Si Cinpin, arxiv şəkli

Si Cinpin: Çin-Azərbaycan münasibətləri yeni tarixi mərhələnin astanasındadır

1967
(Yenilənib 20:57 02.06.2021)
Azərbaycan Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti olub.

BAKI, 2 iyun — Sputnik. İyunun 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon söhbəti olub.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçıları COVID-19 pandemiyası dövründə Azərbaycan və Çinin həqiqi dostluq nümayiş etdirərək, çətinliklərin öhdəsindən gəldiklərini və bir-birini dəstəklədiklərini məmnunluqla qeyd ediblər. Prezident İlham Əliyev COVID-19 pandemiyası ilə mübarizədə dəstəyə görə ÇXR Sədrinə təşəkkürünü bildirib.

Qeyd olunub ki, Azərbaycan və Çin siyasi, iqtisadi və nəqliyyat-logistika sahələrində uğurla əməkdaşlıq edirlər. Dövlətimizin başçısı Azərbaycanın Çinlə əlaqələri daha da möhkəmləndirməyə hazır olduğunu qeyd edib və Çin şirkətlərinin Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsini alqışlayıb.

Prezident İlham Əliyev Çin Kommunist Partiyasının yaranmasının 100 illiyi münasibətilə səmimi təbriklərini ÇXR Sədri Si Cinpinə çatdırıb.

Si Cinpin Çin-Azərbaycan münasibətlərinin yeni tarixi mərhələnin astanasında olduğunu vurğulayıb və bildirib ki, hər iki ölkə ənənəvi dostluğu inkişaf etdirir, əməkdaşlığı dərinləşdirir və qarşılıqlı dəstəyi artırır. ÇXR Sədri Azərbaycanın “Bir kəmər bir yol” təşəbbüsünün reallaşdırılması istiqamətində vacib tərəfdaş olduğunu və Çinin Azərbaycan xalqının seçdiyi inkişaf yolunu dəstəklədiyini vurğulayıb.

Dövlət başçıları qeyd ediblər ki, 2022-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi qeyd olunacaq və bu əlamətdar hadisə iki ölkə arasında əlaqələrin daha da inkişafına imkan yaradacaqdır.

Dövlət başçıları hər iki ölkənin “Bir kəmər bir yol” layihəsinin inkişafı çərçivəsində fəaliyyətlərin birgə əlaqələndirilməsinin və mövcud imkanlardan faydalanmağın əhəmiyyətinə toxunublar. Həmçinin iki ölkənin nəqliyyat və logistika sahəsində əməkdaşlığı dərinləşdirməsinin, Mərkəzi Asiya və Avropada nəqliyyat dəhlizlərinin yaradılmasını təşviq etməsinin zəruriliyi qeyd olunub.

Si Cinpin Çin şirkətlərinin Azərbaycana investisiya qoyuluşunu daha da təşviq etməyə, infrastruktur layihələri çərçivəsində əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını bildirib.

Söhbət əsnasında iki ölkənin hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq etmək üçün birgə səylər göstərməyə hazır olduğu qeyd edilib.

Dövlət başçıları qarşılıqlı olaraq ölkələrinin ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə ediblər.

Prezident İlham Əliyev 2022-ci ildə keçiriləcək Pekin Qış Olimpiya və Paralimpiya Oyunlarının təşkilində Çin Xalq Respublikasına müvəffəqiyyətlər arzulayıb.

1967
Kinolent, arxiv şəkli

Azərbaycanda yeni kino platforması fəaliyyətə başlayıb

4
(Yenilənib 08:48 18.06.2021)
Platformanın yaradılmasında məqsəd Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir.

