Yemək yeyən insanlar, arxiv şəkli

Bu restoran kafelərdə nöqsanlar aşkarlandı - Siyahı

303
AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib.

BAKI, 3 iyun — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) nəzarət tədbirləri çərçivəsində ötən gün ölkə üzrə 449 ictimai iaşə obyektində 781 monitorinq keçirib.

AQTA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, monitorinqlər zamanı 21 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov rayonu‎, Məsud Əlizadə 24 B ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Rüstəm Çapay oğluna məxsus "Wood House" restoranı;

2. Bakı şəhəri, Nərimanov rayonu‎, Məsud Əlizadə 47 C ünvanında yerləşən, fiziki şəxs Babayev Nadirə məxsus kafe;

3. Bakı şəhəri, Səbail rayonu, Əliyeva 3 ‎ ünvanında yerləşən, hüquqi şəxs "Simurg" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Second cup" restoranı;

4. Bakı şəhəri, Yasamal ‎rayonu, Moskva prospekti 47 ünvanında yerləşən, fiziki şəxs Bağırov Arif Nofəl oğluna məxsus "Saluonol lounge" kafesi;

5. Bakı şəhəri, Nəsimi ‎rayonu, Vurğun küçəsi 68 ünvanında yerləşən, hüquqi şəxs "Kobra" kiçik müəssisəsinə məxsus kafe;

6. Bakı şəhəri, Yasamal ‎rayonu, Cavid pr. A.Sultanova küç. kəsişməsində yerləşən, hüquqi şəxs "Reges Restaurant" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus restoran;

7. Bakı şəhəri, Nərimanov ‎rayonu, Əliyar Əliyev 1993-cü məhəllə, qeyri yaşayış sahəsində yerləşən, fiziki şəxs Əliyev Nazim Süleyman oğluna məxsus kafe;

8. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 94F,102D ünvanında yerləşən, fiziki şəxs Babayev Əkrəm Rəhim oğluna məxsus "Bazaar rooms" restoranı;

9. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zaqulba çimərlik ünvanında yerləşən, hüquqi şəxs "Alka" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus "Sea side" restoranı;

10. Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küç., dağüstü parkda yerləşən, fiziki şəxs Qasımov Vaqif Mikayıl oğluna məxsus kafe;

11. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan ŞTQ ünvanında yerləşən, fiziki şəxs Məmmmədov İlham Xanbala oğluna məxsus "Görüş" restoranı;

12. Bakı şəhəri, Səbail rayonu, Seymur Məmmədov 1 ünvanında yerləşən, fiziki şəxs Səmədov Emil Nadir oğluna məxsus kafe;

13. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən, fiziki şəxs Abuzərov Əhəd Abuzər oğluna məxsus "Ruzi" dönər evi;

14. Xaçmaz rayonu, H.Z.Tağıyev 35 A ünvanında yerləşən, fiziki şəxs Əlifxanov Fəxri Əlövsət oğluna məxsus kafe;

15. Ağstafa rayonu, M.Ə.Rəsulzadə ünvanında yerləşən, fiziki şəxs Abbasov Saqif Rəşid oğluna məxsus kafe;

16. Balakən rayonu, Z.Bünyadov küçəsində yerləşən, fiziki şəxs Soltanov İmran Əliəhməd oğluna məxsus kafe;

17. İsmayıllı rayonu, İsmayıllı-Qəbələ yolunda yerləşən, fiziki şəxs Quluzadə Daşqın Məhərrəm oğluna məxsus kafe;

18. Masallı rayonu, H.Əliyev prospektində yerləşən, fiziki şəxs Musayev Röyal Rəcəb oğluna məxsus kafe;

19. Cəlilabad rayonu, Göytəpə ünvanında yerləşən, fiziki şəxs Hüseynov Şahin Firudin oğluna məxsus kafe;

20. Beyləqan rayonu, Bolsulu ünvanında yerləşən, fiziki şəxs Şamirov İntiqam Müseyib oğluna məxsus çay evi;

21. Ucar rayonu, Qarabörk ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Famil Yaqub oğluna məxsus kafe.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

