Ay tutulması, arxiv şəkli

Günəş Ay tutulmaları silsiləsi başlayır

14
(Yenilənib 12:54 26.05.2021)
İyunun sonundan əvvəl ciddi qərarlar qəbul etməyə tələsməyin – bu, maddi və mənəvi çətinliklərə gətirib çıxara bilər.

BAKI, 26 may — Sputnik. 2021-ci ildə Günəş və Ay tutulmaları silsiləsi mayın 26-da başlanacaq. Sputnik Azərbaycan Belarus mediasına istinadən xəbər verir ki, Oxatan bürcü altında baş verəcək tutulmalar "Qırmızı Ay" tutulması ilə başlanacaq və insanları daha müdrik olmağa və özünütəhsilə diqqət yetirməyə vadar edəcək.

Taleyüklü və mürəkkəb tutulmalar silsiləsi iyunun 10-da Günəş tutulması ilə sona çatacaq.

Qeyd etmək lazımdır ki, Günəş və Ay tutulmaları silsiləsi öz-özlüyündə unikal bir hadisə deyil. Lakin onun təsiri bir çox insanlar üçün taleyüklü ola bilər.

Tutulmaların kulminasiyası günlərində, habelə silsilənin başlamasından əvvəl və silsilə başa çatdıqdan sonra bir çox insanlarda əhvalın pisləşməsi, xroniki xəstəliklərin kəskinləşməsi, qorxu, ağlamsınmaq və dəymədüşərliyin artması müşahidə oluna bilər. Bütün bu dəyişikliklər evdə və iş yerində gərginliklərə, münaqişələrə, anlaşılmazlıqlara gətirib çıxara bilər.

Bəs Günəş və Ay tutulmaları silsiləsinin təsirindən necə qurtulmaq olar?

Yaxınlarınız, dostlarınız, həmkarlarınızın davranışından asılı olmayaraq, şüurlu və təmkinli davranın. Bu, həyatın sizin qarşınıza çıxara biləcəyi başqa sürprizlərə də aiddir. Boş yerə əsəbiləşməyin və yadda saxlayın ki, mümkün münaqişələrin əks-sədası hətta iki-üç aydan sonra da gələ bilər.

Tutulmalar silsiləsi dövründə nə etməli? Bu dövr aşağıdakıları etmək üçün əlverişli vaxtdır:

- Zərərli vərdişlərdən yaxa qurtarmaq;

- Toksiki əlaqələrdən (dostluq, işgüzar, romantik) yaxa qurtarmaq;

- Qidalanmanız, sağlamlığınız və fiziki hazırlığınızla məşğul olun;

- Yeni biliklər əldə etməyə çalışın;

- Köhnə dostlarınız, sinif yoldaşlarınız, həmkarlarınızla görüşüb birgə vaxt keçirin.

Məsələ bundadır ki, 2021-ci ilin ilk Günəş və Ay tutulmaları retroqrad Merkuri ilə birləşəcək (30 may – 23 iyun) ki, bu da sizin həyatınıza ciddi təsir edə bilər. Ola bilər ki, siz bəzi problemlərə başqa bucaq altında baxacaq, yaddan çıxardığınız hansısa layihəni yada salacaq və yol verdiyiniz səhvləri düzəldəcəksiniz.

Lakin iyunun sonundan əvvəl ciddi qərarlar qəbul etməyə tələsməyin – bu, maddi və mənəvi çətinliklərə gətirib çıxara bilər.

14
Kinolent, arxiv şəkli

Azərbaycanda yeni kino platforması fəaliyyətə başlayıb

12
(Yenilənib 08:48 18.06.2021)
Platformanın yaradılmasında məqsəd Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir.

