Sirac Abışov və Məhərrəm İbrahimovun xatirəsinə anım guşəsi

Gürcüstanlı jurnalistlərdən azərbaycanlı həmkarlarının ölümü ilə bağlı jest

273
Gürcü jurnalistlər bildiriblər ki, Ermənistan silahlı qüvvələri 44 günlük müharibə nəticəsində azad olunmuş Azərbaycan ərazilərinin mina xəritələrini verməməklə humanitar norma və prinsipləri kobudcasına pozur, beynəlxalq insan haqlarını ayaqlar altına atır.

BAKI, 9 iyun — Sputnik. Gürcüstan Jurnalistlər Birliyi (GYB) azərbaycanlı həmkarlarının Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olması ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

GYB üzvlərinin BMT, Avropa Şurası, "Amnesty International", "Human Rights Watch" kimi beynəlxalq təşkilatlara ünvanlanan bəyanatında bildirilib ki, media nümayəndələri müharibə bölgəsində, eləcə də müharibənin başa çatdığı ərazilərdə işləmək, tərəfsiz və obyektiv məlumat yaymaq, münaqişə zonası ilə digər tərəflər arasında körpü olmaq kimi önəmli rola malikdir:

"Böyük təəssüf hissi ilə diqqətinizə çatdırırıq ki, Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının işğaldan azad olunmuş ərazilərdə xidməti vəzifələrini yerinə yetirən əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimov iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində minaya düşərək həlak olublar".

Gürcü jurnalistlər bildiriblər ki, Ermənistan silahlı qüvvələri 44 günlük müharibə nəticəsində azad olunmuş Azərbaycan ərazilərinin mina xəritələrini verməməklə humanitar norma və prinsipləri kobudcasına pozur, beynəlxalq insan haqlarını ayaqlar altına atır.

Bəyanat müəllifləri beynəlxalq ictimaiyyətin və jurnalist təşkilatlarının baş verənlərə həssaslıq göstərməsini tələb ediblər.

Qeyd edək ki, bəyanatı GYB sədri Manana Salukvadze, GYB üzvləri – Gürcüstanın media araşdırmalar mərkəzinin direktoru, Gürcüstanın əməkdar jurnalistləri Badri Naçkepiya, Teymur Beridze, Təhməz Təhməzov, Natiya İoseliyani, Gürcüstan televiziyasının sədri, Gürcüstanın əməkdar jurnalisti Tengiz Tixlava, "İmedi" televiziyasının şöbə müdiri, Gürcüstanın əməkdar jurnalisti Beka Oniani, Aztv-nin Gürcüstan təmsilçisi, Gürcüstanın əməkdar jurnalisti Şahismayıl Məmmədov, "Gürcüstan" qəzetinin baş redaktoru, Gürcüstanın əməkdar jurnalisti Xaləddin Yolçuyev və digərləri imzalayıblar.

273
 S7 Airlines aviaşirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Mahaçqaladan Bakıya birbaşa aviareys olacaq

61
S7 Airlines aviaşirkəti Dağıstan Respublikasından Azərbaycana ilk uçuşunu iyulun 4-də həyata keçirəcək.

 

BAKI, 19 iyun — Sputnik. İyulun 4-dən etibarən Mahaçqala ilə Bakını birbaşa aviareys bağlayacaq. Mahaçqala hava limanının mətbuat xidmətindən bildirildiyinə görə, biletlər artıq satışdadır.

Mahaçqaladan Bakıya ilk uçuş iyulun 4-ü Bakı vaxtı ilə 02:05-ə S7 Airlines aviaşirkətinin təyyarəsi ilə həyata keçirilməlidir.

Boeing 737-800 176 sərnişin tutur. Azərbaycan paytaxtına reyslər hər həftə şənbədən bazara keçən gecə həyata keçiriləcək.

Azərbaycana gələn bütün 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

S7 aviaşirkəti iyunun 15-dən Samaradan Bakıya aviareyslər həyata keçirir.

Həmçinin aviaşirkət iyunun 23-dən Krasnoyarsk-Bakı-Krasnoyarsk marşrutu üzrə uçuşlar həyata keçirəcəklər.

Azərbaycanda fvqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

61
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Yetkinlik yaşına çatmayan şəxsə qarşı quldurluq edənlər saxlanılıb

11
(Yenilənib 22:58 19.06.2021)
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

BAKI, 19 iyun - Sputnik. Paytaxtın Xətai rayonu ərazisində yetkinlik yaşına çatmayan bir nəfərə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən şəxs Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, M.Hadi küçəsində yerləşən restoranlardan birinin qarşısında iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb.

Daha sonra həmin şəxslər onu əllərində olan bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib mobil telefonunu tələb ediblər. Zərərçəkən telefonu onlara verəndən sonra həmin şəxslər hadisə yerindən qaçıblar.

Məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin və 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, həmin ünvanda zəruri əməliyyat-istintaq hərəkətləri icra edilib. Həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vasif Əliyev və İlham Həsənov saxlanılaraq istintaqa təqdim ediliblər. Hər iki şəxs ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Qeyd edək ki, zərərçəkənə məxsus mobil telefon saxlanılan şəxslərin üzərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

11