303
Politoloq Elşən Manafov

Politoloq: “Parlament üzvlərinin görüşü əlaqələrin dərinləşdirilməsinə töhfə verir”

4
(Yenilənib 09:52 18.06.2021)
Politoloq Elşən Manafov deyir ki, görüşlər hər iki tərəf üçün hüquqi dövlət quruculuğu prosesində müsbət mənada təsir edir
Elşən Manafov: “Bu görüşləri təbii bir prosesin hissəsi hesab edirəm”

Moskvada Azərbaycan Respublikası Milli Məclisinin və Rusiya Federasiyası Federal Şurasının ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyasının 15-ci iclası keçirilib.

Politoloq Elşən Manafov Sputnik Azərbaycan-a deyir ki, iki ölkənin parlament nümayəndələri arasında mütəmadi olaraq belə görüşlərin keçirilməsi ölkələr arası münasibətlər üçün faydalıdır: “Belə görüşlər iki ölkə arasındakı əlaqələrin dərinləşdirilməsinə töhfə verməklə yanaşı regional təhlükəsizliyin təmin dilməsinə də öz təsirini göstərir. Görüşlər parlament nümayəndələri üçün təcrübə mübadiləsi baxımından da önəmlidir. Görüşlər hər iki tərəf üçün hüquqi dövlət quruculuğu prosesində müsbət mənada töhfəsini verir. Bu görüşləri tamamilə təbii bir prosesin hissəsi hesab edirəm”.

Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

4
İranlı qadın bayraqlarla, arxiv şəkli

İranda prezident seçkisi keçirilir

10
(Yenilənib 09:57 18.06.2021)
İranlılar sayca 13-cü prezidentlərini seçəcəklər. Ölkənin 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfəri səsvermə hüququna malikdir.

BAKI, 18 iyun - Sputnik. Bu gün İranda prezident seçkisi keçirilir. Artıq əsas namizədlərdən biri - İbrahim Rəisi seçkidə səs verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Rəisi Tehranın cənubundakı Rey rayonunda, Ərşad məscidindəki məntəqədə səs verib.

"Ümid edirəm ki, seçki nəticəsində xalqın problemlərini həll edə biləcək hökumət formalaşdırılacaq", - Rəisi deyib və hər kəsi seçkidə iştiraka səsləyib.

İranda prezident seçkisi

İranlılar sayca 13-cü prezidentlərini seçəcəklər. Seçki məntəqələri yerli vaxtla saat 7:00-da açılıb. İctimai Rəyin Sorğusu üzrə Tələbə Mərkəzinin məlumatına görə, seçkiyə qatılmaq istəyənlərin 63%-i Rəisiyə səs verməyə hazırdır. Rəisinin digər rəqibi Qəbul edilən qərarların məqsədəuyğunluğu Şurasının katibi Möhsin Rezaiyə isə seçicilərin 9%-i etimad göstərir. Digər namizədlər parlament sədrinin müavini Əmirhüseyn Qazizadə Haşimi və keçmiş Mərkəzi Bank rəhbəri Əbdülnasir Himmətidir.

Seçkini işıqlandırmaq üçün İrana 38 ölkədən 226 beynəlxalq medianı təmsil edən 500 jurnalist səfər edib.

İranın 80 milyonluq əhalisinin 59 milyon 310 min 307 nəfəri səsvermə hüququna malikdir. Səsvermə hüququna malik olanlardan 29 milyon 980 min 38 nəfəri kişi, 29 milyon 330 min 269 nəfəri isə qadındır.

1 milyon 392 min 148 nəfər prezident seçkisində ilk dəfə səsvermədə iştirak edəcək.

10
Teqlər:
prezident seçkisi, İran