"Toyota Mirai" hidrogen yanacağı ilə məsafə qət etməkdə rekord vurub

© AP Photo / Shizuo KambayashiToyota Mirai
Toyota Mirai - Sputnik Azərbaycan, 1920, 01.06.2021
Abunə olmaq
Bütün marşrut boyu yanacaq sərfiyyatı orta hesabla hər 100 km-ə 0,55 kiloqram hidrogen təşkil edib. "Toyota" şirkətinin məlumatına görə, sürücülər qənaətcil sürmə üsulundan istifadə ediblər

BAKI, 1 iyun — Sputnik. Hidrogen əsaslı yanacaqla işləyən "Toyota Mirai" sedan avtomobili əlavə yanacaq doldurmadan uzaq məsafə qət etməkdə yeni dünya rekorduna imza atıb. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, Fransanın Luar, Şer, Endr və Luara departamentlərindəki yollarla hidrogen mühərrikli avtomobil üst-üstə 1000 km məsafə qət edib.

Avtomobilə uğur gətirən yürüş mayın 26-da olub. Belə ki, "Toyota Mirai" səhər saat 6 radələrində Parisin cənubundakı Orli kommunasında yerləşən HysetCo hidrogen doldurma stansiyasından (Toyota və Air Liquide şirkətlərinin vençur müəssisəsi) çıxaraq ümumilikdə 1003 km məsafə qət edib. Bu, digər hidrogen avtomobilinin - "Hyundai Nexo"nun analoji göstəricisindən 116 km, "Toyota Mirai"nin öz pasport göstəricisindən isə 353 km çoxdur. Qeyd edək ki, avtomobil həmin məsafəni qət edərkən dörd sürücü bir-birini əvəz edib.

Qeyd edək ki, sürücülər arasında Energy Observer şirkətinin banisi Viktoryen Erüssar da olub. Erüssar həmçinin hidrogen modulu ilə təchiz olunmuş eyni adlı katamaranın kapitanıdır. Bu eksperimental yaxtanın göyərtəsində iki külək generatoru, 130 kv/m günəş panelləri, hidrogen generasiyası üçün iki elektrik mühərriki, elektroliz aparatı və 62 kq hidrogen tutan balonlar quraşdırılıb.

Rekord yürüşü üçün katamaranda olduğu kimi, "Mirai" sedanının yanacaq çəninə də "yaşıl hidrogen" doldurulub. Onun generasiyası üçün elektrik enerjisi bərpa olunan mənbələrdən alınır ki, bu da tullantıların olmaması deməkdir.

Bütün marşrut boyu yanacaq sərfiyyatı orta hesabla hər 100 km-ə 0,55 kiloqram hidrogen təşkil edib. "Toyota" şirkətinin məlumatına görə, sürücülər qənaətcil sürmə üsulundan istifadə etməklə, aramla sürəti artırıb və dayanıblar. Bunun üçün adi avtomobil sürücülərinin sərəncamında olan hansısa xüsusi texnikadan istifadə olunmayıb.

"Toyota" haqqında daha bir maraqlı məlumat

Avstraliyanın "JMax Engineering" şirkəti "Toyota Land Cruiser 70" modelinin 2019-cu il buraxılışına maraqlı tüninq etmək qərarına gəlib. Mütəxəssislər həmin modelə əlavə iki təkər, 2 vinç və güc bamperləri əlavə edərək onu maraqlı pikapa çeviriblər. Hazırda yeni model yerli bazarda təqribən 190000 Avstraliya dollarına təklif olunur (təqribən 146 min manat).

Yeni avtomobilə üçüncü təkər oxunu əlavə etmək üçün mütəxəssislər standart "Land Cruiser 70"in gövdəsini uzatmalı olublar. Bundan əlavə, pikap ciddi yolsuzluq şəraiti üçün bir qədər gücləndirilib. Konkret olaraq yeni modelə iki əlavə vinç, JMax tipli amortizatorlar və güc bamperləri əlavə olunub, onsuz da iri olan görmə bucağı bir qədər də genişləndirilib.

6 təkərli yeni pikap V8tipli 4,5 litr həcmli, 205 at gücündə mühərriklə hərəkətə gətirilir ki, o da 5 pilləli, mexaniki sürətlər qutusuna qoşulub.

 

Xəbər lenti
0