Pandemiya zamanı imtahan

Növbəti buraxılış imtahanı vaxt olacaq? DİM-dən təzə xəbər

34
(Yenilənib 00:27 10.06.2021)
Bəyannamə ayrıca vərəqdə çap edilməli və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə verilməlidir.

BAKI, 9 iyun — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 16-sı və 17-də keçiriləcək buraxılış imtahanında iştirak edən şagirdlərə müraciət edib. Mərkəzdən Sputnik Azərbaycanbildirilib ki, iyunun 16-da Bakı şəhərinin Yasamal, Xəzər, Xətai rayonlarında, həmçinin Göygöl, Tovuz, Gədəbəy, Oğuz, Masallı (2-ci hissə), Beyləqan, Göyçay, Xaçmaz (2-ci hissə), Salyan rayonlarında, iyunun 17-də isə Bakı şəhərinin Binəqədi, Sabunçu, Pirallahı rayonlarında, həmçinin Samux, Şəmkir, Qax, Cəlilabad (2-ci hissə), Füzuli, Kürdəmir, Quba (2-ci hissə), Neftçala rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

İyunun 17-də Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis, fransız, gürcü dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri də imtahan verirlər.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=46 linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər. Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.

Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə "İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə"ni də çap edirlər. Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim edilməlidir.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin "Pop-up blocked" sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Qeydlər:

- Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər.

- Masallı, Xaçmaz, Cəlilabad və Qubada yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Bu hal yuxarıda müvafiq olaraq, "hissə"lərlə adlandırılıb və hiperlink qoyulub. Linkin üzərinə basdıqda qeyd olunan günlərdə hansı məktəblərin şagirlərinin imtahan verməsi haqqında məlumat açılır.

- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi növbəti buraxılış imtahanları keçirilib. 21 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verib. İmtahanlar 15 şəhər və rayonda keçirilib. 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. 4 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin də rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

34
Nikol Paşinyan, arxiv şəkli

Paşinyan Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənədi imzalayacaq

122
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan bəzi məsələlərlə bağlı Azərbaycanla danışıqlar apardıqlarını təsdiqləyib.

BAKI, 23 iyun — Sputnik. Yaxın vaxtlarda Ermənistan və Rusiya arasında Rusiya sülhməramlılarının Basarkeçərdə (Geğarkunik) Zod-Xəzinavar ərazisində yerləşdirilməsinə dair razılıq əldə olunacaq. Bundan sonra Ermənistan hərbçiləri ön xətdən geri çəkiləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Qraparak" nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, danışıqların aparılması barədə faktı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan da təsdiqləyib: "Azərbaycan tərəfi buna öz razılığını veribmi?" sualına cavab olaraq Davtyan bildirib: "Biz öz ərazimizlə bağlı Azərbaycandan heç nə soruşmamalıyıq. Lakin bəzi məsələlərlə bağlı onlarla da danışıqlar aparılır. Ehtiyac olduqda biz Rusiya ilə əməkdaşlıq edirik".

Nəşr, həmçinin iddia edib ki, Nikol Paşinyan yəqin ki, sentyabrda faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq müqaviləni imzalayacaq.

Xatırladaq ki, mayın 27-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qruplarının fəaliyyəti ilə bağlı daxil olan əməliyyat məlumatına əsasən diversiya qrupları saat 03:00 radələrində dövlət sərhədimizi keçib və ərazilərimizin daxilində minalama işlərini və digər təxribat əməllərini aparmağa cəhd göstərib. İlkin məlumata görə, qarşı tərəfin iki kəşfiyyat-diversiya qrupu dövlət sərhədimizi iki istiqamətdə keçib. Qrupların biri 9, digəri isə 15 hərbi qulluqçudan ibarət olub. Kəşfiyyat-diversiya qruplarının hərəkəti nəzarətə götürülüb. Ərazimizdəki təminat və digər keçid yollarında minalama fəaliyyəti həyata keçirərkən Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hər iki qrupuna qarşı dərhal əməliyyat tədbirləri görülüb.

Nəticədə düşmənin birinci kəşfiyyat-diversiya qrupundan 1-i zabit olmaqla 4, digərindən isə 2 hərbi qulluqçu, ümumilikdə 6 nəfər tərk-silah edilərək saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun saxlanıldığı ərazinin coğrafi koordinatları: 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu (N 40°09′06″; E 45°58′07″).

Digər erməni hərbi qulluqçuları ərazimizi dərhal tərk edərək geriyə çəkiliblər.

122
Annecy Beynəlxalq Animasiya Film Festivalı, arxiv şəkli

Fainanın sirri: Fransada Azərbaycanla bağlı tarixi hadisə yaşanır

37
(Yenilənib 12:41 23.06.2021)
IV "Anı̇mafı̇lm" Beynəlxalq Animasiya Festivalı oktyabrın 20-dən 24-dək Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək.

BAKI, 23 iyun — Sputnik. Azərbaycan dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın "Annecy" Beynəlxalq Animasiya Film Festivalında təmsil olunub. Festivalın 45-ci buraxılışı 5 gün davam edib.

Sputnik Azərbaycan xəbər verir ki, animasiya kinosunun "Oscar"ı sayılan "Annecy" festivalında Azərbaycanı "Animafilm"in direktoru Rəşid Ağamalıyev, 3-cü "Animafilm" festivalının qalibi Fidan Axundova və rejissor Durna Səfərova təmsil ediblər.

Fidan Axundovanın Fransaya səfəri və MIFA akkreditasiyası onun ötənilki "Animafilm" festivalının "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" mükafatını qazanması sayəsində mümkün olub. Xatırladaq ki, həmin mükafatın sponsorları məhz Azərbaycandakı Fransız İnstitutu (IFA), Fransanın Azərbaycandakı səfirliyi və "Annecy" Beynəlxalq Animasiya Film Festivalı olub.

"Bu tarixi hadisədir. Azərbaycan kinosunun tarixində ilk dəfə animasiya filmimiz "Annecy" Festivalında müsabiqə proqramında iştirak etdi. Durna Səvərovanın "Fainanın sirri" "Annecy"-nin "Perspectives" müsabiqə proqramında yarışdı. Onu da qeyd edim ki, "Animafilm" Festivalı artıq ikinci dəfədir ki, "Annecy"-nin MIFA animasiya bazarında təmsil olunur. Biz Azərbaycan və Fransa arasında çox önəmli animasiya proqramları hazırlamışıq. Bu barədə tezliklə geniş məlumat veriləcək", - deyə "Animafilm" Beynəlxalq Animasiya Festivalının direktoru Rəşid Ağamalıyev deyib.

Xatırladaq ki, 2021-ci ildə "Animafilm" Festivalı Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutunun (IFA) tərəfdaşlığı və "Annecy" Beynəlxalq Animasiya Film Festivalının dəstəyi ilə "Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi" kateqoriyası üzrə mükafat təqdim edir. Bu kateqoriyada "Animafilm" festivalının qalibi 2022-ci ildə Fransada keçiriləcək "Annecy" Festivalına səyahət edəcək və MIFA adlı peşəkar akkreditasiya əldə edəcək. Qalibin bütün səyahət və yaşayış xərcləri IFA tərəfindən ödəniləcək.

IV "Anı̇mafı̇lm" Beynəlxalq Animasiya Festivalı oktyabrın 20-dən 24-dək Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək. Builki festivalın mövzusu əlillik olacaq.

37