Jurnalistlərin avtomobili minaya düşdü - üç nəfər həlak olub, dörd nəfər yaralanıb - VİDEO

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidPartlayış, arxiv şəkli
Partlayış, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.06.2021
Abunə olmaq
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!

"Ermənistanın silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun jurnalistlərin minaya düşməsi lə bağlı yaydığı bəyanatda deyilir.  

Bildirilir ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “Kamaz” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (Az TV telekanalının operatoru), Məhərrəm İbrahimov (Azərtac xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olmuş, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri almaqla xəstəxanaya yerləşdiriliblər.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunub. Məlumatda qeyd olunub ki, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb. Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

***

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və "Azərtac"ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu xəbəri AzTV-nin mətbuat xidmətinin əməkdaşı Nigar Etibar sosial şəbəkədəki hesabında paylaşıb.

Xəbərə görə, baş verən hadisə erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsidir:

""Azərbaycan Televiziya və Radio Verilişləri" QSC adından hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirik!"

Sputnik Azərbaycan-ın kollektivi olaraq həmkarlarımızın doğma və yaxınlarının acısını öz acımız kimi qəbul edir, kədərlərini bölüşürük. Həlak olanların doğma və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!  

AzTV-nin hadisə ilə bağlı yaydığı sujetdə bildirilib ki, hadisə Kəlbəcərin Susuzluq kəndinə gedən yolda qeydə alınıb.

Hadisə zamanı AzTV-nin rejissoru Emin Məmmədov, nəqliyyat vasitəsinin sürücüsü və kənd sakini yaralanıb.

Qeyd edək ki, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) istər hərbi əməliyyatların gedişi zamanı, istərsə də atəşkəs dövründə münaqişə bölgəsində xidməti vəzifələrini yetiriblər. 

Azərbaycan tərəfi dəfələrlə Ermənistan tərəfinə və beynəlxalq təşkilatlra minlanmış ərazilərin xəritəsini almaq üçün müraciət etsə də, Ermənistan birmənalı şəkildə həmin xəritələri verməkdən imtina edir. Nəticədə atəşkəs dövründə onlarla Azərbaycan vətəndaşı minaya düşərək həlak olub və yaxud yaralanıb. 

© Photo : Facebook / Azertac News Agency"Azərtac"ın əməkdaşı Məhərrəm İbrahimov
Jurnalistlərin avtomobili minaya düşdü - üç nəfər həlak olub, dörd nəfər yaralanıb - VİDEO - Sputnik Azərbaycan, 1920, 04.06.2021
"Azərtac"ın əməkdaşı Məhərrəm İbrahimov

Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən hələ də imtina edir

Prezident İlham Əliyev dəfələrlə bildirib ki, müharibə bitəndən sonra Ermənistan minalanmış ərazilərin xəritəsini verməkdən imtina edir. Bu da yüzlərlə insanın minaya düşərək həlak olmasına səbəb olur. Bu minaların təmizlənməsi çox vaxt aparır.

Bu yaxınlarda Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra Bakıda keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi məsələsinə münasibət bildirərkən deyib ki, "biz bütün humanitar məsələlərin, xüsusən də minalarla bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq".

"Bu məsələni Yerevanda müzakirə etmişik. Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu məsələni həll etmək lazım olduğunu anlayır. İlk addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyinə məlumat vermişəm. Ümid edirik ki, bu məsələnin həlli sürətlənəcək və onun tam həlli tapılacaq”, – S. Lavrov demişdi.

Həmçinin oxuyun: 

"Ermənistan minalanmış ərazilərin xəritəsi məsələsini həll etmək lazım olduğunu anlayır"

Əllərinə hansı mina düşübsə, basdırıblar: Füzulidə "məhsul yığımı"

Generalların tamahı bir-bir Qarabağda partlayır. Rusiya əl qoymasa...

Evimizə gedən yolu açmaq üçün həyatlarını təhlükəyə atanlar

"Ermənistanın ərazilərimizdə mina basdırmaq kimi təxribatlara əl atması yolverilməzdir"

Sahibə Qafarova: "Mina xəritələrinin verilməsi üçün Ermənistana təzyiq göstərilməlidir"

Dünyaya duyuruldu: Ermənistan minalanmış ərazilərin xəritələrini verməkdən imtina edir

Xəbər lenti
0