BAKI, 18 iyun — Sputnik. "Narimanfilm" kinostudiyasının xaricdə yaşayan soydaşlarımız üçün xüsusi olaraq hazırladığı https://azcinemaonline.com/ internet kinoteatrı yenilənmiş platformada fəaliyyət göstərməyə başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, platformanın yaradılmasında məqsəd digər ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrini möhkəmləndirmək, onları mədəniyyət və kino sahəsində baş verən yeniliklərlə tanış etmək, Azərbaycan kinosunun, televiziyasının və mədəniyyətinin dünya bazarında, eləcə də dünya auditoriyası arasında populyarlaşması və irəliləməsini təmin etməkdən ibarətdir. Eyni zamanda, gənc kinematoqrafçılarımıza öz işlərini dünya izləyicilərinə təqdim etmək imkanı yaratmaq və Azərbaycan kinematoqrafçıları ilə digər ölkələrdən olan həmkarları arasında iş birliyinin qurulması üçün şəraitin yaradılmasını təmin etməkdən ibarətdir.

Burada Azərbaycan kinosunun inciləri ilə yanaşı, həmçinin ölkəmizin ərazisində xarici kinematoqrafçılar tərəfindən çəkilmiş filmlərlə tanış olmaq, onlara rəy bildirmək və kinotənqidçilərlə birlikdə müzakirələrə qoşulmaq mümkündür.

Platforma vasitəsilə ölkəmizin kino tarixi boyu yaradılmış müxtəlif bədii, sənədli və animasiya filmlərinin izlənməsi sayt istifadəçilərinə bir növ Azərbaycana açılan pəncərə olaraq gözəl Vətənimizi daha yaxşı tanımalarına imkan yaradır.

12

Zaxarova: "Minalı ərazilərin xəritələrinin verilməsi məsələlərinin həlli vacibdir"

234
(Yenilənib 08:47 18.06.2021)
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə Qarabağ, minalanmış sahələr barədə də danışıb.

BAKI, 18 iyun — Sputnik. “Rusiya Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün vasitəçilik səylərini fəal şəkildə davam etdirir. Bakı və Yerevanla XİN, MN, sərhəd xidmətləri xəttilə yaxından təmaslarımız qurulub. Son həftədə gərginliyi azalda bilmişik”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən keçirdiyi həftəlik brifinqdə bildirib.

“Bu problemin davamlı və uzunmüddətli həlli üçün iki ölkə arasındakı sərhədin delimitasiyasını tez bir zamanda başlayıb, daha sonra demarkasiyasını həyata keçirməyin vacib olduğu qənaətindəyik. Bu işlərə dəstək verməyə hazır olduğumuzu bir daha bildiririk” – deyə rusiyalı rəsmi qeyd edib.

Lavrovla Şmidin danışıqları

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 21-də Moskvada ATƏT-in Baş katibi Helqa Şmidlə görüşəcək.

“Təhlükəsizliyin 3 istiqaməti – hərbi-siyasi, iqtisadi-ekoloji və insan hüquqları üzrə ATƏT-in fəaliyyətinin geniş spektrli məsələləri müzakirə ediləcək. Regional münaqişələrin həllində bu təşkilatın rolunun müzakirə edilməsi gözlənilir. Tərəflər Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı vəziyyət haqqında fikir mübadiləsi aparırlar. Rusiya ATƏT-in nüfuzunun və səmərəliliyinin artırılmasına tərəfdardır”, - M.Zaxarova qeyd edib.

Rusiyanın Bakı-Yerevan-Ankara dialoqlarına münasibəti

“Rusiya Bakı ilə Yerevan arasında, Yerevan və Ankara arasında dialoqların normallaşmasına yönələn addımları qətiyyətlə dəstəkləyir”.

“Cənubi Qafqazdakı qarşılıqlı münasibətlər regiondakı bütün ölkələr nəzərə alınmaqla və balanslı şəkildə, mehriban qonşuluq prinsipləri əsasında inkişaf etməlidir”, - o əlavə edib.

M.Zaxarova həmçinin Rusiyanın Azərbaycan tərəfinin iyunun 12-də 15 erməni hərbçini Ermənistana qaytarmasını alqışladığını da vurğulayıb: “Eyni zamanda, digər humanitar məsələlərin, o cümlədən də minaların təmizlənməsi və minalı ərazilərin xəritələrinin verilməsi ilə bağlı məsələlərin həll olunmasının vacib olduğunu düşünürük”.

 

234