Şuşada üç tarixi məscid bərpa edilir

© Sputnik / Murad OrujovYuxarı Gövhar Ağa məscidi
Yuxarı Gövhar Ağa məscidi - Sputnik Azərbaycan, 1920, 09.06.2021
Abunə olmaq
Qeyd edək ki, təkcə Qarabağın və Azərbaycanın deyil, bütün Qafqazın gözəl guşələrindən biri olan Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb.

BAKI, 9 iyun — Sputnik. Heydər Əliyev Fondu Şuşada Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin bərpa-təmir işlərini aparır. Sputnik Azərbaycan xəbər verir ki, hər üç məscidin memarı Kərbəlayi Səfixan Qarabağidir və bu məscidlər ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.

Ermənistanın Şuşanı işğalda saxladığı dövrdə bir çox tarixi-mədəni abidələrlə yanaşı, bu məscidlər də vandalizmə məruz qalıb.

Посмотреть эту публикацию в Instagram

Публикация от Heydar Aliyev Foundation (@heydaraliyevfoundationofficial)

Yuxarı Gövhər ağa məscidinin interyeri məhv edilib, minarələrinin dekoru zədələnib, örtükləri və s. dağıdılıb. Sözügedən məscidin birinci mərhələdə bərpası başa çatıb, ikinci mərhələ üzrə bərpa işləri aparılır. Bu mərhələdə məscidin daşları ilkin layihəyə uyğun olaraq dəyişdirilir. Məscid ərazisində dağıdılmış mədrəsə də bərpa ediləcək. İşğal dövründə dağıntıya məruz qalan Aşağı Gövhər ağa məscidində isə xarici ekspertlərin iştirakı ilə qiymətləndirmə işləri aparılır. Saatlı məhəlləsində yerləşən tarixi Saatlı məscidi Şuşa şəhəri Ermənistan tərəfindən işğal olunduqdan sonra xarabalığa çevrilib, dağıntılara məruz qalıb. Ekspertlər hazırda həmin məsciddə də mövcud vəziyyəti araşdırır.

Qeyd edək ki, təkcə Qarabağın və Azərbaycanın deyil, bütün Qafqazın gözəl guşələrindən biri olan Şuşa şəhərində vaxtilə 17 məscid olub və mənfur düşmən onların hamısını dağıdıb. Üç məscid yarıdağıdılmış vəziyyətdə idi - Yuxarı və Aşağı Gövhər ağa və Saatlı məscidləri. Ötən ay Prezident İlham Əliyev onların təmiri ilə bağlı göstəriş verib.

Xəbər lenti
0