Ölkədaxili uçuşlarda COVID-19-a dair test tələb olunmayacaq - Yeni qərar

© REUTERS / ANNEGRET HILSEТест на коронавирус, фото из архива
Тест на коронавирус, фото из архива - Sputnik Azərbaycan, 1920, 02.06.2021
Abunə olmaq
Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PZR test barədə arayış tələb olunmayacaq və ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən COVID-19-a dair PZR testlərin keçirilməsi məqsədilə yaxmalar götürüləcək.

BAKI, 2 iyun — Sputnik. Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə təsdiq edilmiş "Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar"da dəyişiklik edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən "Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PZR test barədə arayış tələb olunmayacaq və ölkədaxili uçuşlar vasitəsilə Heydər Əliyev Beynəlxalq Aeroportuna gələn sərnişinlərdən tibbi personal tərəfindən COVID-19-a dair PZR testlərin keçirilməsi məqsədilə yaxmalar götürüləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2020-ci il 11 iyun tarixli 199 nömrəli Qərarı ilə “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar” müəyyən edilib. Həmin qərara görə, uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən (PZR test) keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırlar.

Belə müayinə xərcləri sərnişinlərin özləri tərəfindən ödənilir.Azərbaycan Respublikasına uçuşları icra edən bütün aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində COVID-19 testindən (PZR) keçən, nəticələri neqativ olan sərnişinləri arayış əsasında uçuşa qəbul edir.

 

 

 

 

 

 

 

 

 

Xəbər lenti
0