ABŞ bayrağı, arxiv şəkli

Amerikalı siyasətçilər Azərbaycanı təbrik ediblər - VİDEO

24
(Yenilənib 12:52 27.05.2021)
Baş konsul Azərbaycanın regional sülhə hazır olduğunu və bunun üçün vacib addımlar atdığını vurğulayıb.

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 may — Sputnik. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu 28 May Respublika Gününü ABŞ-ın tanınmış siyasi və ictimai xadimlərinin iştirakı ilə virtual şəkildə qeyd edib.

Konsulluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, sosial şəbəkələr üzərindən yayımlanan tədbirdə ABŞ-ın Qərb ştatlarının siyasi xadimləri, eləcə də nüfuzlu din və icma rəhbərlərinin təbrik mesajları nümayiş etdirilib.

Azərbaycan və ABŞ-ın himnlərindən sonra çıxış edən Azərbaycanın baş konsulu, Los-Anceles Konsulluq Korpusunun duayeni (sədri) Nəsimi Ağayev Azərbaycan tarixində olduqca əlamətdar hadisə olan ilk respublikamızın yaranması və bu respublikanın nailiyyətləri haqqında məlumat verib.

O, 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycanın bu gün dünyanın ən sürətlə çağdaşlaşan dövlətlərindən birinə çevrildiyini qeyd edib. Baş konsul Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu tərəfindən ötən il işğal altında olan torpaqlarımızın azad edildiyini, tarixi ədalətin bərpa olunduğunu və bu gün həmin ərazilərdə ağıllı texnologiyalara əsaslanan bərpa və quruculuq işlərinə start verildiyini diqqətə çatdırıb.

Baş konsul Azərbaycanın regional sülhə hazır olduğunu və bunun üçün vacib addımlar atdığını vurğulayıb.

Kaliforniya senatoru Coş Nyuman (Josh Newman), Arizona senatoru J.D. Mesnard, Yuta senatoru Cin Deyvis (Gene Davis), Vaşinqton Senatının sədri (2015-2017), ştatın Pirs Vilayət Şurasının üzvü Pəm Rouç (Pam Roach), Kaliforniyanın Örvayn şəhərinin meri Farrah Xan (Farrah Khan) və San Dieqo Şəhər Şurasının sədri Stefen Uitbörn (Stephen Whitburn) Baş Konsulluğa göndərdikləri təbrik video-mesajlarında, ADR-in müsəlman dünyasının ilk demokratik respublikası və qadınlara ilk dəfə səsvermə və seçilmək hüququ verən dövləti olduğunu qeyd edərək, Azərbaycanın bu günkü müstəqil inkişafından, ABŞ ilə dostluq və tərəfdaşlıq münasibətlərindən, Kaliforniya və digər Qərb ştatlarının Azərbaycan ilə əlaqələrinin günü-gündən möhkəmlənməsindən bəhs ediblər.

ABŞ-ın və dünyanın ən böyük yəhudi təşkilatlarından olan Amerika Yəhudi Komitəsinin rəhbəri Deyvid Harris (David Harris) və Los Ancelesdə yerləşən, 400 min üzvü olan nüfuzlu Simon Vizental Mərkəzinin sədr müavini ravvin Abraham Kuper (Abraham Cooper), Los Ancelesin ən böyük sinaqoqlarından olan Sinay Sinaqoqunun baş ravvini, "Newsweek" jurnalının sorğusuna görə, ABŞ-ın ən nüfuzlu ravvini olan Deyvid Uolpe (David Wolpe), İran yəhudilərinin dünyadakı ən böyük təşkilatı olan İran Amerika Yəhudiləri Federasiyasının prezidenti Suzan Azizzadə (Susan Azizzadeh), ABŞ-dakı Asiya icmasının liderlərindən olan, FACE təşkilatının rəhbəri Hyepin İm, Xristian Liderləri Konqresinin prezidenti Conni Mur (Johnnie Moore), Yəhudi Respublikaçılar Alyansının təsisçisi Miç Silberman (Mitch Silberman), Kaliforniya Bəhai Şurasının üzvü Randolf Dobs (Randolph Dobbs), Pakistan Şurasının sədri Adnan Xan (Adnan Khan), Amerika Türk Assosiasiyaları Assambleyasının sabiq prezidenti Ergün Kırlıkovalı, Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının sədri Kimiya Məmmədova və digər xadimlər Baş Konsulluğa göndərdikləri təbrik video-mesajlarında, Azərbaycanın yüksək tolerantlıq mədəniyyətindən, multikulturalizm ənənələrindən, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə dinc birgəyaşayışından, bu sahədə Azərbaycanın bütün dünyaya nümunə olmasından danışaraq, öz səmimi təbriklərini çatdırıblar.

Tədbirdə, həmçinin, Heydər Əliyev Fondu tərəfindən Şuşada keçirilmiş "Xarıbülbül" musiqi festivalından Bayatı Şiraz muğamının ifası, eləcə də müxtəlif milli azlıqların ifasında səsləndirilmiş musiqi parçaları nümayiş etdirilib. Bundan başqa, Polad Bülbüloğlunun "Aman-aman ayrılıq" mahnısı Kaliforniyada yaşayan, tanınmış azərbaycanlı kamança ustası İmamyar Həsənovun ifasında yeni aranjimanda tamaşaçılara təqdim olunub.

Sözügedən tədbiri bu linkdə izləmək mümkündür.

24

İsveçrə -Türkiyə matçından göz oxşayan görüntülər

12
(Yenilənib 23:54 20.06.2021)
İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.

