Energetika sahəsində Azərbaycan-Britaniya əməkdaşlığı davam edəcək

© Sputnik / Murad OrujovМодернизация завода "Этилен-полиэтилен" в Сумгаите
Модернизация завода Этилен-полиэтилен в Сумгаите - Sputnik Azərbaycan, 1920, 09.06.2021
Abunə olmaq
Cari ilin may ayında fəaliyyətə başlamış Britaniya ticarət palatasının fəaliyyətinin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyəti vurğulanıb.

BAKI, 9 iyun — Sputnik. Energetika naziri Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Şarpla görüşüb.

Energetika Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, görüşdə ikitərəfli münasibətlər, energetika sahəsində mövcud əməkdaşlıq əlaqələri və gələcək perspektivlər istiqamətində müzakirələr aparılıb.

Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının protokolunun icrasının gedişi müzakirə edilib, protokolda nəzərdə tutulmuş tədbirlərin icrasının əlaqələndirilməsi işlərinin təşkili ətrafında fikir mübadiləsi aparılıb. Cari ilin may ayında fəaliyyətə başlamış Britaniya ticarət palatasının fəaliyyətinin iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyəti vurğulanıb.

© Photo : Ministry of Energy of AzerbaijanEnergetika naziri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib
Energetika sahəsində Azərbaycan-Britaniya əməkdaşlığı davam edəcək - Sputnik Azərbaycan, 1920, 09.06.2021
Energetika naziri Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib

Nazir iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyini, mövcud əməkdaşlığın qlobal enerji sektorunun çağırışlarına uyğun yeni inkişaf mərhələsinə daxil olduğunu bildirib. Energetika Nazirliyi ilə Birləşmiş Krallığın Beynəlxalq Ticarət Nazirliyi arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair imzalanmış anlaşma memorandumu, eyni zamanda, BP şirkəti ilə iri miqyasda karbonsuzlaşdırılmış, inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri sahəsində imzalanmış anlaşma memorandumu və Zəngilan/Cəbrayıl zonasında 240 meqavat gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair imzalanmış icra müqaviləsinə müvafiq olaraq atılacaq növbəti addımlar qeyd olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə edilib.

Qeyd edək ki, iyunun 3-də Energetika Nazirliyi və BP Zəngilan/Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair icra müqaviləsi imzalayıblar.

Bu sənəd işğaldan azad olunmuş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması, Azərbaycanın bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı strateji qərarı və 2030-cu ilədək karbon qazı emissiyalarını 35%-dək azaltmaq öhdəliyinin, BP-nin isə 2050-ci ilədək "xalis sıfır emissiya"lı şirkətə çevrilmək strategiyasının icrası çərçivəsində imzalanıb.

Energetika naziri Pərviz Şahbazov deyib: "Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi müasir inkişaf kursunda Qarabağın "yaşıl enerji" zonasına çevrilməsi mühüm yer tutur. Bu vəzifənin Azərbaycanın yeni sosial-iqtisadi inkişaf strategiyasının prioritetləri ilə vəhdətdə həyata keçirilməsi bərpa olunan enerji sahəsinə xarici investisiyanın cəlbi üçün geniş imkanlar yaradır. Karbohidrogen sektorunda uzunillik strateji tərəfdaşımız BP ilə imzaladığımız bu sənəd yaşıl enerji və karbonsuzlaşdırma üzrə əməkdaşlığımızda yeni bir səhifə açacaq. Ümid edirəm ki, qoyuluş gücü 240 MVt olan günəş enerjisi layihəsi üzrə BP ilə fəal işbirliyimiz Qarabağa xarici sərmayənin gətirilməsini təmin edəcək".

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: "Azərbaycan hökuməti ilə bu sazişi imzalamaqla biz öz müvafiq enerji keçidi hədəflərimizi dəstəkləyən bir imkana doğru birgə işimizdə irəli addım atmış oluruq. Azərbaycanda bizim otuz ilə yaxın enerji layihələrini təhlükəsiz və etibarlı şəkildə həyata keçirmək təcrübəmiz var. Düşünürük ki, günəş enerjisi layihəsi imkanı üzrə başladığımız birgə iş yeni bir tərəfdaşlıq sahəsinə yol aça bilər və bu yeni tərəfdaşlıq çərçivəsində BP Azərbaycanda enerji keçidinə mühüm töhfələr verə bilər".

İcra müqaviləsi çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir. Müvafiq fəaliyyətin həyata keçirilməsi məqsədilə "Rəhbər Komitə"nin yaradılması da nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci ilin fevral ayında Energetika Nazirliyi və BP şirkəti arasında iri miqyasda karbonsuzlaşdırılmış və inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın regionlarında və şəhərlərində bərpa olunan enerji layihələri üçün tələb olunan potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu da imzalanmışdı.

Xəbər lenti
0