“Azərbaycan nağılları” kitabı holland dilində

Niderlandlı uşaqlar "Azərbaycan nağılları"nı öz dillərində oxuya biləcəklər

12
(Yenilənib 21:40 28.05.2021)
Nağıllarımızın Azərbaycan dilindən holland dilinə tərcüməsi, onlara rəngli milli koloritdə illüstrasiyaların hazırlanması və nağıllar toplusunun nəşriyyatda çap edilməsinə bu ölkədəki Azərbaycan və türk icmalarının nümayəndələri cəlb edilib.

BAKI, 28 may — Sputnik. Niderland Krallığında "Azərbaycan nağılları" kitabı holland dilində işıq üzü görüb.

Sputnik Azərbaycan xəbər verir ki, kitab Azərbaycanın Niderland Krallığındakı Səfirliyinin təşəbbüsü, təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gəlib. Nağıllarımızın Azərbaycan dilindən holland dilinə tərcüməsi, onlara rəngli milli koloritdə illüstrasiyaların hazırlanması və nağıllar toplusunun nəşriyyatda çap edilməsinə bu ölkədəki Azərbaycan və türk icmalarının nümayəndələri cəlb edilib. Nağıllar kitabında "Cırtdan", "Göyçək Fatma", "Usta və şəyirdi", "Tənbəl Əhməd" və "Daşdəmir" kimi qədim Azərbaycan nağılları yer alıb.

İlk Azərbaycan nağılları kitabının Niderlandda nəşri 28 may - Respublika Günü ərəfəsinə təsadüf edir. Kitabın Haaqa Uşaq muzeyində təqdimat mərasiminin keçiriləcəyi nəzərdə tutulur.

1 iyun - Beynəlxalq Uşaq Günündə "Azərbaycan nağıllar" kitabı uşaq bağçalarına, məktəblərə, uşaq xəstəxanalarına, reabilitasiya məktəblərinə, elm və mədəniyyət ocaqlarına, Kral kitabxanasına, ölkə parlamentinin kitabxanasına, Təhsil Nazirliyinə və digər aidiyyəti dövlət və qeyri-dövlət qurumlarına hədiyyə ediləcək.

Holland dilinin Belçika, Surinam, İndoneziya, Cənubi Afrikada qismən istifadə edildiyini nəzərə alaraq, kitabın həmin ölkələrdə yayılması səfirlik tərəfindən həyata keçiriləcək. Gələcək də də oxşar layihələrin reallaşmasında Niderland və ona qonşu ölkələrdə yaşayan azərbaycanlı fəalların imkanlarından istifadə olunacaq.

12
 S7 Airlines aviaşirkətinin sərnişin təyyarəsi, arxiv şəkli

Mahaçqaladan Bakıya birbaşa aviareys olacaq

64
S7 Airlines aviaşirkəti Dağıstan Respublikasından Azərbaycana ilk uçuşunu iyulun 4-də həyata keçirəcək.

 

BAKI, 19 iyun — Sputnik. İyulun 4-dən etibarən Mahaçqala ilə Bakını birbaşa aviareys bağlayacaq. Mahaçqala hava limanının mətbuat xidmətindən bildirildiyinə görə, biletlər artıq satışdadır.

Mahaçqaladan Bakıya ilk uçuş iyulun 4-ü Bakı vaxtı ilə 02:05-ə S7 Airlines aviaşirkətinin təyyarəsi ilə həyata keçirilməlidir.

Boeing 737-800 176 sərnişin tutur. Azərbaycan paytaxtına reyslər hər həftə şənbədən bazara keçən gecə həyata keçiriləcək.

Azərbaycana gələn bütün 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

Yaşı 18-dən yuxarı olan sərnişinlərin tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə müvafiq ölkənin verdiyi rəsmi sənədin (COVID Pasport) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən rəsmi sənəd təqdim etməlidirlər.

S7 aviaşirkəti iyunun 15-dən Samaradan Bakıya aviareyslər həyata keçirir.

Həmçinin aviaşirkət iyunun 23-dən Krasnoyarsk-Bakı-Krasnoyarsk marşrutu üzrə uçuşlar həyata keçirəcəklər.

Azərbaycanda fvqustun 1-dək xüsusi karantin rejimi qüvvədədir. Quru yolla beynəlxalq sərnişin daşımaları praktiki olaraq kəsilib, avianəqliyyat isə yalnız xüsusi uçuşlar həyata keçirir.

64
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

Yetkinlik yaşına çatmayan şəxsə qarşı quldurluq edənlər saxlanılıb

11
(Yenilənib 22:58 19.06.2021)
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

BAKI, 19 iyun - Sputnik. Paytaxtın Xətai rayonu ərazisində yetkinlik yaşına çatmayan bir nəfərə qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, zərərçəkən şəxs Xətai Rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, M.Hadi küçəsində yerləşən restoranlardan birinin qarşısında iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb.

Daha sonra həmin şəxslər onu əllərində olan bıçaqla həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə hədələyib mobil telefonunu tələb ediblər. Zərərçəkən telefonu onlara verəndən sonra həmin şəxslər hadisə yerindən qaçıblar.

Məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin və 36-cı Polis Bölməsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, həmin ünvanda zəruri əməliyyat-istintaq hərəkətləri icra edilib. Həyata keçirilən təxirəsalınmaz axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Vasif Əliyev və İlham Həsənov saxlanılaraq istintaqa təqdim ediliblər. Hər iki şəxs ifadələrində törətdikləri cinayəti etiraf ediblər.

Qeyd edək ki, zərərçəkənə məxsus mobil telefon saxlanılan şəxslərin üzərindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

11