"Lider TV" ötən gün son dəfə efirə çıxıb və bu gündən fəaliyyətini dayandırıb

© Photo : Facebook / Lider TV AzerbaijanЗдание Lider TV, фото из архива
Здание Lider TV, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.06.2021
Abunə olmaq
1 sentyabr 2000-ci il tarixində fəaliyyətə başlayan Azərbaycanın özəl telekanallarından biri 21 ildən sonra yayımını dayandırıb.

BAKI, 1 iyun - Sputnik. Bu gündən 21 ildir efirə çıxan "Lider TV"nin fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı qərar Milli Televiziya və Radio Şurasının (MTRŞ) mayın 24-də keçirilən iclasında elan olunub.

Qərara əsasən, şura "Lider TV və Radio-Azərbaycan" MMC-nin müflisləşməsinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunduğunu nəzərə alıb və MMC-yə ümumrespublika televiziya və radio yayımı üçün verilmiş 19 yanvar 2018-ci il tarixli, 169 qeydiyyat nömrəli lisenziyanın qüvvəsinə xitam verib.

Beləliklə, qərarla "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımının 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.

Lider TV — 1 sentyabr 2000-ci il tarixində fəaliyyətə başlayıb. Azərbaycanın özəl telekanallarından biri kimi fəaliyyət göstərib. 16 iyun 2020-ci ildə müflis elan edilib.

Həmçinin oxuyun: 

Azərbaycanda məşhur telekanalın yayımı dayandırıldı

Xəbər lenti
0