Futbol üzrə Türkiyə millisi AVRO-2020-də üçüncü oyunda da məğlub olaraq mübarizəni dayandırdı. Qrup mərhələsinin üçüncü turunda Şenol Günəçin yetirmələri Bakı Olimpiya stadionunda İsveçrə millisinə məğlub olublar.

Birinci hissədə isveçrəlilər artıq 6-cı dəqiqədə Türkiyə millisini oyuna mərkəzdən başlamağa məcbur edib. Xaris Seferoviç rəqib komandanın qapısına yol tapıb. İyirmi dəqiqə sonra Cerdan Şakiri hesabı 2:0-a çatdırıb. Oyunun 62-ci dəqiqəsində Türkiyə millisi İrfan Can Kahvecinin sayəsində oyunda və birincilikdə yeganə qolunu vurmağa mevəffəq olub. Bundan dörd dəqiqə sonra isə Şakiri ikinci qolunu vuraraq hesabı 3:1-ə çatdırıb.

Sputnik Azərbaycan-ın fotomüxbiri bu matçın unudulmaz anlarını fotokamerasının yaddaşına köçürüb. Həmin fotoların bir hissəsi bizim fotolentdə.

12
  • © Sputnik / Murad Orujov

    İsveçrə və Türkiyə yığmaları arasında Avropa çempionatının A qrupunun II tur matçında.

Türkiyə millisi AVRO-2020 ilə sağollaşır: türk futbolçuları Bakıda qol vura bildilər

13
(Yenilənib 23:54 20.06.2021)
,
İtaliya millisi "A" qrupunda bütün qarşılaşmaları udaraq birinci yerdə qərarlaşıb, ikinci yerdə Uels komandası, üçüncü yerdə İsveçrə millisi gəlir və yəqin ki, üçüncü yer tutmuş ən yaxşı komandalardan biri kimi pley-of mərhələsinə çıxacaq.

BAKI, 20 iyun — Sputnik. Futbol üzrə Türkiyə millisi AVRO-2020-də üçüncü oyunda da məğlub olaraq mübarizəni dayandırdı. Qrup mərhələsinin üçüncü turunda Şenol Günəçin yetirmələri Bakı Olimpiya stadionunda İsveçrə millisinə məğlub olublar.

Birinci hissədə isveçrəlilər artıq 6-cı dəqiqədə Türkiyə millisini oyuna mərkəzdən başlamağa məcbur edib. Xaris Seferoviç rəqib komandanın qapısına yol tapıb. İyirmi dəqiqə sonra Cerdan Şakiri hesabı 2:0-a çatdırıb. Oyunun 62-ci dəqiqəsində Türkiyə millisi İrfan Can Kahvecinin sayəsində oyunda və birincilikdə yeganə qolunu vurmağa mevəffəq olub. Bundan dörd dəqiqə sonra isə Şakiri ikinci qolunu vuraraq hesabı 3:1-ə çatdırıb.

Qarşıdurmanın tarixi

Türkiyə və isveçrə milliləri indiyə qədər 15 dəfə üz-üzə gəliblər. Oyunlardan 9-u rəsmi, 6-s isə yoldaşlıq görüşü olub. Səkkiz dəfə türklər, dörd dəfə isveçrəlilər oyundan qalib ayrılıblar. Daha üç oyun isə heç-heçə bitib. Bu oyunlarda Türkiyə millisi 21, isveçrə millisi isə 20 dəfə rəqib komandanın qapısına yol tapıb. 2008 ci il Avropa çempionatında sonuncu dəfə keçirilən oyunda Türkiyə millisi 2:1 hesabı ilə qalib gəlib.

Qələbə hamıya lazımdır

Qrup mərhələsinin son turu ərəfəsində Türkiyə millisinin vəziyyəti ürəkaçan deyildi. Şenol Günəşin yetirmələri iki oyunu ard-arda uduzaraq bir xal da qazana bilməyiblər. Odur ki, baş məşqçi daha ehtiyatlı oyun sxeminə üstünlük verərək oyuna 4 müdafiəçi və bir hücumçu çıxarıb və daha çox orta xətti gücləndirib.

İsveçrəlilər isə istənilən hesabla qələbə qazanmalı idilər. Çünki bu halda komandanın pley-off mərhələsinə çıxmaq şansı qalırdı. Odur ki, Vladimir Petkoviş İsveçrə millisinin oyununu daha çox hücum üzərində quraraq oyuna üç nominal hücumçu ilə başlayıb.

Türklər sonda AVRO-2020-də qol vurmağa nail odular

Nəhayət ki, oyunun 62-ci dəqiqəsində İrfan Can Kahveci AVRO-2020-də komandasının turnirdə yeganə qolunu vurmağa müvəffəq olub. Cərmə meydançasının qarşısından topu uzaq doqquzluğa göndərməklə Kahveçi Bakı Olimpiya stadioonundakı azarkeşləri ayağa qaldırıb.

"A" qrupunda Romada keçirlən paralel oyunda İtaliya millisi Uels komandasına 1:0 hesabı ilə qalib gəlib.

Beləliklə, İtaliya millisi qrup mərhələsində 9 xal toplayaraq 1-ci yerdə qərarlaşıb. Uels yığması 4 xalla qrupun ikincisidir və üçüncü yerdə qərarlaşan İsveçrə yığması ilə vurulan və buraxılan topların fərqində üstünlüyünə görə pley-off mərhələsinə çıxır (Uels 3-2, İsveçrə 4-5). Lakin Vladimir Petkoviçin yetirmələri də üçüncü yeri tutmuş komandalar arasında ilk dördlüyə düşərək pley-off mərhələsinə çıxa bilər.

Xatırladaq ki, Bakı Olimpiya stadionunda AVRO-2020-nin növbəti və sonuncu oyunu iyulun 3-də keçiriləcək ¼ final oyunu olacaq.

13