SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ter-Petrosyan Paşinyanla debatlardan imtina etdi

© Sputnik / Mediabanka keçidПервый президент Армении Левон Тер-Петросян, фото из архива
Первый президент Армении Левон Тер-Петросян, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.06.2021
Abunə olmaq
Levon Ter-Petrosyan 1991-1998-ci illərdə Ermənistan prezidenti olub. Ermənistanın ilk prezidentidir. Robert Koçaryan isə 1998--2008-ci illərdə Ermənistan prezidenti olub.

BAKI, 1 iyun — Sputnik. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanla debatlardan imtina edib. Sputnik Ermənistan xəbər verir ki, bunu öz "Facebook" səhifəsində Ter-Petrosyanın mətbuat katibi Arman Musinyan bildirib.

Musinyanın sözlərinə görə, Ter-Petrosyanın ölkəni milli fəlakətə gətirən şəxslə danışacağı bir şey yoxdur.

Qeyd edək ki, daha əvvəl Paşinyan Ter-Petrosyan və Ermənistanın ikinci prezidenti Robert Koçaryana iyunun 18-i, parlament seçkilərinə iki gün qalmış Qarabağ mövzusu ilə bağlı İctimai Televiziyada debatlar keçirməyi təklif edib.

Robert Koçaryan hələlik Paşinyanın təklifinə rəsmi cavab verməyib.

Xatırladaq ki, İyunun 18-də Ermənistanda növbədənkənar parlament seçkiləri təyin olunub.

Levon Ter-Petrosyan 1991-1998-ci illərdə Ermənistan prezidenti olub. Ermənistanın ilk prezidentidir.

Robert Koçaryan 1998--2008-ci illərdə Ermənistan prezidenti olub. Ermənistanın ikinci prezidentidir.

Nikol Paşinyan 2018-2021-ci illərdə Ermənistanın baş naziri olub. 2021-ci ilin may ayından baş nazirin səlahiyyətlərini icra edir.

Xəbər lenti
0