Bakı şəhərinə mənzərə, arxiv şəkli

Bakını heç vaxt belə görməmisiz

1515
(Yenilənib 02:16 10.06.2021)
XX əsrin əvvəllərində Bakı şəhəri ərazisində yaşıllıqların miqdarı ümumi ərazi ilə nisbətdə heç bir faiz də deyildi, indi isə bu nisbət çox dəyişib.

BAKI, 10 iyun — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi son günlər sosial şəbəkələrdə geniş yayılan və "Boz Bakı", "Ağacsız Bakı" başlığı ilə paylaşılan fotoya münasibət bildirib. Sputnik Azərbaycan-ın xəbərinə görə nazir müavini Vüqar Kərimov bildirib ki, sosial şəbəkələrdə yayılan şəkil çəkilən zaman şəhərin hansısa bir hissəsi götürülüb:

"Şəhərin mərkəzi hissələrində binaların sıx olması ilə yaşıllıqlar az görülə bilər. Növbəti dövrlərdə də nazirlik tərəfindən yaşıllıqların artırılması prioritet sahələrindən biridir. Bakı şəhəri və Abşeron rayonu yerləşdiyi mövqeyə görə yaşıllıqların az olduğu yarımsəhra ərazisidir.

Burada yaşıllıqların salınması, onlara qulluq məsələsi xüsusi diqqət tələb edir. XX əsrin əvvəllərində Bakı şəhəri ərazisində yaşıllıqların miqdarı ümumi ərazi ilə nisbətdə heç bir faiz də deyildi.

Hazırda həyətyanı sahələrdəki yaşıllıqları nəzərə alınmadan Bakı şəhərinin yeddi faizdən yuxarı hissəsi yaşıllıq ərazidir. Ümumiyyətlə, Azərbaycan meşə örtüyünün zənginliyi baxımından nisbətən zəif ölkələrdən sayılır. Ərazimizin cəmi 12 faizə yaxın hissəsi meşə örtüyü ilə əhatə olunub".

Nazir müavini qeyd edib ki, son illər yaşıllıqların miqdarı artırılıb:

"Bakı şəhərində parklar, yaşıllıqlar salınıb. Bir məsələni qeyd edim ki, Bakının Qaradağ ərazisi çox böyükdür, amma orada yaşıllıqların miqdarı 1,3 faizdir. Suraxanı, Xəzər rayonları yaşıllıqların miqdarı ən çox olan ərazidir. Yasamal və Səbail rayonu ərazisi balaca olsa da, yaşıllıqlar çoxdur.

Növbəti dövrlərdə Bakı şəhərində yaşıllıqların miqdarının daha da artırılması, 15 faizə kimi çatdırılması ilə bağlı planlar var və təkliflər hazırlanır. 2020-2025-ci illərdə Abşeron rayonu üzrə yaşıllıqların daha 5 min hektara artırılması ilə bağlı təkliflər işlənilir.

Burada hər şeyi dövlətdən gözləmək düzgün deyil. Özəl sektor da buna dəstək olmalıdır. Bakıda aqro bağların salınması yaşıllıqların artmasına gətirib çıxarır. Bu layihələr davam etdiriləcək".

Qeyd edək ki, dünən sosial şəbəkələrdə Bakının səmadan görüntüsü yayılmışdı. Həmin görüntüdə paytaxtın hündür binalardan ibarət olması, yaşıllıqların qalmadığı sosial platformada ciddi müzakirə mövzusuna çevrilmişdi.

1515
Kinolent, arxiv şəkli

Azərbaycanda yeni kino platforması fəaliyyətə başlayıb

5
(Yenilənib 08:48 18.06.2021)
Platformanın yaradılmasında məqsəd Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir.

