İlham Əliyev Türkiyədən olan ali qonaqları qəbul edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan, 1920, 30.05.2021
Abunə olmaq
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, prokurorluq orqanlarının həyata keçirdiyi əməkdaşlığın bu münasibətlərin inkişafı baxımından önəmi qeyd olunub.

BAKI, 30 may - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 30-da Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahini qəbul edib.

Sputnik Azərbaycan Prezidentin saytına istinadla xəbər verir ki, Ali Məhkəmənin Baş prokuroru Bəkir Şahin Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyə Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, prokurorluq orqanlarının həyata keçirdiyi əməkdaşlığın bu münasibətlərin inkişafı baxımından önəmi qeyd olunub.

Söhbət zamanı Türkiyənin bu sahədəki təcrübəsinə toxunulub, Azərbaycanda prokurorluq sahəsində aparılan islahatlardan danışılıb.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev mayın 30-da həmçinin Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


 

 

 

 

Xəbər lenti
0