Səbinə Əliyeva, arxiv şəkli

Ombudsman: Erməni uşaqlar Azərbaycana qarşı işğalçılıq ruhunda tərbiyə edilir

395
(Yenilənib 14:41 30.05.2021)
"Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinin 2-ci bəndinə görə, yetkinlik yaşına çatmayanların hərbi əməliyyatlara cəlb olunması qadağandır", - Azərbaycanın Ombudsman Aparatının yaydığı məlumatda qeyd edilir.

BAKI, 30 may - Sputnik. Ermənistan Azərbaycana qarşı hərbi əməliyyatlarda və təxribatlarda uşaqlardan istifadə etməklə kifayətlənmir, eyni zamanda onları bu ruhda tərbiyə edir.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ombudsman Aparatının paylaşdığı videoda bildirilir. Orada qeyd olunur ki, erməni uşaqlarının kiçik yaşlardan işğalçılıq, digər millətlərə qarşı dözümsüzlük ruhunda, aqressiv formada tərbiyə olunmasının daha bir sübutudur.

"Uşaq Hüquqları Konvensiyasının 38-ci maddəsinə əsasən, iştirakçı dövlətlər silahlı münaqişələr zamanı onlara tətbiq edilən və uşaqlara aidiyyəti olan beynəlxalq humanitar hüquq normalarına hörmət bəsləməyi və onlara əməl olunmasını təmin etməyi öhdələrinə götürürlər. Həmin maddənin 2-ci bəndinə görə, yetkinlik yaşına çatmayanların hərbi əməliyyatlara cəlb olunması qadağandır", - Azərbaycanın Ombudsman Aparatının yaydığı məlumatda qeyd edilir.

Azərbaycan Ombudsmanı qeyd edib ki, bu və ya digər faktlar barədə insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar mütəmadi olaraq onlar tərəfindən məlumatlandırılır. 

395
Vladimir Putin

Bunlar dünya üçün təhdiddir Putin siyahını açıqladı

17
(Yenilənib 11:49 23.06.2021)
Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizliyin əsas suallarına cavab tapmaq üçün müdafiə idarələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət mütəxəssislərini bir araya gətirən illik forumdur.

BAKI, 23 iyun — Sputnik. Rusiya Prezidenti Vladimir Putin dünyada təhlükəsizlik üçün təhdidləri açıqlayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, Putin kütləvi qırğın silahlarının yayılması risklərini, beynəlxalq kriminal, kibercinayətkarlıq və terrorizmi dünyaya təhdid adlandırıb.

"Regionda silahlı münaqişələr, kütləvi qırğın silahlarının yayılması riskləri, transsərhəd kriminal qruplaşmaların, narkobiznes və kibercinayətkarlığın aktivliyi ciddi narahatlıq doğurur. Beynəlxalq terrorizm hələ də əsas təhdid olaraq qalır." - deyə Putin IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı iştirakçılarına müraciətində bildirib.

O, həmçinin bildirib ki, Rusiya öz xalqı üçün sülh və sabitliyi təmin etmək məqsədilə hər şeyi edəcək, öz Silahlı Qüvvələrini təkmilləşdirəcək, diplomatiyanın imkanlarından istifadə edəcək və bütün maraqlı tərəfdaşlarla dialoq aparacaq.

Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizliyin əsas suallarına cavab tapmaq üçün müdafiə idarələri, beynəlxalq təşkilatlar və qeyri-hökumət mütəxəssislərini bir araya gətirən illik forumdur.

Konfransdakı müzakirələr nəinki müxtəlif ölkələrin mövqelərini daha yaxşı anlamağa, həm də beynəlxalq hərbi əməkdaşlığın perspektivli sahələrini müəyyənləşdirməyə imkan verir.

İlk dəfə beynəlxalq konfrans 2012-ci il 3-4 may tarixlərində keçirilib və "Yeni təhlükəsizlik məkanının formalaşmasında raket əleyhinə müdafiə amili" mövzusuna həsr edilib.

17
Enerji içki, arxiv şəkli

Nazirlik enerji içkiləri ilə bağlı qaldırıb

47
İstehlakçılarda həmin məhsulların enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib.

BAKI, 23 iyun — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti enerji içkiləri bazarında haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə araşdırmaları davam etdirir. Bu barədə Sputnik Azərbaycan-a qurumdan bildirilib.

Araşdırmaların ilkin nəticələrinə görə, "Avrora" MMC-nin istehsal etdiyi "BİZON energy" markalı spirtsiz içkilərin üzərində "ENERGY" və "CHARGE YOUR POWER" sözlərindən istifadə olunması ilə istehlakçılarda həmin məhsulun enerji içkisi olması təəssüratının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib. Dövlət Xidməti şirkət barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırıb.

"Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları"na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə, yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

İstehlak bazarında haqsız rəqabət hallarının və istehlakçıların mənafeyinə mənfi təsir göstərə biləcək hərəkətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, 2020-ci ilin yanvar ayının 1-dən Azərbaycanda "Enerji içkilərinə dair müvəqqəti sanitariya normalari və qaydaları" qüvvəyə minib.

Həmin qaydalara görə, enerji içkilərinin etiketlərində mütləq "enerji içkisi", "tərkibində GMO yoxdur", "Alkoqol ilə qarışdırılaraq və ya birlikdə istifadə edilməməlidir", "18 yaşdan aşağı şəxslərə satışı qadağandır", "Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur", "Gündəlik olaraq 500 ml-dən çox istifadə olunması tövsiyə edilmir" yazıları qeyd edilməlidir.

47