Təhsil Nazirliyində yeni təyinat

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidПорфель чиновника, фото из архива
Порфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.06.2021
Abunə olmaq
Bu vəzifənin icrası müvəqqəti olaraq nazirliyin informasiya şöbəsinin müdiri Elnur Əliyevə tapşırılmışdı, o da keçən ilin dekabr ayında vergilər nazirinin müşaviri təyin olunub.

BAKI, 9 iyun — Sputnik. Təhsil Nazirliyinə yeni aparat rəhbəri təyin olunub. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib. O, bildirib ki, Həsən Həsənli Nazirliyin yeni aparat rəhbəri təyin olunub.

Qeyd edək ki, 2021-ci il aprelin 30-da prezidentin sərəncamı ilə Təhsil nazirinin aparat rəhbəri Muxtar Məmmədov təhsil nazirinin müavini təyin olunub.

Xatırladaq ki, Təhsil Nazirliyinin Aparat rəhbəri vəzifəsi uzun müddətdir vakant idi. Bu vəzifənin icrası müvəqqəti olaraq nazirliyin informasiya şöbəsinin müdiri Elnur Əliyevə tapşırılmışdı. E.Əliyev isə keçən ilin dekabr ayında vergilər nazirinin müşaviri təyin olunub.

Xəbər lenti
0