Xəzərlə bağlı böyük təhlükə: Aral gölündəki fəlakət təkrarlana bilər

© AP Photo / Michael ProbstЧайка на берегу Балтийского моря в Германии
Чайка на берегу Балтийского моря в Германии - Sputnik Azərbaycan, 1920, 26.05.2021
Abunə olmaq
Bu barədə həyəcan təbili çalan Avropa İttifaqının Orta Asiya üzrə xüsusi nümayəndəsi Piter Burian qeyd edib ki, Ural çayından Xəzər dənizinə tökülən suyun həcmi xeyli azalıb.

BAKI, 26 may — Sputnik. Əgər Xəzər dənizinin su resursları qorunmasa, Aral dənizində yaşanan fəlakət təkrarlana bilər. Bunu Avropa İttifaqının Orta Asiya üzrə xüsusi nümayəndəsi Piter Burian çərşənbə axşamı jurnalistlərə açıqlamasında bildirib. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadla xəbər yayıb.

"Sudan istifadə ilə bağlı əvvəlki təcrübələr Aral dənizində çox ciddi fəlakətə gətirib çıxarmışdı. Düzdür, hələlik heç kim bu barədə danışmır, amma elm adamları bu məsələyə ciddi yanışılmasa, Xəzər dənizində də oxşar fəlakətin baş verə biləcəyini proqnozlaşdırırlar", – deyə o bildirib.

Onun sözlərinə görə, xüsusilə də Ural çayından Xəzər dənizinə tökülən suyun həcmi azalıb. "Proqnozlara görə, bu proses o qədər sürətlənə bilər ki, həqiqətən də, çox ciddi ekoloji fəlakətə gətirib çıxarar", – deyə xüsusi nümayəndə vurğulayıb.

Burian onu da qeyd edib ki, hazırda Xəzərin su ehtiyatlarından rasional və məsuliyyətli istifadə sahəsində əməkdaşlığı təşviq etmək çox vacibdir.

"Bunun üçün bütün ölkələrin (Xəzər hövzəsi ölkələri - red.) maraqları nəzərə alınmaqla su ehtiyatlarının ədalətli bölünməsi və istifadəsi ilə bağlı razılığa gəlinməlidilər", – deyə Aİ-nin xüsusi nümayəndəsi əlavə edib.

Qazaxıstan və Özbəkistanın sərhədində yerləşən Aral dənizi 1960-cı ilə qədər ərazisi baxımından dünyanın dördüncü ən böyük gölü idi. Son 55 ildə dənizin hövzəsi təxminən 3 dəfə kiçilib, suyun səviyyəsi isə 29 metr aşağı düşüb və həcmi 15 dəfə azalıb. Bundan başqa, Aralda duzluluq artıb ki, bu da dənizdən balıqların yoxa çıxmasına gətirib çıxarır.

Qeyd edək ki, 2018-ci ilin avqust ayında beş Xəzəryanı ölkənin başçıları Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu haqqında konvensiyanı imzalayıblar - bu bölgə üçün tarixi sənəddir və onun üzərində iş 20 ildən artıqdır ki, davam edir.

Konvensiyanı Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan prezidentləri imzalayıblar. Sənəd beş dövlət üçün Xəzər dənizinə müstəsna və mükəmməl hüquqlar verərək dənizin suyundan və digər ehtiyatlarından məsuliyyətli istifadəni təmin edir.

Xəbər lenti
0