* AZƏRBAYCAN *
Ağstafa rayonunda Qaltan dərəsi

İstirahət günü hava necə olacaq?

471
Qarşıdakı bazar günü ölkənin əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir

BAKI, 5 iyun — Sputnik. Sabaha gözlənilən hava şəraiti barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə iyunun 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənın şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 25-28 dərəcə isti,Bakıda gecə 18-20 dərəcə isti, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, iyunun 06-da gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İyunun 6-da Azərbaycanın rayonlarında əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21 isti, gündüz 27-32 isti, dağlarda gecə 8-13 isti, gündüz 15-20 dərəcə isti olacaq.

471
Охотничье ружье, фото из архива

Lənkəranda qətl hadisəsi: İki nəfər öldürüldü

92
Lənkəranda axşam saatlarında qohumlar hələlik bilinməyən səbəblərdən bir-birilərini qanlarına qəltan ediblər.

BAKI, 23 iyun - Sputnik. Lənkəranda qohumlar arasında qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbriinin məlumatına əsasən, hadisə Havzava kəndində olub. 

Yerli sakin Seymur Sərraf oğlu Şirinov ov tüfəngi ilə öncə əmisi oğlu Elmar Sərdar oğlu Fərəcovu, sonra isə bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevi qətlə yetirib.

Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Hadisənin səbəbləri məlum deyil. Hazırda qətl hadisəsi araşdırılır.

 

92

Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başa çatıb - FOTO

4
(Yenilənib 23:30 23.06.2021)
Hərbi Dəniz Qüvvələrinin gəmiləri may ayının sonlarında Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən dəniz poliqonunda döyüş atışları icra etmişdi.

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlimlər başa çatıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər zamanı döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib. Qarşıya qoyulan məqsədə nail olunub və tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

  • Тактические учения Военно-морских сил (ВМС) Азербайджана
    © AR Ministry of Defence
  • Тактические учения Военно-морских сил (ВМС) Азербайджана
    © AR Ministry of Defence
  • Тактические учения Военно-морских сил (ВМС) Азербайджана
    © AR Ministry of Defence
  • Тактические учения Военно-морских сил (ВМС) Азербайджана
    © AR Ministry of Defence
1 / 4
© AR Ministry of Defence
Тактические учения Военно-морских сил (ВМС) Азербайджана

Yekunların təhlili zamanı HDQ-nin şəxsi heyətinin təlimlərdə iştirakı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

Hərbi Dəniz Qüvvələrinin bundan əvvəl keçirilmiş taktiki təlimləri 2020-ci ilin aprelində baş tutmuşdu.

4