Ukrayna xarici kəşfiyyat idarəsinin sabiq rəisi Misirdə dənizdə boğulub

© Sputnik / Anton Denisov / Mediabanka keçidЗарубежные страны: Египет
Зарубежные страны: Египет - Sputnik Azərbaycan, 1920, 30.05.2021
Abunə olmaq
V.Qvozdun məşqçisi Misir prokurorluğuna ifadəsində qeyd edib ki, mərhum dənizin 100 metr dərinliyinə dalmaq icazəsi verən sertifikata malik olub.

BAKI, 30 may - Sputnik. Misirin baş prokuroru Həmada əl-Savi Sinay yarımadasının cənubundakı Dahab qəsəbəsi sahillərində ukraynalı turistin dənizdə batması ilə bağlı açıqlama verib.

Sputnik Azərbaycan xəbər verir ki, həmin şəxsin Ukraynanın sabiq xarici kəşfiyyat idarəsinin rəhbəri Viktor Qvozd olduğu müəyyən edilib. Sabiq rəhbər Dahab xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

V.Qvozdun məşqçisi Misir prokurorluğuna ifadəsində qeyd edib ki, mərhum dənizin 100 metr dərinliyinə dalmaq icazəsi verən sertifikata malik olub.

Misirin baş prokuroru bildirib ki, sözügedən insidentdə cinayət tərkibi yoxdur. O, Ukrayna səfirliyinin nümayəndəsini istintaqın gedişi ilə tanış olmağa dəvət edib.

Xəbər lenti
0