Prezidentin köməkçisi dünya ictimaiyyətinə müraciət etdi

© Sputnik / Murad OrujovПомощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев
Помощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев - Sputnik Azərbaycan, 1920, 05.06.2021
Abunə olmaq
Hikmət Hacıyev: "Silahlı münaqişə bölgələrində təhlükəli peşə fəaliyyətini yerinə yetirən jurnalistlər, media mütəxəssisləri və əlaqəli işçi heyəti mülki şəxs sayılmalı, hörmət edilməli və qorunmalıdırlar"

BAKI, 5 iyun — Sputnik. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dünən Kəlbəcərdə KİV işçilərinin mina partlayışı nəticəsində həlak olmaları ilə bağlı tvitterdə paylaşım edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, prezidentin köməkçisi tvitində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1738 saylı qətnaməsindən sitat gətirərək dünya ictimaiyyətinə münaqişə bölgələrində fəaliyyət göstərən jurnalistlərin və media mütəxəssislərinin təhlükəsizliyinin təmin eliməsinin vacibliyi barədə xatırladıb.

"Bununla əlaqədar olaraq (Təhlükəsizlik Şurası – red.) xatırladır ki, silahlı münaqişə bölgələrində təhlükəli peşə fəaliyyətini yerinə yetirən jurnalistlər, media mütəxəssisləri və əlaqəli işçi heyəti mülki şəxs sayılmalı, hörmət edilməli və qorunmalıdırlar", - H.Hacıyevin qətnamədən paylaşdığı sitatda deyilir.

Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi iyunun 4-də səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin Susuzluq kəndi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Həmçinin oxuyun:

Mehriban Əliyeva jurnalistlərin ölümü haqda: "Çağırışlar heç bir nəticə vermədi"

İlham Əliyev və Mehriban Əliyeva jurnalistlərin həlak olması ilə bağlı başsağlığı verib

Xəbər lenti
0