BAKI, 18 iyun — Sputnik. "Narimanfilm" kinostudiyasının xaricdə yaşayan soydaşlarımız üçün xüsusi olaraq hazırladığı https://azcinemaonline.com/ internet kinoteatrı yenilənmiş platformada fəaliyyət göstərməyə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, platformanın yaradılmasında məqsəd digər ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini möhkəmləndirmək, onları mədəniyyət və kino sahəsində baş verən yeniliklərlə tanış etmək, Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir. Eyni zamanda, gənc kinematoqrafçılarımıza öz işlərini dünya izləyicilərinə təqdim etmək imkanı yaratmaq və Azərbaycan kinematoqrafçıları ilə digər ölkələrdən olan həmkarları arasında iş birliyinin qurulması üçün şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Burada Azərbaycan kinosunun inciləri ilə yanaşı, həmçinin ölkəmizin ərazisində xarici kinematoqrafçılar tərəfindən çəkilmiş filmlərlə tanış olmaq, onlara rəy bildirmək və kinotənqidçilərlə birlikdə müzakirələrə qoşulmaq mümkündür.

Platforma vasitəsilə ölkəmizin kino tarixi boyu yaradılmış müxtəlif bədii, sənədli və animasiya filmlərinin izlənməsi sayt istifadəçilərinə bir növ Azərbaycana açılan pəncərə olaraq gözəl Vətənimizi daha yaxşı tanımalarına imkan yaradır.

4

Zaxarova: "Minalı ərazilərin xəritələrinin verilməsi məsələlərinin həlli vacibdir"

12
(Yenilənib 08:47 18.06.2021)
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə Qarabağ, minalanmış sahələr barədə də danışıb.

BAKI, 18 iyun — Sputnik. “Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün vasitəçilik səylərini fəal şəkildə davam etdirir. Bakı və Yerevanla XİN, MN, sərhəd xidmətləri xəttilə yaxından təmaslarımız qurulub. Son həftədə gərginliyi azalda bilmişik”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən keçirdiyi həftəlik brifinqdə bildirib.

“Bu problemin davamlı və uzunmüddətli həlli üçün iki ölkə arasındakı sərhədin delimitasiyasını tez bir zamanda başlayıb, daha sonra demarkasiyasını həyata keçirməyin vacib olduğu qənaətindəyik. Bu işlərə dəstək verməyə hazır olduğumuzu bir daha bildiririk” – deyə rusiyalı rəsmi qeyd edib.

Lavrovla Şmidin danışıqları

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 21-də Moskvada ATƏT-in Baş katibi Helqa Şmidlə görüşəcək.

“Təhlükəsizliyin 3 istiqaməti – hərbi-siyasi, iqtisadi-ekoloji və insan hüquqları üzrə ATƏT-in fəaliyyətinin geniş spektrli məsələləri müzakirə ediləcək. Regional münaqişələrin həllində bu təşkilatın rolunun müzakirə edilməsi gözlənilir. Tərəflər Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı vəziyyət haqqında fikir mübadiləsi aparırlar. Rusiya ATƏT-in nüfuzunun və səmərəliliyinin artırılmasına tərəfdardır”, - M.Zaxarova qeyd edib.

Rusiyanın Bakı-Yerevan-Ankara dialoqlarına münasibəti

“Rusiya Bakı ilə Yerevan arasında, Yerevan və Ankara arasında dialoqların normallaşmasına yönələn addımları qətiyyətlə dəstəkləyir”.

“Cənubi Qafqazdakı qarşılıqlı münasibətlər regiondakı bütün ölkələr nəzərə alınmaqla və balanslı şəkildə, mehriban qonşuluq prinsipləri əsasında inkişaf etməlidir”, - o əlavə edib.

M.Zaxarova həmçinin Rusiyanın Azərbaycan tərəfinin iyunun 12-də 15 erməni hərbçini Ermənistana qaytarmasını alqışladığını da vurğulayıb: “Eyni zamanda, digər humanitar məsələlərin, o cümlədən də minaların təmizlənməsi və minalı ərazilərin xəritələrinin verilməsi ilə bağlı məsələlərin həll olunmasının vacib olduğunu düşünürük”.

 

12