Paytaxt sakinlərinin nəzərinə: Bu gün saat 06:00-da Bakı metrosu fəaliyyətini bərpa edir

© Photo : Mehherem MedzhidovВ Бакинском метро
В Бакинском метро - Sputnik Azərbaycan, 1920, 31.05.2021
Abunə olmaq
Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.

BAKI, 31 may - Sputnik. Bu gündən Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilir.

Sputnik Azərbaycan xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahı qərar qəbul edib.

Qərara əsasən, saat 06:00-dan metro sərnişinlərin istifadəsinə açıq olacaq.

Lakin həftə sonları - 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək, 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək, 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək, 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Məlumat üçün bildirək ki, metroda sərnişindaşıma fəaliyyəti ötən il oktyabrın 19-dan dayandırılmışdı.

Qeyd edək ki, koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanda xüsusi karantin rejiminin müddəti 1 avqust saat 06:00-dək uzadılıb.

Həmçinin oxuyun: 

Şəhər və rayonlarından yerüstü və hava nəqliyyatı ilə sərnişin daşımaları bərpa edilir

Xəbər lenti
0