“Azərxalça”nın Ağdam filialı Qarabağ xalçaçılıq məktəbi, arxiv şəkli

Milli Xalça Muzeyinin Şuşa filialının müdiri kim oldu?

8
(Yenilənib 16:34 11.06.2021)
Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" onun bilavasitə iştirakı ilə hazırlanıb.

BAKI, 11 iyun — Sputnik. "Azərxalça" ASC-nin yeni rəhbərliyi idarəçilik sistemini yeniləməkdə davam edir. Sputnik Azərbacan xəbər verir ki, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının müdiri Əlisafa Nuriyev "Azərxalça"nın istehsalat üzrə direktoru təyin edilib.

Qeyd edək ki, Əlisəfa Nuriyev 1984-cü ildə Novosibirsk Elektrotexniki Rabitə İnstitunun iqtisadiyyat fakültəsini bitirib və təyinatla uzun müddət Azərbaycan SSR Rabitə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 1990-cı ildə Azərbaycan SSR Plan Komitəsinin Nəqliyyat və Rabitə şöbəsinə rabitə üzrə baş mütəxəssis kimi dəvət olunub. Daha sonra həmin qurumda Makroiqtisadi balanslar şöbəsinin rəhbəri və idarə rəisinin müavini kimi çalışıb.

1995-ci ildə xalq rəssamı professor Kamil Əliyevin dəvəti ilə "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyində iqtisadiyyat və istehsalat şöbəsində çalışdıqdan sonra baş direktorun müavini vəzifəsini icra etməyə başlayıb. 1995-2005-ci illər ərzində "Azərxalça" Elmi Yaradıcılıq və İstehsalat Birliyində direktorun birinci müavini vəzifəsində çalışıb. 2005-2016-cı illər ərzində "Azərxalça" ASC elan olunanadək müəsissənin direktoru vəzifəsini icra edib.

Əlisəfa Nuriyev 2004-cü ildə "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" Qanunun hazırlanması və Parlamentdə qəbul olunması prosesində iştirak edib.

Həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı" onun bilavasitə iştirakı ilə hazırlanıb.

"Azərxalça" Elmi Yaradıcılıq və İstehsalat Birliyinin ləğv olunmasından müəyyən müddət sonra Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialının müdiri kimi çalışıb.

8
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənədi imzalayacaq

6
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bəzi məsələlərlə bağlı Azərbaycanla danışıqlar apardıqlarını təsdiqləyib.

BAKI, 23 iyun — Sputnik. Yaxın vaxtlarda Ermənistan və Rusiya arasında Rusiya sülhməramlılarının Basarkeçərdə (Geğarkunik) Zod-Xəzinavar ərazisində yerləşdirilməsinə dair razılıq əldə olunacaq. Bundan sonra Ermənistan hərbçiləri ön xətdən geri çəkiləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Qraparak" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, danışıqların aparılması barədə faktı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan da təsdiqləyib: "Azərbaycan tərəfi buna öz razılığını veribmi?" sualına cavab olaraq Davtyan bildirib: "Biz öz ərazimizlə bağlı Azərbaycandan heç nə soruşmamalıyıq. Lakin bəzi məsələlərlə bağlı onlarla da danışıqlar aparılır. Ehtiyac olduqda biz Rusiya ilə əməkdaşlıq edirik".

Nəşr, həmçinin iddia edib ki, Nikol Paşinyan yəqin ki, sentyabrda faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq müqaviləni imzalayacaq.

Xatırladaq ki, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

6
Annecy Beynəlxalq Animasiya Film Festivalı, arxiv şəkli

Fainanın sirri: Fransada Azərbaycanla bağlı tarixi hadisə yaşanır

13
(Yenilənib 12:41 23.06.2021)
IV "Anı̇mafı̇lm" Beynəlxalq Animasiya Festivalı oktyabrın 20-dən 24-dək Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək.

BAKI, 23 iyun — Sputnik. Azərbaycan dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın "Annecy" Beynəlxalq Animasiya Film Festivalında təmsil olunub. Festivalın 45-ci buraxılışı 5 gün davam edib.

Sputnik Azərbaycan xəbər verir ki, animasiya kinosunun "Oscar"ı sayılan "Annecy" festivalında Azərbaycanı "Animafilm"in direktoru Rəşid Ağamalıyev, 3-cü "Animafilm" festivalının qalibi Fidan Axundova və rejissor Durna Səfərova təmsil ediblər.

Fidan Axundovanın Fransaya səfəri və MIFA akkreditasiyası onun ötənilki "Animafilm" festivalının "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" mükafatını qazanması sayəsində mümkün olub. Xatırladaq ki, həmin mükafatın sponsorları məhz Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın Azərbaycandakı səfirliyi və "Annecy" Beynəlxalq Animasiya Film Festivalı olub.

"Bu tarixi hadisədir. Azərbaycan kinosunun tarixində ilk dəfə animasiya filmimiz "Annecy" Festivalında müsabiqə proqramında iştirak etdi. Durna Səvərovanın "Fainanın sirri" "Annecy"-nin "Perspectives" müsabiqə proqramında yarışdı. Onu da qeyd edim ki, "Animafilm" Festivalı artıq ikinci dəfədir ki, "Annecy"-nin MIFA animasiya bazarında təmsil olunur. Biz Azərbaycan və Fransa arasında çox önəmli animasiya proqramları hazırlamışıq. Bu barədə tezliklə geniş məlumat veriləcək", - deyə "Animafilm" Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev deyib.

Xatırladaq ki, 2021-ci ildə "Animafilm" Festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (IFA) tərəfdaşlığı və "Annecy" Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə mükafat təqdim edir. Bu kateqoriyada "Animafilm" festivalının qalibi 2022-ci ildə Fransada keçiriləcək "Annecy" Festivalına səyahət edəcək və MIFA adlı peşəkar akkreditasiya əldə edəcək. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək.

IV "Anı̇mafı̇lm" Beynəlxalq Animasiya Festivalı oktyabrın 20-dən 24-dək Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Builki festivalın mövzusu əlillik olacaq.

13