* AZƏRBAYCAN *
Azərbaycanlı reper Orxan Zeynallı, arxiv şəkli

Amerikada yaşayan repçimizdən uzun müddət sonra yeni klip - VİDEO

22
(Yenilənib 11:31 26.05.2021)
Qeyd edək ki, bir zamanlar böyük dinləyici kütləsi toplayan keçmiş HOST qrupunun üzvü, repçi Orxan Zeynallı Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər zamanı Azərbaycan həqiqətlərini dünyaya çatdırıb.

BAKI, 26 may — Sputnik. Hazırda Amerika Birləşmiş Ştatlarında yaşayan tanınmış repçi, keçmiş HOST qrupunun üzvü Orxan Zeynallı (Aid) uzun müddət sonra yeni bir kliplə pərəstişkarlarını sevindirib.

Sputnik Azərbaycan xəbər verir ki, reper Röya Miriyeva ilə ifa edib. "Bulud" adlı trek "YouTube"-da bir günə 23 mindən çox izləmə və 6 mindən çox "like" toplayıb.

Qeyd dək ki, bir vaxtlar böyük dinləyici kütləsi toplayan keçmiş HOST qrupunun üzvü, repçi Orxan Zeynallı Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər zamanı Azərbaycan həqiqətlərini dünyaya çatdırıb.

22
Охотничье ружье, фото из архива

Lənkəranda qətl hadisəsi: İki nəfər öldürüldü

135
Lənkəranda axşam saatlarında qohumlar hələlik bilinməyən səbəblərdən bir-birilərini qanlarına qəltan ediblər.

BAKI, 23 iyun - Sputnik. Lənkəranda qohumlar arasında qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbriinin məlumatına əsasən, hadisə Havzava kəndində olub. 

Yerli sakin Seymur Sərraf oğlu Şirinov ov tüfəngi ilə öncə əmisi oğlu Elmar Sərdar oğlu Fərəcovu, sonra isə bibisi nəvəsi Alim Müqabil oğlu Mirzəyevi qətlə yetirib.

Ölənlərin meyitləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Hadisənin səbəbləri məlum deyil. Hazırda qətl hadisəsi araşdırılır.

 

135

Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri başa çatıb - FOTO

4
(Yenilənib 23:30 23.06.2021)
Hərbi Dəniz Qüvvələrinin gəmiləri may ayının sonlarında Xəzər dənizinin Azərbaycana aid sektorunda yerləşən dəniz poliqonunda döyüş atışları icra etmişdi.

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində (HDQ) keçirilən taktiki təlimlər başa çatıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər zamanı döyüş fəaliyyətlərinin təşkili və qüvvələrin döyüşdə idarəolunması üzrə komandirlərin və qərargahların bacarıqları təkmilləşdirilib. Qarşıya qoyulan məqsədə nail olunub və tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

  • Тактические учения Военно-морских сил (ВМС) Азербайджана
    © AR Ministry of Defence
  • Тактические учения Военно-морских сил (ВМС) Азербайджана
    © AR Ministry of Defence
  • Тактические учения Военно-морских сил (ВМС) Азербайджана
    © AR Ministry of Defence
  • Тактические учения Военно-морских сил (ВМС) Азербайджана
    © AR Ministry of Defence
1 / 4
© AR Ministry of Defence
Тактические учения Военно-морских сил (ВМС) Азербайджана

Yekunların təhlili zamanı HDQ-nin şəxsi heyətinin təlimlərdə iştirakı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

Hərbi Dəniz Qüvvələrinin bundan əvvəl keçirilmiş taktiki təlimləri 2020-ci ilin aprelində baş tutmuşdu.

4