BAKI, 18 iyun — Sputnik. "Narimanfilm" kinostudiyasının xaricdə yaşayan soydaşlarımız üçün xüsusi olaraq hazırladığı https://azcinemaonline.com/ internet kinoteatrı yenilənmiş platformada fəaliyyət göstərməyə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, platformanın yaradılmasında məqsəd digər ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini möhkəmləndirmək, onları mədəniyyət və kino sahəsində baş verən yeniliklərlə tanış etmək, Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir. Eyni zamanda, gənc kinematoqrafçılarımıza öz işlərini dünya izləyicilərinə təqdim etmək imkanı yaratmaq və Azərbaycan kinematoqrafçıları ilə digər ölkələrdən olan həmkarları arasında iş birliyinin qurulması üçün şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Burada Azərbaycan kinosunun inciləri ilə yanaşı, həmçinin ölkəmizin ərazisində xarici kinematoqrafçılar tərəfindən çəkilmiş filmlərlə tanış olmaq, onlara rəy bildirmək və kinotənqidçilərlə birlikdə müzakirələrə qoşulmaq mümkündür.

Platforma vasitəsilə ölkəmizin kino tarixi boyu yaradılmış müxtəlif bədii, sənədli və animasiya filmlərinin izlənməsi sayt istifadəçilərinə bir növ Azərbaycana açılan pəncərə olaraq gözəl Vətənimizi daha yaxşı tanımalarına imkan yaradır.

5

Zaxarova: "Minalı ərazilərin xəritələrinin verilməsi məsələlərinin həlli vacibdir"

39
(Yenilənib 08:47 18.06.2021)
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə Qarabağ, minalanmış sahələr barədə də danışıb.

BAKI, 18 iyun — Sputnik. “Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün vasitəçilik səylərini fəal şəkildə davam etdirir. Bakı və Yerevanla XİN, MN, sərhəd xidmətləri xəttilə yaxından təmaslarımız qurulub. Son həftədə gərginliyi azalda bilmişik”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən keçirdiyi həftəlik brifinqdə bildirib.

“Bu problemin davamlı və uzunmüddətli həlli üçün iki ölkə arasındakı sərhədin delimitasiyasını tez bir zamanda başlayıb, daha sonra demarkasiyasını həyata keçirməyin vacib olduğu qənaətindəyik. Bu işlərə dəstək verməyə hazır olduğumuzu bir daha bildiririk” – deyə rusiyalı rəsmi qeyd edib.

Lavrovla Şmidin danışıqları

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 21-də Moskvada ATƏT-in Baş katibi Helqa Şmidlə görüşəcək.

“Təhlükəsizliyin 3 istiqaməti – hərbi-siyasi, iqtisadi-ekoloji və insan hüquqları üzrə ATƏT-in fəaliyyətinin geniş spektrli məsələləri müzakirə ediləcək. Regional münaqişələrin həllində bu təşkilatın rolunun müzakirə edilməsi gözlənilir. Tərəflər Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı vəziyyət haqqında fikir mübadiləsi aparırlar. Rusiya ATƏT-in nüfuzunun və səmərəliliyinin artırılmasına tərəfdardır”, - M.Zaxarova qeyd edib.

Rusiyanın Bakı-Yerevan-Ankara dialoqlarına münasibəti

“Rusiya Bakı ilə Yerevan arasında, Yerevan və Ankara arasında dialoqların normallaşmasına yönələn addımları qətiyyətlə dəstəkləyir”.

“Cənubi Qafqazdakı qarşılıqlı münasibətlər regiondakı bütün ölkələr nəzərə alınmaqla və balanslı şəkildə, mehriban qonşuluq prinsipləri əsasında inkişaf etməlidir”, - o əlavə edib.

M.Zaxarova həmçinin Rusiyanın Azərbaycan tərəfinin iyunun 12-də 15 erməni hərbçini Ermənistana qaytarmasını alqışladığını da vurğulayıb: “Eyni zamanda, digər humanitar məsələlərin, o cümlədən də minaların təmizlənməsi və minalı ərazilərin xəritələrinin verilməsi ilə bağlı məsələlərin həll olunmasının vacib olduğunu düşünürük”.

 

39