlar", - deyə Karpets vurğulayıb.

O, eləcə də şirkətin ixrac istiqamətlərini genişləndirməyi planlaşdırdığını və layihələrdən birinin də halal süd məhsullarının istehsalı ilə bağlı olduğunu vurğulayıb.

Xəbər lenti
0