* AZƏRBAYCAN *
 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğanın səfəri zamanı Şuşada məktəbin təməli qoyulacaq

19
(Yenilənib 14:17 27.05.2021)
Bizim torpaqlarımız nə qədər böyük dağıntılara məruz qalıb. İndi şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur.

BAKI, 27 may — Sputnik. "Bizim ölkəmizdə indi yeni dövr başlamışdır. İkinci Qarabağ müharibəsindən sonra bərpa və yenidənqurma dövrü başlamışdır. Mən sizə azad olunmuş torpaqlarda Ermənistan tərəfindən törədilmiş dağıntılara həsr edilmiş kitabı da təqdim edəcəyəm".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 27-də Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçuku qəbul edərkən deyib.

"Görəcəksiniz ki, bizim torpaqlarımız nə qədər böyük dağıntılara məruz qalıb. İndi şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli bu ay qoyulmuşdur. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıbdır", - deyə Prezident bildirib.

Həmçinin oxuyun: 

Türkiyə naziri: "Ərdoğan qarşıdakı həftələrdə Azərbaycana səfər edəcək"

Ərdoğan Şuşaya gəlir: Bakının səfər gözləntiləri

19

İspanlar slovakları darmadağın edərək AVRO-2020 pley-off mərhələsinə adladılar

0
(Yenilənib 22:32 23.06.2021)
Futbol üzrə İspaniya millisi Slovakiya yığmasına qalib gələrək qrupda ikinci yerdən çempionatın 1/8 finalına yüksəliblər

Sevilyada "E" qrupunun üçüncü turunda keçirilən qarşılaşma 5:0 hesabı ilə Pireney təmsilçilərinin xeyrinə başa çatıb. Qolları Emirik Lyaport (45+3), Pablo Sarabiya (56) və Ferran Torres (67) vurublar. İspanlara daha iki topu isə avtoqola imza atmış martin Dubravka (30) və Yuray Kutska (71) hədiyyə ediblər.

Oyunu stadionda 11204 tamaşaçı izləyib.

Beləliklə, İspaniya komandası qrupda 5 xal toplayıb. 1/8 finalda ispanlar xorvatlarla üz-üzə gələcək. Hesabında 3 xal olan Slovaklar qrupda üçüncü yer tutaraq pley-off mərhələsinə çıxa bilməyiblər. "E" qrupunun qalibi isə 7 xalla İsveç millisi olub. Polşa millisi 1 xalla qrupun autsayderidir.

0
Футболисты сборной Швеции

İsveç millisi Polşa yığmasına qalib gələrək AVRO-2020 pley-off mərhələsinə çıxıb

4
(Yenilənib 22:15 23.06.2021)
İsveçlilər "E" qrupunda İspaniya, Polşa və Slovakiya komandalarını geridə qoyaraq birinci yeri tutublar.

Futbol üzrə İsveç milli komandası Polşa millsini məğlub edərək Avropa çempionatının qrup mərhələsində "E" qrupunda birinci yeri tutub.

Sankt-Peterburqda keçirilən qarşılaşma 3:2 hesabı ilə skandinaviyalıların xeyrinə başa çatıb.

İsveç komandasında qolları Emil Forsberq (2 və 59-cu dəqiqələrdə) və Biktor Klasson (90+4) vurublar. Polşa komandasında isə Robert Levandovski rəqib qapısının torunu iki dəfə silkələyib (61,84).

Stadionda oyuna 14252 azarkeş tamaşa edib.

Beləliklə, İsveç millisi qrupda 7 xal toplayaraq birinci yerdən 1/8 finala çıxıb. Hesabında 1 xal olan Polşa yığması isə qrupda son yerdə qərarlaşaraq turnirdə çıxışlarını başa vurub.

4